Dünya 

Putin: NATO sərhədlərimiz yaxınlığında zərbə qruplaşmaları formalaşdırır

Avropada ABŞ hərbçilərinin sayı 100 mini keçib. Bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin kollegiyasının geniş iclasında bildirib. “NATO ölkələri hərbi xərcləri artırır. Rusiya sərhədləri yaxınlığında alyansın qoşunlarının zərbə qruplaşmaları formalaşdırılır və toplanılır. Avropadakı ABŞ hərbçilərinin sayı artıq 100 mini ötüb”, – o qeyd edib.\\“Report”

Read More
Dünya 

Rusiyada əhaliyə xəbərdarlıq edildi

Rusiyanın Murmansk vilayətində havanın temperaturu mənfi 35-38 dərəcəyə enəcək. Rusiya Hidrometeorologiya Mərkəzindən Rusiya regionunun sakinlərinə şaxtalar barədə xəbərdarlıq edilib. Məlumata görə, rayonda çoxdandır belə soyuq hava müşahidə edilməyib. “Leninqrad vilayətində də temperaturun enməsi müşahidə olunacaq, gecənin minimum temperaturu mənfi 11-16 dərəcə olacaq. Cümə axşamı və cümə günlərində mənfi 10 dərəcə isti olacağı gözlənilir. Və sonra temperatur yenidən yüksələcək, cümə gününə qədər artıq gecə sıfır, gündüz isə mənfi 5 olacaq”, – məlumatda deyilir. Həftə ərzində qar Leninqrad vilayətində yağmaqda davam edəcək və bölgədə qar yığınlarını xeyli artıracaq./Milli.Az/

Read More
Dünya 

Aİ Rusiya, Gürcüstan və Moldovadan olan 16 şəxsi “qara siyahı”ya alacaq

Avropa İttifaqı Rusiya, Gürcüstan və Moldovadan olan 16 şəxsi, habelə üç təşkilatı hibrid hərəkətlərlə bağlı “qara siyahı”ya salacaq. “Report” xəbər verir ki, bu barədə “Polskie Radio” ona daxil olan siyahıya istinadən məlumat yayıb. “Qara siyahı”da xüsusi xidmət və hüquq-mühafizə orqanlarının nümayəndələri, ekspertlər və jurnalistlərin adları yer alacaq. Lakin adı sanksiyalar siyahısına düşən şəxslərin adları açıqlanmayıb.

Read More
Dünya 

Almaniyada siyasi böhran: Hökumət və parlament yenidən qurula bilər

Bundestaq (Almaniya Federativ Respublikası Parlamenti) növbədənkənar iclasında Almaniya kansleri Olaf Şoltsa etimad məsələsi ilə bağlı debat və səsvermə keçirəcək. “Report” xəbər verir ki, hökumət başçısı parlamentdə 25 dəqiqəlik çıxış edəcək, ardınca isə təqribən iki saatlıq fraksiyalararası müzakirələr aparılacaq. Sonra səsvermə baş tutacaq. Şolts, konstitusiyanın 68-ci maddəsinə uyğun olaraq, dekabrın 11-də etimad səsverməsi üçün parlamentə yazılı müraciət göndərib. Onun Bundestaqa gəlişi ilə müzakirə və səsvermə arasında ən azı 48 saat keçməlidir ki, parlamentarilərin qərar qəbul etmək üçün kifayət qədər vaxtı olsun. Parlamentdə kanslerin öz xahişinin əsaslandırmasını təfərrüatlı şəkildə açıqlaması və ölkənin…

Read More
Dünya 

İsrail İrlandiyadakı səfirliyini bağlayır

İsrail Xarici İşlər Nazirliyi İrlandiya hakimiyyətinin sərt anti-İsrail siyasətinə görə Dublindəki səfirliyi bağlamaq qərarını açıqlayıb. Bu barədə “The Times of Israel” qəzeti xarici işlər naziri Gideon Saarın bəyanatına istinadən məlumat yayıb. “İrlandiyanın həyata keçirdiyi antisemitizm hərəkətləri və ritorikası ikili standartlara əsaslanır. İrlandiya İsraillə münasibətlərdə bütün qırmızı xətləri keçib”, – bəyanatda deyilir. Xatırladaq ki, Dublinin Fələstin dövlətini tanımasından sonra İsrail artıq may ayında İrlandiyadakı səfirini geri çağırmışdı. Eyni zamanda, İrlandiya səfiri İsraildə fəaliyyətini davam etdirir. Ötən həftə İrlandiya hökuməti İsraili Qəzza zolağında “soyqırım”da ittiham edərək Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldıran Cənubi…

Read More
Dünya 

Ramzan Kadırov gözəllik salonlarını bağlamağa ÇAĞIRDI

Çeçenistanın rəhbəri Ramzan Kadırov reklamlarında müsəlman qadınlara uyğun olmayan formada qızların yer aldığı gözəllik salonlarını bağlamağa çağırıb.  O, Telegram kanalında çeçen dilində müraciətlə video yayımlayıb. Ramzan Kadırov qeyd edib ki, salonlarda fotolar sosial şəbəkələrdə nümayiş etdirilir, orada modellər bədənin çılpaq ola bilməz hissələrini göstərir. “İnsanları korlayan salonlar bağlanmalıdır”, – Kadırov vurğulayıb.   (lent.az)

Read More
Dünya 

Xamenei: “İran Suriyanın yeni hökumətini devirmək cəhdini dəstəkləyəcək”

İranın konstitusiyaya görə qanuni lideri sayılan Ayətullah Xamenei ölkəsinin Suriyanın yeni hökumətini tanımayacağını və hətta bu hökuməti devirmək səylərini dəstəkləyəcəyini açıqlayıb. Bu barədə “Azad İran” “Telegram” kanalı “Anadolu” xəbər agentliyinin farsca bölümünün redaktoru Oğuz Akkardan sitat gətirib. “Bu arada Xamenei YPG-nin illərlə nəzarətində saxladığı ərazilərlə bağlı heç bir açıqlama verməyib”, – Akkar deyib.

Read More
Dünya 

Çilidə güclü zəlzələ oldu

Çilinin mərkəzində 6,2 maqnitudalı zəlzələ olub. “Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib. Qurumun verilənlərinə əsasən, yeraltı təkanların episentri əhali sayı 102 min olan Kuriko şəhərindən 75 km cənub-şərqdə yerləşib. Təbiət hadisəsinin ocağı 100 km dərinlikdə olub. Tələfat və dağıntı barədə məlumat verilməyib. Xatırladaq ki, daha əvvəl İranın şimalında zəlzələ olmuşdu.

Read More
Dünya 

Almaniyadan müharibə XƏBƏRDARLIĞI – “3 günlük su və yemək toplayın”

Almaniya Federal Mülki Müdafiə və Fəlakət Yardımı İdarəsinin sədr müavini Rene Funk, Alman mətbuatına verdiyi açıqlamada, Almaniyada hər evdə ehtiyat tədbiri olaraq ən azı üç günlük təcili yardım ləvazimatları və ərzaq saxlanılmasının vacib olduğunu vurğulayıb. Funk, beynəlxalq gərginliklərin və kibertəhdidlərin artması səbəbindən bu cür hazırlıqların zəruri hala gəldiyini qeyd edib. O, vətəndaşlara çağırış edərək deyib: “Uzunmüddətli elektrik kəsintiləri də daxil olmaqla fövqəladə vəziyyətə hazır olun. Hər gün çoxlu sayda hibrid hücumlarla qarşılaşırıq.” Funk, hər bir fərd üçün gündəlik ən azı 1,5 litr su ehtiyatının saxlanılmasını tövsiyə edib və konservləşdirilmiş qidaların…

Read More