Dünya 

Baba nəvələrinin hədiyyələrini oğurlayıb narkotik aldı

ABŞ-ın Miçiqan ştatında narkoman olan yaşlı kişi nəvələrinin Milad hədiyyələrini oğurlayaraq narkotik alıb. Kiçik Don Lukas Miladdan bir neçə gün əvvəl 62 yaşlı ata Donald Lukası qonaq etdiyini deyib. Bayrama hazırlaşarkən, kiçik Lukas dörd övladı üçün hədiyyələr alsa da, onların yoxa çıxdığını görüb. Məlum olub ki, hədiyyələr uşaqların babaları tərəfindən oğurlanıb. Kişi onları 1000 dollara satıb və metamfetamin alıb. O, narkotik vasitə ilə yaxalanaraq, həbs edilib. Kiçik Lukas uşaqlara nə deyəcəyini bilməyib. Kişinin onlara yeni hədiyyələr almağa imkanı olmayıb. Kiçik Lukasın problemindən xəbər tutan yerli sakinlər və təşkilatlar onun üçün…

Read More
Dünya 

Nənə və nəvələrinin yanmış meyitləri tapıldı

Rusiyanın Smolensk vilayətinin Boltutino kəndində 44 yaşlı qadın yanğın zamanı 2 nəvəsi ilə birgə diri-diri yanıb. Yanğınsöndürənlər yanğını söndürərkən bir qadın, həmçinin beş və bir yaşlı uşaq tapıblar. Onları xilas etmək mümkün olmayıb. Oğlanların 21 yaşlı anası xəsarətlərlə xəstəxanaya çatdırılıb. Yanğın sahəsinin 112 kvadratmetr olduğu qeyd edilir. Yanğının söndürülməsinə 9 mütəxəssis və iki xüsusi texnika cəlb olunub. İlkin məlumata görə, faciəyə naqillərdə yaranan qısaqapanma səbəb olub./Lent.az

Read More
Dünya 

“TikTok” BAĞLANIR

Populyar sosial media tətbiqi TikTok Albaniyada bağlanacaq. Albaniyanın Baş naziri Edi Rama məşhur sosial media tətbiqinin 2025-ci ildən etibarən 1 il müddətinə bağlanacağını açıqlayıb. Bu qərara səbəb isə platformanın gənclər arasında zorakılığa səbəb olmasıdır. Noyabr ayında sosial mediada baş verən müzakirələrdən sonra tələbənin bıçaqlanaraq öldürülməsi TikTok-un qadağan edilməsi ilə bağlı müzakirələrə səbəb olub. Hadisədən sonra TikTok-da qətli dəstəkləyən paylaşımlar reaksiya yaradıb./Sfera.az

Read More
Dünya 

Paşinyan qocaları yorğan altında öldürür – pensiyalar artmayacaq

Müdafiə xərclərini artıran Ermənistan pensiyaçılara 20 qram kəsmiyin pulunu verir    “Ermənistanda təqaüdçülərin Rusiya, Ukrayna və Moldovadan daha yaxşı yaşaması ilə bağlı məlumatlar  sosial şəbəkələrin erməni seqmentində qızğın müzakirələrə səbəb olub. Çünki  hansı ölkələrlə müqayisə edirsən et, reallıqda erməni təqaüdçülərə verilən pul heç nəyə yetmir”. Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın  “Novaya vremya” nəşri yazır.    Bildirilir ki, son statistik məlumatlara görə, Ermənistanda aylıq ərzaq səbəti 41 657 dram (təxminən 107 dollar) təşkil edir və gündəlik qida rasionuna çörək (200 qram), un (20 qram), makaron (15 qram), dənli bitkilər (50 qram), …

Read More
Dünya 

Rusiyada müsəlmanlarla bağlı fətvaya etirazlar başladı

Çoxarvadlılığa icazə verilməsinə reaksiyalar:  “Heç bir dini qərar və ya sərəncam qanundan yuxarıda dura bilməz” Xəbər verdiyimiz kimi, Rusiya müsəlmanlarına dördə qədər dini nikah bağlamağa icazə verilib. Bu qərarı Rusiya Müsəlmanları Ruhani İdarəsinin (MDM) Üləmalar Şurası qəbul edib.  Musavat.com Rusiya mediasına istinadən xəbər verir  ki, Moskva müftisi İldar Alyautdinov fətvanın mahiyyətində  Rusiya dövləti tərəfindən tanınmayan və hüquqi nəticələrə səbəb olmayan dini nikah dayanır. Alyautdinov bildirib ki, “bir kişinin eyni vaxtda ikinci, üçüncü və hətta dördüncü dini nikah bağlamasına icazə verilməsi bir neçə səbəbdən zəruridir.  Məsələn,  arvad  səhhətinə və ya yaşına…

Read More
Dünya 

Putin: Bizi Üçüncü Dünya müharibəsi ilə qorxutmağa ehtiyac yoxdur

Rusiyanın rəqibləri vəziyyəti gərginləşdirir, lakin bizi Üçüncü Dünya müharibəsi ilə qorxutmağa ehtiyac yoxdur. “Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə müsahibəsində deyib. “Çox təhlükələr var, onlar artır və biz görürük ki, düşmənimiz vəziyyəti gərginləşdirir, eskalasiyanı gücləndirir”, – Putin bildirib. Rusiya Prezidenti rəqiblərinin gec-tez kompromisə gələcəyinə ümidvar olduğunu vurğulayıb. “Biz bu kompromisləri axtarmağa hazırıq, lakin bu, maraqlarımıza ziyan vurmamalıdır”, – Putin əlavə edib.

Read More
Dünya 

Ermənistanda kütləvi zəhərlənmə olub

Ermənistanın Vanadzor şəhərində kütləvi zəhərlənmə olub. Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir. Məlumata görə, 10 nəfər zəhərlənib. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Araşdırmalar nəticəsində zərərçəkənlərin Vanadzor mərkəzi bazarının ərazisindəki fərdi sahibkar Rudik Alaverdyana məxsus iaşə məntəqəsində qidadan zəhərləndikləri məlum olub. Ərzaq məhsullarından nümunələr götürülüb, laboratoriya müayinəsi aparılıb. Yoxlama zamanı obyektin təsdiq edilmiş sanitariya və gigiyena normalarının pozulması ilə işlədiyi də məlum olub. Obyektin fəaliyyəti dayandırılıb. Qeyd edilir ki, laboratoriya analizinin nəticələri barədə əlavə məlumat veriləcək. Araşdırma aparılır.

Read More
Dünya 

Hakan Fidan: Türkiyə “Heyət Tahrir əş-Şam” ilə kəşfiyyat əməkdaşlığı edir

Türkiyənin xarici işlər naziri Hakan Fidan “France24” telekanalına verdiyi müsahibədə bildirib ki, Türkiyə uzun illərdir “Heyət Tahrir əş-Şam”la İŞİD və “əl-Qaidə” ilə əlaqəli təşkilatlar barədə kəşfiyyat məlumatlarının toplanması sahəsində əməkdaşlıq edir. Musavat.com-un məlumatına görə nazir həmçinin yaxın zamanda Dəməşqə səfər edərək Suriya hökumətinin yeni rəhbərliyi ilə görüşəcəyini qeyd edib. Fidan əlavə edib ki, Ankara Qərb dövlətlərinin Suriya hökuməti ilə danışıqlar aparmasını müsbət qarşılayır.

Read More
Dünya 

TƏCİLİ! Rusiya atışkəsə RAZILAŞDI – Müharibə bitir?

“Atəşkəs danışıqları ilə bağlı Rusiyanı razı salmaq mümkün olub”. “Report” xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. O, söyləyib ki, yeni il ərəfəsində əldə oluna biləcək atəşkəs qısamüddətli sülh üçün ümidin olduğunu göstərəcək: “Atəşkəs 2-3 gün davam edə bilər. Bununla bağlı Ukraynanın da mövqeyini asanlıqla dəyişməsi mümkündür”. Orban, həmçinin qeyd edib ki, rəsmi Kiyev təxribatlara getməməlidir: “Müharibə dövründə ən vacib məsələ strateji soyuqqanlılıqdır. Yeni il ərəfəsində atəşkəs təklifi hələ də gündəmdədir. Ukrayna Prezidenti Volodimir Zelenski bu təklifi qəbul edib- etməmək barədə məsuliyyət daşıyır”. Baş nazirin fikrincə, ABŞ-da…

Read More
Dünya 

“Rusiyanın “liman üçbucağı” strategiyası çökdü, Türkiyə regional super gücə çevrilir” – ŞOK PROQNOZ

“ABŞ-ın nüfuzlu media qurumları Rusiyanın Suriyada yerləşən bazalarındakı hərbi texnikaları yığıb Liviyaya apardığını bildirirlər. Digər bir məlumata görə isə sanksiyalar təhlükəsi səbəbindən Sudan da öz ərazisindəki Rusiya hərbi dəniz bazasının yerləşdirilməsindən boyun qaçırıb”. Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, bu iki hadisə arasında arqonik bir bağlantı mövcuddur: “Əvvəla, ona görə ki, məlumatlarda adı keçən ölkələrin 3-ü (Suriya, Liviya və Sudan) də eyni geopolitik məkanda – Şərqi Aralıq dənizində yerləşir. Və hər 3 ölkənin 3-ü də qlobal dəniz yollarının ən strateji nöqtəsi sayılan Süveyş kanalı üzərindədir. Üstəlik, Rusiyanın əsrlər boyu…

Read More