Dünya 

HƏMAS hədəfinin məhv edilməsi canlı yayıma düşdü – VİDEO

HƏMAS-ın İsrailə qarşı başlatdığı “Əqsa tufanı” əməliyyatına cavab olaraq İsrail ordusu müvafiq güc tətbiqini davam etdirir. Belə ki Qəzza zolağında HƏMAS-ın hədəflərindən birinin məhv edilməsi anı canlı yayıma düşüb. Görüntülərdə jurnalistin həyəcanlı halda canlı yayımdan çıxdığı və kameramanın arxa fondakı binanın çökməsini qeydə aldığı əks olunub. Xatırladaq ki, bu gün səhər saatlarında İsrailin müdafiə naziri Yoav Qallant Qəzzanı tam mühasirəyə almağı əmr edib. Mənbə: Haber Global

Read More
Dünya 

İsrail müdafiə nazirindən mühasirə əmri: Ordu Qəzzada HƏMAS-a qarşı hücuma başladı – VİDEO

İsrail hərbçiləri ölkə ərazisinə nəzarəti bərpa etdikdən sonra HƏMAS-dan olan fələstinli radikallara qarşı hərbi əməliyyatın hücum mərhələsinə keçiblər. Bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib. “Biz hücuma keçdik. İsrail Müdafiə Qüvvələri Qəzzaya bitişik ərazilərdə yüzlərlə terrorçunu məhv edib”, – o deyib. Həmçinin, İsrailin müdafiə naziri Yoav Qalant Qəzzanın tam blokadaya alınması ilə bağlı göstəriş verib. Qida və enerji təchizatı dayandırılacaq. Bu sırada HƏMAS-ın döyüş qanadı olan “İzəddin əl-Qasım Briqadaları” qruplaşması İsrailin Aşdod və Aşkelon şəhərlərinə kütləvi raket zərbələri endirdiyini iddia edir. Bu barədə fələstinli radikallar öz “Telegram” kanallarında məlumat veriblər. Mənbə:…

Read More
Dünya 

Yaxın Şərqdə qanlı toqquşmalar: İtkilərlə bağlı SON MƏLUMATLAR

Ötən şənbə günü – oktyabrın 7-də Fələstinin Qəzza zolağından İsrailə raket zərbələri endirməsi ilə başlayan qarşıdurmada ölən və xəsarət alanlar haqqında son məlumat açıqlanıb. İrsail tərəfindən ölənlərin sayı 700 nəfəri ötüb. İsrailin cənubunda musiqi festivalına gələn ən azı 260 ziyarətçi ölü tapılıb. Bundan başqa, ümumilikdə xəsarət alan israillilərin sayı 2382 nəfərə çatıb. Qeyd edək ki, yüksək rütbəli zabitlər də daxil olmaqla 100-dən çox israillinin əsir götürüldüyü bildirilir. Fələstin tərəfindən isə 436 nəfərin öldüyü, 2271 nəfərin yaralandığı barədə məlumat verilir. Mənbə: RİA Novosti “Telegram” kanalı

Read More
Dünya 

KİV: “ABŞ Yaxın Şərqə daha çox döyüş təyyarəsi göndərməyə hazırlaşır”

ABŞ regionda öz mövqelərini gücləndirmək planının bir hissəsi olaraq Yaxın Şərqə əlavə döyüş təyyarələri yerləşdirməyi planlaşdırır. Bu barədə CNN öz mənbələrinə istinadla xəbər verib. Kanalın həmsöhbətinin sözlərinə görə, ABŞ “F-35” və “F-15”ləri oraya köçürəcək. Onların dəqiq sayı məlum deyil, ancaq 20-25 döyüş təyyarəsinin olduğu ehtimal edilir. Əlavə qırıcıların yerləşdirilməsinin məqsədi kimi İrandan potensial təcavüz və ya hərbi əməliyyatların İsrailin hüdudlarından kənara çıxmaq ehtimalının qarşısını almaq olduğu vurğulanıb.

Read More
Dünya 

İsrailin Aşkelon şəhəri kütləvi raket atəşinə məruz qalıb – VİDEO

Bu gecə İsrailin Aşkelon şəhəri Qəzza zolağından kütləvi raket atəşinə məruz qalıb. Bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, təkcə ötən gün ərzində İsrail ərazisinə 3 mindən çox raket atılıb. Davamlı atəş nəticəsində “Dəmir Qübbə” raketdən müdafiə sisteminin sursatı əhəmiyyətli dərəcədə tükənib. Bununla əlaqədar Təl-Əviv tədarükün artırılmasında kömək üçün ABŞ-yə müraciət edib. Bu hadisələrin fonunda BMT Təhlükəsizlik Şurasının Fələstin-İsrail münaqişəsinin gərginləşməsinə həsr olunmuş fövqəladə iclası keçirilib. Tədbir bağlı qapılar arxasında keçirilib. Mətbuata verilən son açıqlamaya əsasən, BMT Təhlükəsizlik Şurası Qəzza zolağı ətrafındakı vəziyyətlə bağlı heç bir sənəd qəbul etməyib. Mənbə:…

Read More
Dünya 

Ərdoğan: “Türkiyə münaqişənin tez bir zamanda dayandırılması üçün əlindən gələni etməyə hazırdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Mor Efrem Süryani qədim ortodoks kilsəsinin açılış mərasimində mühüm açıqlamalar verib. O bildirib ki, ölkəsi regioanda sülhün bərqərar olması üçün əlindən gələni etməyə hazırdır. “Bölgədə gərginliyi artıracaq, daha çox qan tökülməsinə səbəb olacaq, problemləri daha da dərinləşdirəcək istənilən addımdan çəkinmək lazım olduğunu vurğulayırıq. Oda odun tökməyin heç kimə faydası yoxdur. Türkiyə münaqişələrin tez bir zamanda dayandırılması və son hadisələrlə artan gərginliyin azaldılması üçün əlindən gələni etməyə hazırdır. Biz əmin-amanlığın bərpası üçün başlatdığımız diplomatik səyləri gücləndirməkdə qərarlıyıq”, – deyə Ərdoğan bəyan edib. Mənbə: Haber Global

Read More
Dünya 

İsrail Livanla sərhəd yaxınlığında vətəndaşların təxliyyəsinə başlayıb – YENİLƏNİB

İsrailin müdafiə naziri Yoav Qalant Livanla sərhədə yaxın yerləşən yaşayış məntəqələrinin boşaldılmasına hazırlıq barədə göstəriş verib. Bazar günü səhər saatlarında İsrail ordusu Qəzza zolağı yaxınlığında onlarla yaşayış məntəqəsinin boşaldılmasını elan edib. Qeyd edək ki, Livan “Hizbullah”ı oktyabrın 8-də Fələstinin İsrail ərazilərini atəşə tutması prosesinə qoşulduğunu təsdiqləyib. Mənbə: mk.ru 12:25 İsrail ordusu sutka ərzində bütün ölkə vətəndaşlarının Qəzza ilə sərhədə yaxın ərazidən təxliyə ediləcəyini açıqlayıb. Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat katibi Daniel Haqari məlumat verib. “İsrail 24 saat ərzində Qəzza sərhədi yaxınlığındakı qəsəbələrdə yaşayan bütün sakinləri təxliyə edəcək”, – deyə…

Read More