Dünya 

İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi İranı ikinci cəbhə açmağa çalışmaqda ittiham edib – FOTO

İsrail Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə baş direktorunun müavini Coşua Zarka İranı İsrail ordusunun ölkənin cənubunda Qəzza zolağında HƏMAS radikallarına qarşı əməliyyat keçirərkən Suriya ərazisindən strateji silahlar daşıyaraq yəhudi dövlətinin şimalında ikinci cəbhə açmağa çalışmaqda ittiham edib. “X” (keçmiş “Twitter”) sosial şəbəkəsinin istifadəçisi Coel Reybern öz hesabında aşağıdakı mətni paylaşıb: “İsrailin Dəməşq və Hələb hava limanlarını sıradan çıxarmaq üçün vurduğu zərbələr, mənim fikrimcə, 1) İran rejiminin şimalda [İsrail] cəbhə açmaq üçün strateji silahları Suriyaya və ya Suriyadan keçirməyə çalışdığına dair tutarlı sübutdur və 2) israillilər bunun qarşısını almaqda qərarlıdırlar”.…

Read More
Dünya 

Netanyahu Qəzza yaxınlığında göründü və müharibədə “növbəti mərhələni” elan etdi – VİDEO

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağının yaxınlığında yerləşən hərbçilərə baş çəkib. O, hərbçilərə “Növbəti mərhələyə hazırsınızmı? Növbəti mərhələ yaxınlaşır”, – deyə bildirib. Hərbçilər cavab olaraq öz hazırlıqlarını təsdiqləyiblər. Qeyd edək ki, bu axşam Baş nazirin yanında operativ toplantı keçirilib. Mənbə: TASS

Read More
Dünya 

Ölünü diriltməyə dəyməz – VİDEO

Cümə axşamı BMT-nin Beynəlxalq Haaqa Məhkəməsi (Niderland) İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə Azərbaycana qarşı iddiası çərçivəsində Ermənistanın növbəti şikayəti ilə tərəflərin dinləmələrinə başlayıb. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir. “Görünür, bu dəfə 35 illik “miatsum” adlı xəyalın biabırçı sonunu və onun gələcəkdə nə vaxtsa dirçəldilməsinə olan bütün ümidlərin süqutunun dönməzliyini artıq dərk edən erməni siyasətçilər son olaraq Azərbaycanı daha bir, bəlkə də, son cəhdlə beynəlxalq məhkəmələrə müvəqqəti tədbirlər tətbiq etməklə sancmaq qərarına gəliblər”, – deyən müəllif ermənilərin ölkəmizə qarşı 10 tələb irəli…

Read More
Dünya 

Ermənistan prezidenti Roma Statutunun ratifikasiyası haqqında qanunu imzalayıb

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası haqqında qanunu imzalayıb. Ermənistan mediasının məlumatına görə, bu barədə ölkə prezidentinin saytında məlumat verilib. Xatırladaq ki, 2023-cü il martın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin əsas qanunlarına uyğun olduğunu tanıyıb. Rəsmi İrəvanın Roma Statutuna qoşulmaq planlarına Moskva son dərəcə mənfi reaksiya verib. Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, bu, ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə gətirib çıxaracaq. Kreml ratifikasiyanı özünə qarşı düşmənçilik kimi xarakterizə edib. “Ermənistan çox yaxşı bilir ki, biz (Roma Statutunun) iştirakçısı deyilik və Ermənistan bunun əsasında qəbul…

Read More
Dünya 

Almaniya xarici işlər naziri Annalena Berbok: “HƏMAS Qəzza zolağının bütün əhalisini girov götürüb”

“HƏMAS Qəzza sakinlərindən “qalxan” kimi istifadə edir”. Bu sözləri həmrəylik nümayişi üçün İsraildə səfərdə olan Almaniya xarici işlər naziri Annalena Berbok israilli həmkarı Eli Koenlə birgə keçirdiyi mətbuat konfransında deyib. “HƏMAS indi günahsız insanların arxasında barrikada qurur və onlardan Qəzza zolağında qalxan kimi istifadə edir”, – deyə o bildirib. “HƏMAS Qəzza zolağının bütün əhalisini girov götürüb”, – deyə Annalena Berbok Qəzza zolağı ilə sərhədə yaxın əraziyə səfəri zamanı qeyd edib. “Onların tunelləri, silah anbarları və komanda mərkəzləri qəsdən yaşayış binalarında, supermarketlərdə və universitetlərdə yerləşir. Ola bilsin ki, hətta xəstəxanalarda da yerləşir!”, – deyə…

Read More
Dünya 

Zahidanda etiraz yürüşü keçirilib – VİDEO

Hər cümə günü olduğu kimi, bu gün də Zahidan bölgəsinin etnik bəluc əhalisi şəhərdə güclü təhlükəsizlik qüvvələrinin olmasına baxmayaraq, cümə namazından sonra küçələrə çıxaraq aksiya keçiriblər. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Məlumata görə, onlar aksiya zamanı “Şəhid qardaşım, qanını geri alacağam!”, “Şəhid Yasir kimi ölməyə hazıram!”, “Şərəfsiz, şərəfsiz!”, “Xameneiyə ölüm olsun!” kimi anti-hökumət şüarları səsləndiriblər.  

Read More
Dünya 

“Bayraktar TB3” PUA-nın ilk sınağı uğurla tamamlandı – VİDEO

Türkiyədə qısa uçuş-enmə zolağına, dəniz gəmilərinə qalxıb enmə qabiliyyətinə malik olan “Bayraktar TB3” PUA-nın ilk dəniz sınaqları uğurla başa çatıb. Şirkətdən bildirilib ki, “Bayraktar TB3” ilk dəniz sınaqlarını uğurla başa vurub. Bu qatlanan qanadlı PUA həm kəşfiyyat, həm müşahidə, həm də zərbə məqsədləri üçün çox uzun məsafələrdən idarə oluna bilir. Mənbə: hurriyet.com

Read More
Dünya 

Fransada məktəbə bıçaqlı hücum: Ölən və yaralananlar var – VİDEO

Fransanın Arras şəhərində məktəbə bıçaqlı hücum olub. Bu barədə polisdəki mənbədən xəbər verilib. Bildirilir ki, hücum nəticəsində bir müəllim həlak olub, bir neçə nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır. Fransanın daxili işlər naziri Jerald Darmanin məktəbdə baş verən insidenti təsdiqləyib. Onun sözlərinə görə, orada polis əməliyyat keçirib və cinayətkar saxlanılıb. İddialara görə, hücum edən şəxs ərəbcə dini şüar səsləndirib. Bundan başqa, hücumçunun qardaşının da saxlanıldığı bildirilib. Hadisədən sonra şəhərdəki bütün təhsil müəssisələri bağlanıb. Bir gün əvvəl İsrail hakimiyyəti dünyadakı həmvətənlərinə və yəhudilərə HƏMAS-ın 13 oktyabr cümə günü elan etdiyi “qəzəb…

Read More
Dünya 

Pentaqonun rəhbəri İsrailə səfər edib – VİDEO

ABŞ-nin müdafiə naziri Lloyd Ostin bu gün İsrailə səfər edib. O, İsrailin yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Ostin HƏMAS-ın hücumundan sonra İsrailə səfər edən ikinci yüksəkrütbəli ABŞ rəsmisi olub. Xatırladaq ki, dünən İsrailə ABŞ-nin dövlət katibi Antoni Blinken səfər edib. Ostinin baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və İsrail hərbi kabineti ilə görüşəcəyi gözlənilir. Qeyd olunur ki, Pentaqonun rəhbəri, həmçinin İsrailə verilən Amerika silahlarının necə istifadə edildiyini öz gözləri ilə görəcək. Mənbə: The Associated Press

Read More