Dünya 

Qarabağdakı daha bir sabiq komandan haqda şok faktlar-əsgərləri…

Sülhməramlıların sabiq komandanı general-polkovnik Gennadi Anaşkininin Putinə yalan məlumat verdiyinə görə “Cənub” qoşunlarının rəhbərliyindən uzaqlaşdırılmasından sonra Rüstəm Muradovun da çoxsaylı itkilərə səbəb olduğu iddiaları yayıldı Bir neçə gün əvvəl sülhməramlıların sabiq komandanı general-polkovnik Gennadi Anaşkin “Cənub” qoşunlar qrupunun komandanı vəzifəsindən uzaqlaşdırılması barədə xəbər vermişdik. Yada salaq ki, prezident Putinin belə bir qərar verməsinə səbəb generalın cəbhədəki real vəziyyəti gizlətməsi, Müdafiə Nazirliyinin yüksək komandanlığına çatdırmaması səbəbindən işdən uzaqlaşdırılıb. İstisna deyil ki, onu həbs də edə bilərlər. Rusiya Müdafiə Nazirliyindəki mənbə RBC-yə bildirib ki, general-leytenant Aleksandr Sançik Anaşkinin yerini tutub. Qarabağda Rusiya…

Read More
Dünya 

İt ətini küçədəcə doğrayıb, “əkmək arası” satırlar – ƏCAİB VİDEO

Çində it əti küçə yeməyi kimi satılır: sosial mediada yayılan görüntülər müzakirələrə səbəb olub. Musavat.com-un təqdim etdiyi videoda Çində it əti ilə bağlı ənənəvi qida mədəniyyətinin nümunəsi əks olunub. Kadrlarda it cəmdəklərinin küçə bazarında asıldığı, bişirildikdən sonra doğranaraq çörək arasına qoyulub satıldığı görünür. Bu görüntülər sosial mediada geniş müzakirələrə səbəb olub. Çində bəzi bölgələrdə it əti ənənəvi yemək hesab edilir və bu cür qida küçə bazarlarında müştərilərə təqdim olunur. Sözügedən videoda insanların bu yeməyi maraqla alıb yedikləri müşahidə edilir. Qeyd edək ki, Çində it əti yeməyi geniş yayılmış mədəniyyətin bir hissəsi…

Read More
Dünya 

Yük maşını ilə minik avtomobili toqquşdu – ölənlər var

Türkiyənin Bartın şəhərində yük maşını və minik avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi beş nəfərin ölümü ilə nəticələnib. Bu barədə ölkənin “Demirören” xəbər agentliyi (DHA) məlumat yayıb. “Bartında sürücünün nəzarətindən çıxan və qarşı tərəfdən gələn yük maşını ilə toqquşan avtomobildəki 5 nəfər həyatını itirib”, – agentlik bildirib. Qeyd olunub ki, olay yerinə təcili tibbi yardım, polis, jandarma və yanğınsöndürmə briqadaları cəlb edilib. “Hadisə yerinə gələn briqadaların araşdırması nəticəsində avtomobilin içində sıxılıb qalan 5 nəfərin keçindiyi müəyyən edilib”, – məlumatda vurğulanıb. Faktla bağlı araşdırma aparılır./Report

Read More
Dünya 

“Parlament və hökumət tamamilə qeyri-legitimdir” – ŞOK AÇIQLAMA

Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin hazırkı parlamentini və hökumətini “tamamilə qeyri-legitim” adlandırıb. Musavat.com-un məlumatına görə o bildirib ki, Gürcüstan “Gürcü Arzusu” partiyasının antidemokratik, antiqərb, antievropeyalı və antigürcü siyasətinin girovuna çevrilib. “İndiki vaxtda hər zamankından daha aydındır ki, onların apardığı siyasət yalnız bir istiqamətə – Rusiyaya doğru aparır,” – deyə Zurabişvili vurğulayıb.

Read More
Dünya 

Tiflisdə etirazçılar nəqliyyatın hərəkətini dayandırıblar

Gürcüstanın paytaxtında xüsusi təyinatlı qüvvələr tərəfindən Ş.Rustaveli prospektindən uzaqlaşdırılan etiraz aksiyasının iştirakçıları Tiflis Dövlət Universitetinin binasının yaxınlığındakı Çavçavadze prospektinə gedərək nəqliyyatın hərəkətini dayandırıblar. Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir. Mitinqçilərin Rustaveli prospektindən dağıdılması yerli vaxtla saat 7:00 radələrində baş verib. Təhlükəsizlik qüvvələrinin əməkdaşları yüzlərlə aksiyaçını parlamentin yerləşdiyi prospektdən kənarlaşdırıb. Ancaq etirazçılar həmişəkindən fərqli olaraq səhər qovulduqdan sonra evlərinə dağılmayıblar, əksinə, Melikişvili prospekti ilə daha da irəliləyiblər və universitet binasının yaxınlığında kəsişmədə yerləşiblər. Polis etirazçıları təqib etməyib. Aksiya iştirakçıları yolun hərəkət hissəsində yerləşirlər.

Read More
Dünya 

Tarixin ən böyük üçüncü cekpotunu qazandı – Fantastik məbləğ uddu

Böyük Britaniyanın “EuroMillions” oyunçusu üçüncü ən böyük milli lotereya uduşunda 177 milyon Cekpot qazanıb. Böyük Britaniya “EuroMillions” oyunçusu, çərşənbə axşamı keçirilən tirajda 177 milyon funt-sterlinqlik cekpot qazanıb. Bu qazanc Böyük Britaniyanın tarixində ən böyük uduşlardan biri hesab edilir. Mükafatı aldıqdan sonra qalibin anonim qalmaq hüququ var. “Milad ərəfəsində nə gözəl qələbə. Biz onu ödəməyi səbirsizliklə gözləyirik”, – lotereya nümayəndəsi bildirib./Milli.Az

Read More
Dünya 

“ABŞ Ukraynanı Rusiya ilə danışıqlar masasına əyləşdirmək istəyir” – Deputat

“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi təyin etdiyi istefada olan general-leytenant Kit Kellog, Ukrayna münaqişəsinin həlli üçün açıqladığı təkliflərdən anlaşılır ki, Tramp Amerikası Rusiya ilə münasibətlər qurmağı planlaşdırır və Ukraynanı yarı yolda buraxacaqlar. Eyni zamanda bu təkliflərdən birində prezident Zelenskinin irəli sürdüyü Kiyevin nəzarətində olan ərazilərin NATO çətiri altına alınması təklifinin Trampın xüsusi nümayəndəsi tərəfindən bəribaşdan istisna edildiyi görünür”. Bu barədə Musavat.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib. Onun sözlərinə görə, Trampın xüsusi nümayəndəsinin təkliflərində torpaqlarını qaytarmadan faktiki olaraq Kiyevi Rusiya ilə danışıqlar masasına…

Read More
Dünya 

Avropa “üçlüyü” ilə İran arasında danışıqlar davam edəcək

Avropa “üçlüyü” – Almaniya, Böyük Britaniya və Fransa Xarici İşlər Nazirliyi təmsilçiləri ilə İran nümayəndəsi arasında Tehranın nüvə proqramına dair danışıqlar davam edəcək. “Report” xəbər verir ki, məlumatı İRNA yayıb. Məlumata görə, tərəflər arasında noyabrın 29-da İsveçrənin Cenevrə şəhərində görüşüblər. Diplomatlar regional, qlobal problemləri, habelə Livan və Fələstinə dair məsələləri, İran nüvə proqramını müzakirə ediblər. Tərəflər danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Read More
Dünya 

Kobaxidze: Son mitinqdəki zorakılığın məsuliyyəti Avropa siyasətçiləri ilə yerli agentlərin üzərindədir

Dünənki mitinqdə baş verən zorakılığın məsuliyyəti Avropa siyasətçiləri ilə yerli agentlərin üzərindədir. “Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib. “Dünən hər kəs bir daha əmin oldu ki, ölkədə “Milli Meydan” olmayacaq. Gürcüstan dövləti buna icazə verməyəcək. Dünənki mitinqdə baş verən zorakılığın əsas məsuliyyəti Avropa siyasətçiləri ilə yerli agentlərin üzərindədir”, – Kobaxidze bildirib.

Read More
Dünya 

Mirzoyan Finlandiya Prezidenti ilə Bakı- İrəvan münasibətlərini müzakirə edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Finlandiya Prezidenti Aleksandr Stubb Helsinkidə Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti xəbər verir. “Ararat Mirzoyan Cənubi Qafqazda dayanıqlı sülhün qurulması və Ermənistan vətəndaşları üçün daha təhlükəsiz mühitin təmin edilməsinin ölkənin xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb”, – məlumatda qeyd edilib. Bildirilib ki, Ermənistanın XİN başçısı Bakı və İrəvan arasında sülh sazişinin imzalanması üçün siyasi iradənin mövcud olduğunu bəyan edib./Report

Read More