Dünya
Putin: “Qərblə Rusiya arasında müharibə tamamilə fərqli olacaq”
“Qərblə Rusiya arasında qızğın toqquşma baş verərsə, bu, tamamilə fərqli bir müharibə olacaq”. Bunu Rusiya prezidenti Vladimir Putin “Rossiya-1” telekanalındakı “Moskva. Kreml. Putin” verilişinə müsahibəsində deyib. O, jurnalistin xahişi ilə ABŞ Konqresi komissiyasının nüvə qarşıdurması variantını nəzərə almaqla həm Rusiya, həm də Çinlə eyni vaxtda müharibəyə hazırlaşmaq tövsiyəsini şərh edib. “Biz sülh istəyirik və əgər […]
İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi İranı ikinci cəbhə açmağa çalışmaqda ittiham edib – FOTO
İsrail Xarici İşlər Nazirliyinin strateji məsələlər üzrə baş direktorunun müavini Coşua Zarka İranı İsrail ordusunun ölkənin cənubunda Qəzza zolağında HƏMAS radikallarına qarşı əməliyyat keçirərkən Suriya ərazisindən strateji silahlar daşıyaraq yəhudi dövlətinin şimalında ikinci cəbhə açmağa çalışmaqda ittiham edib. “X” (keçmiş “Twitter”) sosial şəbəkəsinin istifadəçisi Coel Reybern öz hesabında aşağıdakı mətni paylaşıb: “İsrailin Dəməşq və Hələb […]
Netanyahu Qəzza yaxınlığında göründü və müharibədə “növbəti mərhələni” elan etdi – VİDEO
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağının yaxınlığında yerləşən hərbçilərə baş çəkib. O, hərbçilərə “Növbəti mərhələyə hazırsınızmı? Növbəti mərhələ yaxınlaşır”, – deyə bildirib. Hərbçilər cavab olaraq öz hazırlıqlarını təsdiqləyiblər. Qeyd edək ki, bu axşam Baş nazirin yanında operativ toplantı keçirilib. Mənbə: TASS
Ölünü diriltməyə dəyməz – VİDEO
Cümə axşamı BMT-nin Beynəlxalq Haaqa Məhkəməsi (Niderland) İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya üzrə Azərbaycana qarşı iddiası çərçivəsində Ermənistanın növbəti şikayəti ilə tərəflərin dinləmələrinə başlayıb. Bu barədə “Caliber”in “YouTube” kanalında yayımlanan yeni süjetində bildirilir. “Görünür, bu dəfə 35 illik “miatsum” adlı xəyalın biabırçı sonunu və onun gələcəkdə nə vaxtsa dirçəldilməsinə olan bütün […]
Ermənistan prezidenti Roma Statutunun ratifikasiyası haqqında qanunu imzalayıb
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun ratifikasiyası haqqında qanunu imzalayıb. Ermənistan mediasının məlumatına görə, bu barədə ölkə prezidentinin saytında məlumat verilib. Xatırladaq ki, 2023-cü il martın 24-də Ermənistanın Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin əsas qanunlarına uyğun olduğunu tanıyıb. Rəsmi İrəvanın Roma Statutuna qoşulmaq planlarına Moskva son dərəcə mənfi reaksiya verib. Rusiya Xarici […]
Almaniya xarici işlər naziri Annalena Berbok: “HƏMAS Qəzza zolağının bütün əhalisini girov götürüb”
“HƏMAS Qəzza sakinlərindən “qalxan” kimi istifadə edir”. Bu sözləri həmrəylik nümayişi üçün İsraildə səfərdə olan Almaniya xarici işlər naziri Annalena Berbok israilli həmkarı Eli Koenlə birgə keçirdiyi mətbuat konfransında deyib. “HƏMAS indi günahsız insanların arxasında barrikada qurur və onlardan Qəzza zolağında qalxan kimi istifadə edir”, – deyə o bildirib. “HƏMAS Qəzza zolağının bütün əhalisini girov götürüb”, – deyə […]
Zahidanda etiraz yürüşü keçirilib – VİDEO
Hər cümə günü olduğu kimi, bu gün də Zahidan bölgəsinin etnik bəluc əhalisi şəhərdə güclü təhlükəsizlik qüvvələrinin olmasına baxmayaraq, cümə namazından sonra küçələrə çıxaraq aksiya keçiriblər. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Məlumata görə, onlar aksiya zamanı “Şəhid qardaşım, qanını geri alacağam!”, “Şəhid Yasir kimi ölməyə hazıram!”, “Şərəfsiz, şərəfsiz!”, “Xameneiyə ölüm olsun!” kimi anti-hökumət […]
“Bayraktar TB3” PUA-nın ilk sınağı uğurla tamamlandı – VİDEO
Türkiyədə qısa uçuş-enmə zolağına, dəniz gəmilərinə qalxıb enmə qabiliyyətinə malik olan “Bayraktar TB3” PUA-nın ilk dəniz sınaqları uğurla başa çatıb. Şirkətdən bildirilib ki, “Bayraktar TB3” ilk dəniz sınaqlarını uğurla başa vurub. Bu qatlanan qanadlı PUA həm kəşfiyyat, həm müşahidə, həm də zərbə məqsədləri üçün çox uzun məsafələrdən idarə oluna bilir. Mənbə: hurriyet.com
Fransada məktəbə bıçaqlı hücum: Ölən və yaralananlar var – VİDEO
Fransanın Arras şəhərində məktəbə bıçaqlı hücum olub. Bu barədə polisdəki mənbədən xəbər verilib. Bildirilir ki, hücum nəticəsində bir müəllim həlak olub, bir neçə nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır. Fransanın daxili işlər naziri Jerald Darmanin məktəbdə baş verən insidenti təsdiqləyib. Onun sözlərinə görə, orada polis əməliyyat keçirib və cinayətkar saxlanılıb. İddialara görə, hücum edən şəxs […]
Pentaqonun rəhbəri İsrailə səfər edib – VİDEO
ABŞ-nin müdafiə naziri Lloyd Ostin bu gün İsrailə səfər edib. O, İsrailin yüksək səviyyəli rəsmiləri ilə bir sıra görüşlər keçirəcək. Ostin HƏMAS-ın hücumundan sonra İsrailə səfər edən ikinci yüksəkrütbəli ABŞ rəsmisi olub. Xatırladaq ki, dünən İsrailə ABŞ-nin dövlət katibi Antoni Blinken səfər edib. Ostinin baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və İsrail hərbi […]