Dünya 

Mariya Zaxarova: “Ermənistana Rusiya yox, Avropa İttifaqı xəyanət edib”

“Ermənistana Rusiya yox, Avropa İttifaqı xəyanət edib”. Bu sözləri bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Rusiyalı diplomat bildirib ki, Brüssel atəşi dayandırmaq və humanitar yardım göstərmək barədə heç düşünməyib də. M.Zaxarova, həmçinin vurğulayıb ki, Avropa İttifaqının Ermənistandakı missiyası heç bir sabitliyi və ya gərginliyin azalmasını təmin etmir. “Onların əsas vəzifəsi Ermənistanın təhlükəsizliyini təmin etmək və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına kömək etmək deyil, Brüsselin maraqları naminə kəşfiyyat xarakterli monitorinq aparmaq və vəziyyəti gərginləşdirməkdir”, – deyə Mariya Zaxarova əlavə edib. Mənbə: TASS

Read More
Dünya 

Serdar Kılıç: “Fransa XİN başçısının coğrafiya üzrə baza biliklərə ehtiyacı var”

Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç Fransanın xarici işlər naziri Katrin Kolonnanın “baza coğrafi biliklərə” ehtiyacı olduğunu bəyan edib. Kılıç “X” sosial şəbəkəsində fransalı nazirin Ağrı dağının fotosunu yayımladığı paylaşımına münasibət bildirib. “Xanım nazir, fotoşəkildəki Ağrı dağı Türkiyə sərhədləri daxilində yerləşir və buna görə də Türkiyənin ayrılmaz hissəsidir. Qorxuram ki, siz ya səfərinizin məqsədini ümumiyyətlə başa düşmürsünüz, ya da coğrafiya üzrə baza biliklərə ehtiyacınız var”, – Türkiyənin xüsusi nümayəndəsi yazıb.

Read More
Dünya 

Ömer Çelik Fransa XİN başçısından Ağrı dağı paylaşımını silməyi tələb etdi

Fransa xarici işlər naziri Katrin Kolonnanın Ermənistana səfəri çərçivəsində “X” sosial şəbəkəsində Ağrı dağının rəsmini istifadə etməsi savadsızlıqla yanaşı, böyük bir səhvdir. Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuat konfransı zamanı deyib. O qeyd edib ki, həmin paylaşım silinməlidir. “O paylaşım silinməlidir! Ağrı dağının rəsminin bu şəkildə istifadə olunması böyük diplomatik xətadır”, – deyə Çelik qeyd edib. Mənbə: İHA

Read More
Dünya 

Paşinyan hansı halda istefa verə biləcəyini AÇIQLADI

Ermənistanın baş naziri Nikol Paşinyan hansı halda istefa verə biləcəyini açıqlayıb. Paşinyan deyib ki, əgər onun gedişi ilə ölkənin bütün təhlükəsizlik problemlərinin həll olunacağına əmin olsa, dərhal postundan istefa verəcək. Onun sözlərinə görə, vəziyyətin təhlili göstərir ki, o, istefa verərsə, vəziyyət daha da pisləşəcək. Mənbə: Sputnik Ermənistan

Read More
Dünya 

Türkiyə ordusu İraqın şimalında 22 hədəfi məhv etdi – FOTO

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında növbəti hava əməliyyatını icra edib. Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əməliyyat zamanı 22 hədəf məhv edilib. Əməliyyatın PKK və digər terror ünsürlərini zərərsizləşdirmək məqsədilə həyata keçirildiyi bildirilib. Açıqlamaya görə, əməliyyatlarda yerli sursatlardan maksimum istifadə edilib.    

Read More
Dünya 

İtaliyanın tarixi şəhərində turistlər üçün qadağa tətbiq edildi

İtaliyanın turizm bölgələrindən biri olan Florensiyada tarixi şəhər mərkəzinin sərhədləri daxilində turistlər üçün qısamüddətli ev kirayələrinə qadağan qoyulub. Bununla bağlı Florensiya Şəhər Şurası tərəfindən qərar qəbul edilib. Qərara əsasən, “Airbnb” kimi platformalar vasitəsilə qısamüddətli yaşayış üçün yeni evlərin kirayəsi qadağan edilib. Həmçinin qərarda qısamüddətli kirayə modelindən imtina edərək evlərini uzunmüddətli kirayə verən ev sahibləri üçün mənzil vergilərində endirim də nəzərdə tutulub. Florensiya bələdiyyə sədri Dario Nardella məsələ ilə bağlı açıqlamasında bu qərarın yerli əhalinin yardım çağırışına cavab olduğunu bildirib. Onun sözlərinə görə, qısamüddətli mənzil kirayəsi, həmçinin şəhərdə kirayə qiymətlərinin də…

Read More
Dünya 

Mariya Zaxarova: “Ermənistan üçün ən vacib qərarlar ictimai rəyə əsaslanmadan qəbul edilir”

“Ermənistan üçün ən vacib qərarlar ictimai rəyə əsaslanmadan qəbul edilir”. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunda müəllif proqramının efirində deyib. “Təkcə bu gün deyil, həm də xalqın tarixi kontekstində ictimai rəyə əsaslanmadan, referendumun nəticələrinə əsaslanmadan ümummilli əhəmiyyət kəsb edən qərarlar qəbul edilir. Üstəlik, onlar seçkiyə gedərkən dedikləri hər şeyə zidd olan qərarlar qəbul edirlər. Biz heç kimi heç nəyə vadar etmirik, məsləhət vermirik, demirik ki, bu edilməli, bu edilməməli idi. Bu, sadəcə olaraq, faktın konstatasiyasıdır… Ermənistan üçün taleyüklü məsələ ilə bağlı qərarlar erməni xalqının…

Read More
Dünya 

Ukrayna Avropa İttifaqına daxil olduqdan sonra təxminən 200 milyard avro alacaq

Ukrayna Avropa İttifaqına daxil olduqdan sonra 186 milyard avro (təxminən 334,5 milyard manat) alacaq. Bu barədə İttifaqa yeni üzvlərin daxil olması nəzərə alınmaqla yeddi il üçün nəzərdə tutulmuş Aİ-nin büdcə layihəsinə istinadən xəbər verilir. Avropa İttifaqının büdcəsi 21% artaraq 1,47 trilyon avroya (2,64 trilyon manat) çatacaq. Ukrayna yeddi il ərzində Avropa İttifaqının vahid kənd təsərrüfatı siyasəti çərçivəsində 96,5 milyard avroya (təxminən 173,55 milyard manat) sahib olacaq. Bundan əlavə, Ukrayna daha kasıb üzv ölkələrdə infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş Avropa İttifaqının birləşmə fondlarından 61 milyard avro (təxminən 109,7 milyard manat) ala biləcək. Mənbə:…

Read More
Dünya 

“Birinci Kanal”ın keçmiş redaktoru həbs cəzasına məhkum edildi – VİDEO

Rusiyanın paytaxtı Moskvanın Basmannı məhkəməsi “Birinci Kanal”ın keçmiş redaktoru Marina Ovsyannikovanı Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat yaymaqda təqsirli bilib. Məhkəmə Marina Ovsyannikovanı qiyabi olaraq 8,5 il müddətinə azadlıqdan məhrum edib. Bu barədə paytaxt prokurorluğundan məlumat verilib. “Məhkəmə prokurorluğun mövqeyini nəzərə alaraq Ovsyannikovanın ümumi rejimli islah koloniyasında çəkilməsi üçün 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Məhkəmə, həmçinin dörd il müddətinə onu elektron və ya informasiya və telekommunikasiya şəbəkələrinin, o cümlədən internet saytlarının administrasiyası ilə bağlı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edib”, – deyə məlumatda bildirilib. İstintaqın…

Read More
Dünya 

Ərdoğan İspaniya səfərini təxirə saldı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səhhəti ilə bağlı partiya iclası, həmçinin İspaniyaya səfəri təxirə salınıb. Ərdoğanın İspaniyaya səfərinin soyuqdəymə səbəbindən ləğv edildiyi bildirilib. Qeyd edək ki, Ərdoğan İspaniya Baş naziri Pedro Sançeslə telefon danışığı aparıb və İspaniyaya dəvət olunub. Türkiyə Prezidentinin sabah İspaniyaya edəcəyi səfər çərçivəsində iki ölkə arasındakı münasibətlərin və regional hadisələrin müzakirəsi nəzərdə tutulurdu. Mənbə: “Cumhuriyyet”

Read More