Çilidə güclü zəlzələ oldu
Çilinin mərkəzində 6,2 maqnitudalı zəlzələ olub.
“Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Qurumun verilənlərinə əsasən, yeraltı təkanların episentri əhali sayı 102 min olan Kuriko şəhərindən 75 km cənub-şərqdə yerləşib. Təbiət hadisəsinin ocağı 100 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Xatırladaq ki, daha əvvəl İranın şimalında zəlzələ olmuşdu.