Dünya 

Hakan Fidan: Türkiyə “Heyət Tahrir əş-Şam” ilə kəşfiyyat əməkdaşlığı edir

Türkiyənin xarici işlər naziri Hakan Fidan “France24” telekanalına verdiyi müsahibədə bildirib ki, Türkiyə uzun illərdir “Heyət Tahrir əş-Şam”la İŞİD və “əl-Qaidə” ilə əlaqəli təşkilatlar barədə kəşfiyyat məlumatlarının toplanması sahəsində əməkdaşlıq edir.

Musavat.com-un məlumatına görə nazir həmçinin yaxın zamanda Dəməşqə səfər edərək Suriya hökumətinin yeni rəhbərliyi ilə görüşəcəyini qeyd edib.

Fidan əlavə edib ki, Ankara Qərb dövlətlərinin Suriya hökuməti ilə danışıqlar aparmasını müsbət qarşılayır.

Daha çox xəbərlər