Dünya
Ərdoğan və Rəisi Yaxın Şərqdə yaşanan son hadisələri müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. İki ölkənin prezidenti telefon danışığı zamanı İsrail-Fələstin münaqişəsi, Yaxın Şərqdə artan gərginlik və onun həll yolu üçün atılacaq addımları müzakirə ediblər. Mənbə: Anadolu
Səfir İranı Almaniyanın nasist rejiminə bənzətdi: “İsraillə bağlı bütün terror aktlarında iştirak edir”
“İran rejimi bütün dünya üçün ciddi təhlükədir”. Bu sözləri İsrailin BMT-dəki səfiri Gilad Erdan deyib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. Gilad Erdan HƏMAS-a dəstəyini davam etdirdiyi üçün dünya ölkələrini İranı beynəlxalq dərəcədə hərbi təhdid etməyə çağırıb. “Bu gün ayətullahlar rejimi tam olaraq İkinci Dünya müharibəsində Almaniyanın nasist rejiminə çevrilib. Dünya anlamalıdır ki, […]
HƏMAS qanadı İsraildə hava limanına zərbə endirdiyini bəyan etdi
HƏMAS-ın “İzz əd-Din əl-Qassam briqadaları” döyüş qanadı Təl-Əvivdəki Ben Qurion hava limanına yeni raket hücumu həyata keçirdiyini bəyan edib. Bu barədə qrupun “Telegram” kanalında paylaşım edilib. Paylaşımda iddia edilib ki, raket zərbələri İsrail zərbələrinə cavab olaraq həyata keçirilib. Mənbə: TASS
Kamçatka yaxınlığında güclü zəlzələ baş verib
Sakit Okeanda Rusiyanın Kamçatka vilayətinin şərq sahilləri yaxınlığında 5,0 bal gücündə zəlzələ baş verib. Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhər dairəsindən 125 km şimal-şərqdə, 59 km dərinlikdə olub. Qeyd edək ki, seysmik hadisə Petropavlovsk-Kamçatski, Yelizovo və Vilyuçinskdə 2,0-3,0 bal gücündə hiss olunub. Mənbə: interfax
ABŞ-də evə girən ayının “səliqəli” oğurluğu hamını mat qoydu – VİDEO
ABŞ-nin Konnektikut ştatında iri qara ayı evin pəncərəsini sındırıb və mətbəxə daxil olaraq soyuducudan yemək oğurlayıb. Ev sahibinin mobil telefonuna mətbəxə naməlum şəxsin girdiyi barədə mesaj daxil olub və hadisədən bu yolla xəbər tutub. Qara ayının soyuducuda eşələnməsi müşahidə kameralarına düşüb. Videogörüntülərdə ayının dondurucunun qapısını açıb oradan dondurulmuş toyuğu çıxardığı əks olunub. “Evə heç bir […]
Putin Ukrayna ilə təklif edilən sülh planı barədə DANIŞDI
“Rəsmi Pekinin bu ilin əvvəlində Rusiya-Ukrayna münaqişəsi ilə bağlı təklif etdiyi sülh planı realdır və nizamlanma üçün əsas yarada bilər”. Bunu Rusiya Prezidenti Vladimir Putin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirib. “Biz çinli dostlarımıza bu böhranı necə bitirməyin yolları barədə düşündüklərinə görə minnətdarıq. Hesab edirəm ki, onların təklifi etdiyi (sülh planı) kifayət qədər […]
Livanın ərazisində İsrail Müdafiə Qüvvələrinin zərbələrindən sonra güclü yanğın baş verib – VİDEO
Sosial şəbəkələrdə İsrail Müdafiə Qüvvələrinin zərbələri nəticəsində baş verən güclü yanğının videogörüntüləri yayılıb. Yanğının Livanın şimalında, Əbu Ali çayı üzərindəki körpünün yaxınlığında İsrail Müdafiə Qüvvələri tərəfindən atəşə tutulduqdan sonra baş verdiyi iddia edilir. Mənbə: “İzvestiya” “Telegram”
İsrail: “HƏMAS təxliyə olunan insan karvanına hücum edib”
İsrail HƏMAS-ı Qəzza zolağının şimalından təxliyə olunan mülki şəxslərin karvanına hücum etməkdə ittiham edib. Bu barədə İsrail Müdafiə Ordusunun (SAXAL) sözçüsü Conatan Konrikus məlumat verib. Onun sözlərinə görə, HƏMAS yaraqlıları oktyabrın 13-də Qəzza zolağının şimal hissəsindən təxliyə olunan karvanı atəşə tutaraq 70 dinc sakinin ölümünə səbəb olublar: “Biz mülki vətəndaşlardan ibarət heç bir karvanı atəşə […]
AŞ-nin komissarı Azərbaycana və Ermənistana səfər edəcək – FOTO
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Ermənistana və Azərbaycana səfər edəcək. Bu barədə məlumat Dunya Miyatoviçin “X” (keçmiş “Twitter”) səhifəsində dərc edilib. İnsan Hüquqları üzrə Komissar beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşlər keçirəcək. Səfərin 16-23 oktyabr tarixlərində baş tutacağı bildirilir.