Dünya 

Türkiyə XİN İsraildə baş verən son hadisələrə münasibətini açıqlayıb

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İsraildə baş verən son hadisələrlə əlaqədar bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, bu gün Türkiyə dövləti İsraildə və Fələstində baş verən zorakılıqdan, gərginlikdən dərin narahatdır. “Bölgədə əmin-amanlığın tezliklə bərpa olunmasına böyük əhəmiyyət verir və mülki əhalinin itkisini qətiyyətlə pisləyirik. Zorakılıq aktlarının və bununla bağlı eskalasiyaların heç kimə fayda verməyəcəyini vurğulayaraq, tərəfləri təmkinli davranmağa və impulsiv addımlardan çəkinməyə çağırırıq. Biz Türkiyə olaraq bu hadisələrin daha da böyümədən və böyük əraziyə yayılmadan nəzarət altına alınması üçün əlimizdən gələni etməyə hər zaman hazırıq. Bununla bağlı aidiyyəti tərəflərlə intensiv təmaslarımızı…

Read More
Dünya 

BMT İranda insanlara qarşı zorakılıqdan narahatlığını bildirib – FOTO

BMT-nin baş katibi Antonio Quterreş İranda insan haqlarının vəziyyəti ilə bağlı son hesabatında ölkədə edamların artması, etirazçıların həbsi, tələbə və müəllimlərə qarşı təzyiqləri, o cümlədən, qadınlara qarşı ayrı-seçkiliyi narahatedici adlandırıb. Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib. BMT İran hökumətindən həbs olunan etirazçıları azad etməyi və edamlara son qoymasını tələb edib. Hesabata əsasən, bu ilin ilk yeddi ayında İranda ən azı 419 nəfər edam edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30% çoxdur. Qeyd edək ki, göstərilən rəqəmlərdən 239 edam cəzası narkotik cinayətləri ilə əlaqəlidir.  

Read More
Dünya 

Məşhur yazıçı Yuval Noah Harari ilə müsahibə – VİDEO

74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində Bakıya gələn məşhur yazıçı və tarixçi Yuval Noah Harari müsahibə verib. Müsahibənin Azərbaycan dilinə dublyaj olunmuş variantını təqdim edirik: Qeyd edək ki, israilli yazıçı, tarixçi, futuroloq Y.N.Harari “Sapiens: bəşəriyyətin qısa tarixi”, “Homo Deus: sabahın qısa tarixi”, “21-ci əsr üçün 21 dərs” kimi bestsellerlərin müəllifidir. Onun kitabları 65 dildə 45 milyon nüsxə satılıb. Xatırladaq ki, kosmos sahəsinin ən nüfuzlu tədbiri olan Beynəlxalq Astronavtika Konqresi oktyabrın 2-6-da Bakıda keçirilib. Tədbir “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusuna həsr olunub. Y.N.Harari konqresin fəxri qonağı olub.

Read More
Dünya 

İsrail XİN: “HƏMAS terrorçuları evlərə soxularaq günahsız israilli ailələri öldürməyə çalışırlar”

“Minlərlə israilli hazırda evlərində qapalı vəziyyətdədir”. Bu barədə İsrail Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib. Bildirilib ki, bu səhər onlarla silahlı HƏMAS terrorçusu Qəzza zolağından sərhədi keçərək İsrailə daxil olub. “HƏMAS terrorçuları isə İsrailin cənubundakı icmaları nəzarət altında saxlayır, evlərə soxularaq günahsız israilli ailələri öldürməyə çalışırlar”, – deyə paylaşımda qeyd edilib.  

Read More
Dünya 

HƏMAS İsraildə ələ keçirdiyi ərazilərə daha çox döyüşçü yığır – VİDEO

HƏMAS İsrailin ələ keçirdiyi bölgələrinə getdikcə daha çox döyüşçü toplayır. Bununla bağlı sosial şəbəkələrdə yayılan videogörüntülərdə çox sayda silahlıların ələ keçirilən ərazilərə daxil olmasını əks etdirən kadrlar əks olunub. Qeyd edək ki, səhər saatlarından HƏMAS Qəzza zolağından İsrailə hücum həyata keçirib. Ölkə daxilində HƏMAS silahlıları ilə yerli ordu qüvvələri arasında döyüşlər gedir. İsrailin mərkəzində və ölkənin cənubunda xüsusi təhlükəsizlik vəziyyəti tətbiq edilib. Ölkədə, həmçinin səfərbərlik elan edilib.  

Read More
Dünya 

İsrailin baş naziri ölkə əhalisinə müraciət etdi: “Düşmənə heç vaxt görmədiyi cavab atəşi açılacaq” – VİDEO

“Yəhudi dövləti müharibə vəziyyətindədir və bu müharibədə qalib gələcək. Düşmən isə hücuma görə misligörünməmiş bədəl ödəyəcək”. Bu sözləri İsrail Baş naziri Binyamin Netanyahu ölkə əhalisinə müraciətində deyib. “Mən ehtiyatda olan hərbçilərin kütləvi səfərbər edilməsini və düşmənə heç vaxt görmədiyi şəkildə güclü cavab atəşinin açılmasını əmr etdim. Düşmən misligörünməmiş bir bədəl ödəyəcək”, – deyə baş nazir bildirib. “Bu səhər HƏMAS İsrail dövlətinə və onun vətəndaşlarına qəfil ölümcül hücum həyata keçirdi. Mən təhlükəsizlik qüvvələrinin rəhbərlərini topladım və onlara əvvəlcə terrorçuların soxulduqları yaşayış məntəqələrini “təmizləməyi” tapşırdım. Hazırda da bu proses həyata keçirilir”, – deyə Netanyahu…

Read More
Dünya 

HƏMAS İsrailin Qəzza zolağındakı keçmiş komandanını əsir götürüb

İsrailin Qəzza zolağındakı diviziyasının keçmiş komandanı, briqada generalı Nimrod Aluni HƏMAS silahlıları tərəfindən əsir götürülüb. Məlumata görə, o, 2022-ci ilin avqustunadək İsrail ordusunun Qəzza zolağında komandan olub. Bildirilib ki, HƏMAS silahlıları onu yaşadığı evin yanında tutublar. Generalın evi Fələstinlə sərhəddə yerləşir. Briqada generalının sərbəst buraxılması istiqamətində HƏMAS-la İsrail nümayəndələri arasında danışıqlar gedir. Mənbə: “Hamshahri”

Read More
Dünya 

Türkiyə PKK-ya qarşı hava hücumu həyata keçirib: 58 terrorçu zərərsizləşdirilib – YENİLƏNİB

Türk Silahlı Qüvvələri ötən gecə Suriyanın şimalında həyata keçirdiyi əməliyyatda zərərsizləşdirilən terrorçuların sayı 58-ə yüksəlib. APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. 13:04 Türkiyə Hərbi Hava Qüvvələri Suriyanın şimalında ən böyük hava əməliyyatını həyata keçirib və hədəfi Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) və onun Suriya qanadı Xalq Müdafiə Qüvvələrinin hədəfləri olub. Məlumata görə, reyddə 30 döyüş təyyarəsinin iştirak etdiyi bildirilib. Cümə axşamı axşam saatlarında başlayan əməliyyat 40-50 km dərinlikdə aparılıb. Tell-Rifaat, Cizirə və Derik bölgələrində silah bazalarına, PKK-ya məxsus neft quyularına və yanacaq-sürtkü…

Read More
Dünya 

Korsikada narazılıq artır: Makron “muxtariyyət”ə razılaşacaq? – “KASPİ”nin TƏHLİLİ + FOTO

Fransa prezidenti Emmanuel Makron artan etirazlar fonunda Korsika adasına muxtariyyət verilə biləcəyini açıqlayıb. Korsikaya muxtariyyət verilməsinin ölkənin digər regionlarına da təsirsiz ötüşməyəcəyi proqnozlaşdırılır. Əgər bu qərar keçərsə, Fransanın digər əyalətləri də özlərinə oxşar hüquqlar tələb edə bilərlər. “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib. Cənubi Qafqazda erməni separatizminə rəvac verən Fransa artıq özü də bu problemi yaşayır. Ölkə daxilində və xaricində yaşanan uğursuzluqlar Fransa Prezidenti Emmanuel Makronu bir sıra güzəştlərə getməyə məcbur edib. Keçmiş müstəmləkələri bir-bir əldən çıxır, tabeliyində olan ərazilərdə etirazlar səngimir. Makronun “muxtariyyət” təklifi Fransa prezidenti səfərdə olduğu…

Read More
Dünya 

Əfqanıstanda baş verən zəlzələdən sonra 14 nəfər ölüb, 78 nəfər yaralanıb – YENİLƏNİB

Əfqanıstanda baş verən zəlzələdə 14 nəfər ölüb, 78 nəfər yaralanıb. Qeyd edək ki, 6,2 bal gücündə baş verən zəlzələnin episentri 272 min insanın yaşadığı Herat şəhərindən 42 km şimal-qərbdə olub. Mənbə: newsland 11:36 Əfqanıstanda 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb. Məlumata görə, təbii fəlakətin episentri 272 min insanın yaşadığı Herat şəhərindən 42 km şimal-qərbdə olub. Zəlzələnin episentri 10 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Mənbə: TASS

Read More