Dünya 

Yüzlərlə insan İsraili tərk etməyə çalışır – VİDEO

İsrailin Ben Qurion hava limanında xaos yaşanır. Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilir ki, hazırda yüzlərlə insan ölkəni tərk etməyə çalışır. Qeyd edək ki, HƏMAS-ın genişmiqyaslı hücumu və buna cavab olaraq İsrail ordusunun həyata keçirdiyi antiterror əməliyyatları bölgədəki vəziyyəti gərginləşdirib. Artıq hər iki tərəfdən yüzlərlə insan hərbi əməliyyatların qurbanı olub.  

Read More
Dünya 

Pentaqon İsrailə yardım vəd edib

Pentaqonun rəhbəri Lloyd Ostin İsrailin özünümüdafiə hüququnu təsdiqləyib və bildirib ki, ABŞ-nin bu məsələdə mövqeyi sarsılmaz olaraq qalır. Bu barədə onun ABŞ Müdafiə Nazirliyinin saytında dərc olunmuş bəyanatında deyilir. Sənəddə qeyd olunur ki, nazir İsraildəki hadisələrin inkişafını diqqətlə izləyir və ölkəyə yardım vəd edib. Yaxın vaxtlarda Müdafiə Nazirliyinin İsraili özünümüdafiə və vətəndaşların zorakılıq və terrorizmdən qorunması üçün lazım olan hər şeyi təmin etmək üçün tədbirlər görəcəyi bildirilir. Mənbə: Lenta.ru

Read More
Dünya 

Əfqanıstanda zəlzələ qurbanlarının sayı iki minə çatıb – YENİLƏNİB

Əfqanıstanın ən azı iki min sakini ölkənin qərbində baş verən dağıdıcı zəlzələ və onun sonrakı təkanlarının qurbanı olub. Bu barədə “Associated Press” radikal “Taliban” hərəkatının nümayəndəsinə istinadən məlumat yayıb. İnformasiya və Mədəniyyət Nazirliyinin müvəqqəti Taliban hökumətindəki nümayəndəsi Əbdül Vahid Rayanın sözlərinə görə, Herat vilayətində baş verən zəlzələ nəticəsində təxminən 6 kənd tamamilə dağılıb. 09:26 Əfqanıstanın qərbində şənbə günü baş verən zəlzələdə azı 500 nəfər həlak olub. Bu barədə Qızıl Ayparanın nümayəndəsi Erfanullah Şərəfzoi məlumat verib. Daha əvvəl Əfqanıstanın Herat əyalətində təbii fəlakətlərlə mübarizə idarəsinin əməkdaşı təxminən 120 nəfərin öldüyünü və…

Read More
Dünya 

BMT İsrailə hücumu pisləyib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş HƏMAS-ın İsrailə hücumunu pisləyib. Bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin şərhində qeyd olunur. “BMT-nin Baş katibi HƏMAS-ın İsrailin Qəzza zolağı yaxınlığına və mərkəzi İsrail şəhərlərinə hücumunu, o cümlədən İsrail vətəndaşlarının məskunlaşdığı digər ərazilərə minlərlə raket atılmasını qətiyyətlə pisləyir”, – deyə S.Dujarrik bildirib. Bundan əlavə, o qeyd edib ki, Antonio Quterreş Fələstin-İsrail münaqişəsinin tərəflərini maksimum təmkinli olmağa çağırıb. Mənbə: Gazeta.ru

Read More
Dünya 

Makronu idarə edən qadınlardan biri: erməni Astrid kimdir?

Fransa prezidenti Emmanuel Makronun Azərbaycana qarşı qərəzli, subyektiv, bəzənsə aşkar düşmənçilik mövqeyi ilk baxışdan paradoksal, məntiqdən və diplomatiyadan kənar görünsə də, səbəbləri var. Həmin səbəblərin arasında erməni əsilli qadın da yer alır. Bu qadın Astrid Panosyan-Buvedir. Atası erməni, anası norveçli olan 52 yaşlı bu qadın Parisdəki Ali Kommersiya Məktəbində (L’École des hautes études commerciales de Paris, HEC), Siyasi Tədqiqatlar İnstitutunda (L’Institut d’études politiques, Sciences Po) və Kennedi adına Harvard Dövlət İdarəetmə Məktəbində (Harvard Kennedy School of Government) təhsil alıb. “Sciens Ro”da oxuyarkən o, Fransanın gələcək baş naziri Eduard Filipplə tanış…

Read More
Dünya 

Günün fotosu: Şalvarın çıxarılması ilə bitən hücum

Bu şəkil bu gün İsraildə çəkilib. Şəkildə görünən, asfalta döşəli olanlar Qəzza sektorundan İsrailin yaşayış məntəqələrinə hücum etmiş HAMAS döyüşçüləridir. Ayaq üstə duranlar isə İsrail hərbçiləridir. İkincilər birinciləri kəskin müqavimətdən sonra hansısa bir küncə sıxışdırıblar və diri olaraq ələ keçiriblər. Göründüyü kimi, kişi və qadın olmasına baxmayaraq, əsir götürülənlərin hamısının şalvarı əyinlərindən çıxarılıb. Bu nə deməkdir? Təhlükəsizlik mülahizəsi (paltarın altında partladıcı maddə və ya kəsici-deşici alət olması ehtimalı) ilə bağlıdır, yoxsa qətl törətmiş, amma güllələlənmədən əsir düşmüş terrorçuları heç olmasa bu cür cəzalandırmaq (şəxsiyyətlərini alçaltmaqla) cəhdidir? Ya da İsrail bu…

Read More
Dünya 

Türkiyənin iki bölgəsində meşə yanğını başlayıb – FOTO

Türkiyənin Burdur və İzmir bölgəsində meşə yanğınları başlayıb. Hər iki bölgədə yanğınla mübarizəyə helikopterlər və canlı qüvvə cəlb edilib. Məlumatda qeyd olunur ki, havadan və qurudan müdaxilələrlə alovu nəzarət altına almaq üçün işlər aparılır. İnsan tələfatı və meşə ərazisinə dəyən ziyan barədə hələlik məlumat verilmir.   Mənbə: NTV

Read More
Dünya 

İsrail ordusu: “Bu günün sonuna qədər “HƏMAS” silahlılarını ölkədən çıxaracağımıza ümid edirik”

“İsrail ordusu bu günün sonuna kimi HƏMAS yaraqlılarının ölkə ərazisindən təmizlənməsini başa çatdıracağına ümid edir”. Bu açıqlama ilə İsrail Müdafiə Qüvvələrinin nümayəndəsi Riçard Heht çıxış edib. “Biz bütün diqqətimizi gücümüzü qorumağa yönəltmişik. Biz danışdığımız müddətdə döyüşlər davam edir. Ümid edirik ki, günün sonuna qədər İsrail daxilində sağ terrorçu qalmayacaq” – deyə Riçard Heht qeyd edib. Mənbə: CNN

Read More