Dünya 

BMT Əfqanıstandakı zəlzələ ilə bağlı dünya ictimaiyyətinə müraciət edib

Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstanda bir neçə gün ərzində baş vermiş ardıcıl zəlzələlərlə əlaqədar dünya ictimaiyyətinə müraciət ünvanlayıb. Təşkilat Əfqanıstanın Herat vilayətində baş vermiş zəlzələdən zərərçəkənlərə humanitar yardımın artırılmasına çağırır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandini zəlzələdən sonra xüsusən uşaqların və qadınların çətinliklə üzləşdiklərini qeyd edib. Xatırladaq ki, Əfqanıstanda bir neçə gün ərzində iki ardıcıl güclü zəlzələ olub. Hazırda Əfqanıstanı idarə edən “Taliban” hökuməti zəlzələlər nəticəsində 2 mindən çox insanın öldüyünü açıqlasa da, zəlzələ qurbanlarının sayının daha çox olduğu bildirilir. Mənbə: Sputnik Əfqanıstan

Read More
Dünya 

İranda güclü qum fırtınası: Məktəblər bağlandı – VİDEO

İranın şərqində yerləşən Xorasan-e Rəzəvi əyalətində qum fırtınası yaşanıb. Qum fırtınası nəticəsində Xorasan-e Rəzəvi – Dövləltabad yolu təhlükəsizlik səbəbi ilə bağlanıb. Məşhəd şəhərində təhsil və idman mərkəzləri qapadılıb, küləyin sürəti saatda 58 kilometrə çatıb. Fırtınanın əyalətdə törətdiyi fəsadları əks etdirən görüntüləri təqdim edirik: Mənbə: Tasnim

Read More
Dünya 

İsveçdə Quranı yandıran şəxsə hökm oxunub

İsveçin Linçöpinq Birinci İnstansiya Məhkəməsi Quranı yandıran, onu videoya çəkib internetdə yayan şəxsə hökm oxuyub. Bu, İsveçdə etnik və dini ədavətin qızışdırılması maddəsi ilə belə bir hərəkətə görə verilən ilk hökm olub. “2020-ci ilin payızında Qurani-Kərimi yandıraraq video çəkib paylaşan şəxs bu gün cinayət törətməkdə təqsirli bilinib”, – deyə məhkəmənin mətbuata açıqlamasında bildirilib. Qeyd edək ki, o, şərti cəza alıb və Cinayət Qurbanları Fonduna 800 kron (təxminən 73 dollar) ödəməyə məhkum edilib. Mənbə: TASS

Read More
Dünya 

Qlobal iqlim dəyişikliyinin səbəb olacağı fəsadlar

Dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. Qlobal iqlim dəyişmələri Azərbaycanda da hiss olunmaqdadır. Ölkəmizdə iqlim dəyişikliklərinin təsirini azaltmaq üçün işlər görülür. Buna misal olaraq işğaldan azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” yanaşmalarının tətbiqi və yaşıl enerji zonasının yaradılmasını göstərmək olar. Bunlar bilavasitə qlobal iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə təşəbbüslərə töhfə verəcək. İqlim dəyişmələri ilə bağlı problemlər nəzərə alınaraq, hələ 1997-ci ildə ölkədə İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası yaradılıb. İqlim dəyişmələrinə təsirlərin azaldılması və bu təsirlərə uyğunlaşma sahəsində müvafiq qurumlar BMT-nin müxtəlif təsisatları ilə əməkdaşlıq edir.…

Read More
Dünya 

Mariya Zaxarova: “ABŞ HƏMAS-ın hərbi əməliyyat hazırladığından xəbərsiz ola bilməzdi”

Böyük kəşfiyyat gücünə malik olan ABŞ hökuməti HƏMAS hərəkatının hazırladığı hərbi əməliyyatdan xəbərsiz ola bilməzdi. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. “Necə ola bilər ki, HƏMAS-ın müvafiq əməliyyata hazırlaşdığı bir il ərzində, yəni bir il davam etmiş hazırlıq dövründə belə bir kəşfiyyat gücünə malik olan Amerika Birləşmiş Ştatları bundan xəbər tutmayıb?.. Bəli, heç cür belə bir şey baş verə bilməzdi, bu mümkün deyil”, – deyə o bildirib. Mənbə: TASS

Read More
Dünya 

Müharibə vəziyyəti elan ediləndən sonra İsraildən Gürcüstana gələnlərin sayı açıqlanıb

Oktyabrın 8-dən – İsraildə rəsmi olaraq müharibə vəziyyəti elan olunandan sonra İsraildən Gürcüstana üç mindən çox insan gəlib. Bu barədə Gürcüstanın İsraildəki səfiri Laşa Jvaniya məlumat verib. O qeyd edib ki, Gürcüstana gələnlər arasında İsrail vətəndaşları və ikili vətəndaşlığı olan şəxslərdən əlavə İsraildə yaşayan Gürcüstan vətəndaşları da var. “Təyyarə reysləri kifayət qədər olmadığından əlavə reyslərin açılması planlaşdırılıb. Biletlər 20 dəqiqə ərzində satılıb. İsraildən Gürcüstana gəlmək istəyənlər tərəfindən tələbat yarandıqca bu cür uçuşlar həyata keçiriləcək”, – deyə Laşa Jvaniya qeyd edib. Mənbə: Rustavi2.ge

Read More
Dünya 

İsrail ordusu HƏMAS hədəflərini məhv etdi – VİDEO

İsrail ordusu Qəzza zolağında və sahil zonasında çoxsaylı hədəfə raket hücumları həyata keçirib. İsrail Müdafiə Ordusu (SAXAL) bununla bağlı görüntülər yayıb. Kadrların birində HƏMAS obyektlərinə hücumlar əks olunub. Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından irimiqyaslı raket hücumuna məruz qalıb. HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə soxulublar. Fələstin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatına başladığını elan edib. Buna cavab olaraq İsrail Müdafiə Qüvvələri Qəzza zolağında “Dəmir Qılınclar” əməliyyatına başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu deyib və…

Read More
Dünya 

Qızı bombadan qorxmasın deyə… – Ürəkdağlayan VİDEO

Atanın çarəsizlikdən qurduğu oyun sosial şəbəkələrdə kədər doğurub. Milli.Az bildirir ki, videoda müharibə şəraitində yaşayan ata səslərdən qorxmasın deyə, 4 yaşlı qızına raket və bomba səslərinin bir oyun olduğunu öyrədib. Və beləcə onlar hər səs gələndə gülürlər. Ata və qızının bu “gülməli” anları sosial şəbəkədə kədərə səbəb olub. Həmin anları təqdim edirik:

Read More
Dünya 

Ermənistanda Rusiya sərhədçilərinə hədə-qorxu gəliblər

Ermənistan İstintaq Komitəsi naməlum şəxslərin Rusiya sərhədçilərinə hədə-qorxu gəlməsi, həmçinin, Arazdəyəndə erməni-rus dostluğunu əks etdirən plakatı cırması ilə bağlı cinayət işi başlayıb. Bu barədə İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bildirib. Onun sözlərinə görə, sentyabrın 26-da saat 17:40 radələrində naməlum şəxslər avtomobillə Rusiya sərhəd qoşunlarının müşahidə məntəqəsinə gələrək, xidmətdə olan hərbçiləri hədələyiblər və orada yerləşdirilən plakatı zədələyiblər. Bu fakt əsasında İstintaq Komitəsi Ermənistan Cinayət Məcəlləsinin 264 və 194-cü (Əmlakla hədələmə və ziyan vurma) maddələri ilə iş başlayıb. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

Misir Qəzzada altı saatlıq atəşkəs təklif edir

Misir Qəzza zolağına humanitar yardım çatdırmaq üçün müvəqqəti atəşkəs tətbiq etmək təşəbbüsü ilə çıxış edib. Məlumata görə, Qahirə altı saatlıq humanitar fasilə elan etməyi təklif edir. Bildirilir ki, Misir ABŞ ilə Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağına yardım çatdırmaq planlarını müzakirə edir. Qeyd olunur ki, Misirin humanitar təşkilatları İsrailin atəş təhlükəsi səbəbindən Rəfahda keçidin dayandırılması ucbatından hazırda Qəzza zolağına humanitar yardım göndərə bilmir. Xüsusilə Misir Qızıl Aypara Cəmiyyəti fələstinlilər üçün tibbi ləvazimat, dərman və ərzaq da daxil olmaqla, təcili yardım karvanı hazırlayıb, lakin hələlik onu çatdırmaq mümkün deyil. Mənbə: TASS

Read More