Dünya 

Ərdoğan onlara XƏBƏRDARLIQ ETDİ

Suriyada sabitliyi pozmaq istəyən öz qarşısında Türkiyəni görəcək. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonra çıxışında deyib. O bildirib ki, artıq Suriyada yeni mərhələ başlayıb: “Türkiyə Suriyanın parçalanmasına imkan verməyəcək”.**“Report”

Read More
Dünya 

Qonşu ölkə təhlükə ilə üz-üzə – Zəlzələ XƏBƏRDARLIĞI

İranlı akademik Feriborz Natiqi paytaxt Tehran və ətraf bölgələrdə ciddi zəlzələ riski barədə xəbərdarlıq edib. Tehrandakı Beynəlxalq Seysmologiya və Zəlzələ Mühəndisliyi İnstitutunun müəllimi olan Natiqi İranın bir çox bölgələrinin, xüsusilə Tehranın yüksək zəlzələ riskində olduğunu bildirib. Natiqi İranın zəlzələlərin intensivliyi və tezliyi baxımından dünyada üçüncü sırada olduğunu vurğulayıb. O, Tehranın aktiv qırılma xəttində yerləşdiyi üçün ciddi dağıdıcı zəlzələlərə məruz qalma ehtimalının yüksək olduğunu qeyd edib və 200 ildən çox bir müddət keçdiyini, sonuncu böyük zəlzələdən sonra artıq bu təbii təhlükəyə qarşı hazırlıq və planlaşdırmanın vacib olduğunu bildirib. Onun fikrincə, İran…

Read More
Dünya 

Lavrovdan Tokayevin iki il əvvəlki çıxışına ETİRAZ

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin dövlətlərin ərazi bütövlüyünün qorunması ilə bağlı bəyanatıyla razı olmadığını bildirib. Musavat.com-un xəbərinə görə, o, “Kommersant”a müsahibəsində iki il əvvəl Tokayevin Ukraynadakı müharibə ilə bağlı cəsarətli çıxışına indi cavab verib. Lavrovun sözlərinə görə, Qazaxıstan prezidenti BMT Nizamnaməsinin yalnız bir prinsipini əsas götürür: “Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin bu çıxışı yadımdadır. Onunla razı deyiləm. Onun üçün yalnız ərazi bütövlüyü hüququ var. Mən ona dedim ki, əgər Qazaxıstan BMT-nin üzvüdürsə, onda onlar Təşkilatın Nizamnaməsinə bütövlükdə hörmət etməlidirlər”. Lavrov bildirib ki, BMT Nizamnaməsi insanların öz…

Read More
Dünya 

Hakan Fidan Mark Rubio ilə Ukraynada mümkün atəşkəsi müzakirə edib

Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Mark Rubio arasında telefon danışığı olub. “Report” xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb. Bildirilib ki, tərəflər Suriya və Qəzzadakı son durum barədə danışıblar. Onlar, həmçinin Rusiya-Ukrayna müharibəsində atəşkəsin təmin olunmasına dair səylər haqqında fikir mübadiləsi aparıblar. Diplomatlar, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Read More
Dünya 

Ukraynanın Azərbaycandakı səfirliyi bayraqlarını endirib

Ukraynanın Azərbaycandakı səfirliyində bayraqlar endirilib. “Report” xəbər verir ki, bu barədə Ukraynanın səfiri Yuri Qusev sosial şəbəkədəki hesabında paylaşım edib. Ukraynanın Sumı şəhərinə raket hücumu nəticəsində həlak olanlar ilə bağlı elektron matəm kitabı da açılıb. “Bu gün Ukraynanın Azərbaycandakı səfirliyində eləcə də, dünya üzrə xarici diplomatik nümayəndəliklərində dövlət bayraqları endirilib. Raket hücumu nəticəsində 34 nəfər həlak olub, daha 117 nəfər yaralanıb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk”, – o qeyd edib. Səfir vurğulayıb ki, elektron matəm kitabı aprelin 14-15-də açıq olacaq. Başsağlığı ilə bağlı emb_az@mfa.gov.ua ünvanına elektron məktub göndərilə…

Read More
Dünya 

Rusiyada miqrantlarla yerli əhali arasında TOQQUŞMA, polis BASQIN ETDİ – Gərginlik BAŞLANDI

Rusiya polisi rusların buraxılmadığı hamama basqın edib. Teleqraf xəbər verir ki, bu barədə “Tsargrad.tv” məlumat yayıb. Qeyd olunur ki, miqrantlar hamama yanız öz yerlilərini buraxıblar. “Polis reydi nəticəsində 40 nəfər saxlanılıb”, – məlumatda deyilir. Nəşr bildirir ki, rusların hamama buraxılmamasının səbəbi məlum deyil. Rusiya Liberal Demokrat Partiyası qeyri-qanuni miqrantların Rusiyada özünüməşğulluq rejimi altında fərdi sahibkarlıqla məşğul olmağı qadağan etməyi təklif edib. Teleqraf xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti sənədə istinadən məlumat yayıb. Sənəddə qeyd olunur ki, qeyri-qanuni miqrantların “Peşəkar gəlir vergisi” xüsusi vergi rejimini tətbiq etmək hüququ olmamalıdır. Bu…

Read More
Dünya 

İNANILMAZ HADİSƏ! Fəsillər qarışdı: Eyni anda həm yaz, həm qış yaşanır

Türkiyədə hava dəyişkəndir. Ölkənin bir tərəfində bahar öz təravətini göstərərkən, digər tərəfdə qış hökm sürür. ARANTV.AZ  Türkiyə mediasına istinadən xəbər verir ki, rəsmi məlumatlara görə, İstanbulda temperatur 18-20 dərəcəyə yüksələcək, cüməyə qədər günəşli hava davam edəcək. Egey və Marmara bölgələrində, xüsusilə İzmirdə 22 dərəcə istilik müşahidə olunacaq. Bunun əksinə olaraq, ölkənin şərqində qış hələ də öz hökmünü sürdürür. Ərzurum, Kars və Ağrıda gecələr -5 dərəcəyə enəcək, çərşənbə axşamından qar gözlənilir. Qara dəniz sahillərində ara-sıra yağış, daxildə isə qısa müddətli günəşli hava olacaq.

Read More
Dünya 

Rusiya Krımda DƏHŞƏT SAÇIR: raketlər YERİ-GÖYÜ DAĞIDIR, Sumı BOMBALANIR- daha bir qətliam QAPIDA

*Rusiyanın Sumıyə zərbələri: Ölənlərin sayı iki uşaq da daxil olmaqla 32-ə çatıb *Rusiya Sumı qan gölünə bu raketlərlə çevirdi – Budanov *KİV: ABŞ-İran danışıqlarının ikinci raundu Romada keçirilə bilər • *Suriyanın şimalı türkmana tapşırıldı: PKK-ya zərbə… *Rus ordusundan dəhşət: küçələr meyitlə doludur *Ermənistan Naxçıvanla sərhədə bölmələr göndərdi *Kelloq: Rusiyanın hücumu bütün ədəb xətlərini keçir *Krıma PUA-nın ardınca raket hücumu elan edildi *Netanyahu Makrona “cəhənnəm ol” deyən oğlunun müdafiəsinə qalxdı • *Zelenski Trampa MESAJ GÖNDƏRDİ: “Ondan sonra başa düşəcəksiniz ki…” *Rusiyada qeyri-qanuni miqrantlara fərdi sahibkarlıq qadağan edilə bilər • *Rusiya XİN:…

Read More
Dünya 

Almaniyadan Ukraynaya yeni ümid: NATO və Aİ üzvlüyü gündəmdə qalır

Almaniyanın gələcək kansleri hesab olunan, Xristian Demokratlar İttifaqının (XDS) sədri Fridrix Mers Ukraynaya dəstək mesajı verib. Musavat.com-un məlumatına görə o bildirib ki, Avropa İttifaqına üzvlüklə bağlı verilmiş vədlər qüvvədə qalır. Eyni zamanda Ukraynanın NATO-ya qoşulma perspektivi də gündəmdən çıxmayıb. Fridrix Mers Rusiyanın davamlı və amansız siyasətini vurğulayaraq, onun gücünü qiymətləndirməməyə çağırıb. “İnsanlara qarşı qəddarlıq Rusiya siyasətinin daimi tərkib hissəsidir,” – deyə o, bəyan edib. Mersin sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin öz-özünə bitəcəyinə ümid bəsləmək – məsələn, ölkənin qan itirməsi və ya daxili siyasi etirazlar səbəbilə – real görünmür. Onun fikrincə, Qərb…

Read More
Dünya 

Türkiyə XİN rəhbəri İsrailə çağırış edib

“Türkiyə Suriyada İsraillə qarşı-qarşıya gəlmək istəmir”. “Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan IV Antalya Diplomatiya Forumu çərçivəsində keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Türkiyənin Suriya ilə bağlı prioriteti sabitlikdir: “İsrail Suriyada təxribatlardan çəkinməlidir”. Nazir, həmçinin İsrailin uzun müddətdir Suriyada sabitliyə zərbə vurduğunu diqqətə çatdırıb.

Read More