Dünya 

Səfir İranı Almaniyanın nasist rejiminə bənzətdi: “İsraillə bağlı bütün terror aktlarında iştirak edir”

“İran rejimi bütün dünya üçün ciddi təhlükədir”. Bu sözləri İsrailin BMT-dəki səfiri Gilad Erdan deyib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Gilad Erdan HƏMAS-a dəstəyini davam etdirdiyi üçün dünya ölkələrini İranı beynəlxalq dərəcədə hərbi təhdid etməyə çağırıb. “Bu gün ayətullahlar rejimi tam olaraq İkinci Dünya müharibəsində Almaniyanın nasist rejiminə çevrilib. Dünya anlamalıdır ki, onları ciddi şəkildə hərbi təhdid etmək lazımdır, çünki bu rejim bütün dünya üçün ciddi təhlükədir”, – deyə o qeyd edib. “Biz 100% əminik ki, İran İsrail ətrafında baş verən bütün terror aktlarında iştirak edir. İran…

Read More
Dünya 

Kamçatka yaxınlığında güclü zəlzələ baş verib

Sakit Okeanda Rusiyanın Kamçatka vilayətinin şərq sahilləri yaxınlığında 5,0 bal gücündə zəlzələ baş verib. Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhər dairəsindən 125 km şimal-şərqdə, 59 km dərinlikdə olub. Qeyd edək ki, seysmik hadisə Petropavlovsk-Kamçatski, Yelizovo və Vilyuçinskdə 2,0-3,0 bal gücündə hiss olunub. Mənbə: interfax

Read More
Dünya 

ABŞ-də evə girən ayının “səliqəli” oğurluğu hamını mat qoydu – VİDEO

ABŞ-nin Konnektikut ştatında iri qara ayı evin pəncərəsini sındırıb və mətbəxə daxil olaraq soyuducudan yemək oğurlayıb. Ev sahibinin mobil telefonuna mətbəxə naməlum şəxsin girdiyi barədə mesaj daxil olub və hadisədən bu yolla xəbər tutub. Qara ayının soyuducuda eşələnməsi müşahidə kameralarına düşüb. Videogörüntülərdə ayının dondurucunun qapısını açıb oradan dondurulmuş toyuğu çıxardığı əks olunub. “Evə heç bir ziyan dəyməyib, sadəcə, ayı it yemi ilə dolu bir kisəyə girib və evin hər yerində izlər, həmçinin onun tükləri qalıb” ,- deyə ev sahibi bildirib. Mənbə: “Fox News”

Read More
Dünya 

Putin Ukrayna ilə təklif edilən sülh planı barədə DANIŞDI

“Rəsmi Pekinin bu ilin əvvəlində Rusiya-Ukrayna münaqişəsi ilə bağlı təklif etdiyi sülh planı realdır və nizamlanma üçün əsas yarada bilər”. Bunu Rusiya Prezidenti Vladimir Putin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib. “Biz çinli dostlarımıza bu böhranı necə bitirməyin yolları barədə düşündüklərinə görə minnətdarıq. Hesab edirəm ki, onların təklifi etdiyi (sülh planı) kifayət qədər realdır və sülh sazişində əsas kimi istifadə oluna bilər. Biz çinli dostlarımızın təkliflərindən istifadə etməyə hazırıq”, – deyə Rusiya lideri əlavə edib. Qeyd edək ki, bu ilin fevral ayında Çin Xarici İşlər Nazirliyi Ukrayna böhranının…

Read More
Dünya 

Livanın ərazisində İsrail Müdafiə Qüvvələrinin zərbələrindən sonra güclü yanğın baş verib – VİDEO

Sosial şəbəkələrdə İsrail Müdafiə Qüvvələrinin zərbələri nəticəsində baş verən güclü yanğının videogörüntüləri yayılıb. Yanğının Livanın şimalında, Əbu Ali çayı üzərindəki körpünün yaxınlığında İsrail Müdafiə Qüvvələri tərəfindən atəşə tutulduqdan sonra baş verdiyi iddia edilir. Mənbə: “İzvestiya” “Telegram”

Read More
Dünya 

İsrail: “HƏMAS təxliyə olunan insan karvanına hücum edib”

İsrail HƏMAS-ı Qəzza zolağının şimalından təxliyə olunan mülki şəxslərin karvanına hücum etməkdə ittiham edib. Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) sözçüsü Conatan Konrikus məlumat verib. Onun sözlərinə görə, HƏMAS yaraqlıları oktyabrın 13-də Qəzza zolağının şimal hissəsindən təxliyə olunan karvanı atəşə tutaraq 70 dinc sakinin ölümünə səbəb olublar: “Biz mülki vətəndaşlardan ibarət heç bir karvanı atəşə tutmamışıq və bizdə olan məlumata görə, bu həmlə HƏMAS tərəfindən həyata keçirilib. Əgər beynəlxalq arenada bu onların xeyrinə olacaqsa, düşünmürəm ki, onlar üçün dinc sakinləri öldürmək problem olsun”, – C.Konrikus vurğulayıb. Xatırladaq ki, daha öncə…

Read More
Dünya 

AŞ-nin komissarı Azərbaycana və Ermənistana səfər edəcək – FOTO

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Ermənistana və Azərbaycana səfər edəcək. Bu barədə məlumat Dunya Miyatoviçin “X” (keçmiş “Twitter”) səhifəsində dərc edilib. İnsan Hüquqları üzrə Komissar beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək. Səfərin 16-23 oktyabr tarixlərində baş tutacağı bildirilir.

Read More
Dünya 

Putin: “Qərblə Rusiya arasında müharibə tamamilə fərqli olacaq”

“Qərblə Rusiya arasında qızğın toqquşma baş verərsə, bu, tamamilə fərqli bir müharibə olacaq”. Bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalındakı “Moskva. Kreml. Putin” verilişinə müsahibəsində deyib. O, jurnalistin xahişi ilə ABŞ Konqresi komissiyasının nüvə qarşıdurması variantını nəzərə almaqla həm Rusiya, həm də Çinlə eyni vaxtda müharibəyə hazırlaşmaq tövsiyəsini şərh edib. “Biz sülh istəyirik və əgər onlar Rusiya ilə döyüşmək istəyirlərsə, bu, tamam başqa müharibə olacaq”, – o bildirib. Putin əlavə edib ki, ağlı başında olan heç bir şəxs nüvə gücləri arasında müharibə ehtimalına yol verməməlidir: “Biz hamımız müharibəyə hazırlaşırıq, çünki…

Read More