Dünya 

Putin Merkelin üstünə it qısqırtdı, illər sonra isə ondan üzr istədi: “İtdən qorxduğunu…”VİDEO

Rusiya Prezidenti Vladimir Putin keçmiş Almaniya kansleri Angela Merkelin xatirələrində təsvir etdiyi bir hadisə ilə bağlı illər sonra üzrxahlıq edib. Musavat.com-un məlumatına görə, Putin Merkelin itlərdən qorxduğunu bilmədiyini və məqsədinin onu qorxutmaq olmadığını vurğulayıb. “Əgər bunu bilsəydim, belə bir şey etməzdim. Əksinə, məqsədim rahat və xoş bir atmosfer yaratmaq idi,” – deyə Rusiya lideri qeyd edib. Merkel öz xatirələrində Kremldəki görüşlərindən birində Putinin Labrador cinsi iti Koni ilə birlikdə otaqda olduğunu və bu vəziyyətin onda qorxu yaratdığını yazıb. Merkel həmin vaxt düşünürdü ki, Putin bu hərəkəti onu qəsdən qorxutmaq məqsədilə…

Read More
Dünya 

Britaniya İraqla qanunsuz miqrantlara qarşı mübarizə üçün müqavilə imzalayıb

Rəsmi London və Bağdad insanları Böyük Britaniyaya qaçaqmalçılıq yolu ilə keçirən qruplarla mübarizə aparmaq üçün saziş imzalayıb. “Report”un xəbərinə görə, bu barədə Böyük Britaniya Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Mütəşəkkil cinayətkar qrupların üzvləri sərhədlər tanımır, ona görə də sərhədlər hüquq-mühafizə orqanları üçün maneə olmamalıdır”, – nazirliyin rəhbəri İvett Kuper İraqa üç günlük səfəri zamanı deyib. Məlumata görə, tərəflər Britaniya hakimiyyəti tərəfindən rədd edilən, sığınacaq axtaran şəxslərin İraqa qaytarılması üçün sadələşdirilmiş prosedur haqqında da razılığa gəliblər. İraq vətəndaşları indi krallığa dəniz yolu ilə qanunsuz yollarla daxil olan mühacirlərin 20…

Read More
Dünya 

Ermənistan yeni müharibəyə HAZIRLAŞIR: Kərki istiqamətinə ORDU YERİDİLDİ

Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin Cermuk yaxınlığında yerləşən mövqeləri tərk etməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Ölkədə böyük həyəcana səbəb olan bu xəbərə dərhal müdafiə nazirliyinin mətbuat katibi Aram Torosyan reaksiya verib. O, yayılan məlumatın həqiqətəuyğun olmadığını bildirib. Lakin elə həmin gün sosial mediada Ermənistan ordusunun hərbi kolonunun Kərkiyə doğru hərəkət etməsini əks etdirən yeni görüntülər yayılıb. Erməni sosial şəbəkə istifadəçiləri Ermənistan hərbi birliklərinin Cermukdan çıxarılaraq, Naxçıvanla şərti sərhədə, Kərki istiqamətinə getdiyini qeyd edib. Videoda hərbi kolunun qoşqulu artilleriya vasitələri – toplar daşıdığı açıq-aydın görünür. Ermənistanın Azərbaycanın Naxçıvan…

Read More
Dünya 

KTMT-nin növbəti sessiyası gələn il Qırğızıstanda keçiriləcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sessiyası 2025-ci ilin dördüncü rübündə Qırğızıstanda keçiriləcək. “Report”un Qazaxıstan bürosunun məlumatına görə, bunu Qırğızıstan Prezidenti Sadır Japarov qurumun sessiyasının yekunlarına dair bildirib. “Biz 2025-ci ildə regional və beynəlxalq vəziyyətə dair ümumi baxışların formalaşdırılması üçün xarici siyasət sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsinə diqqət yetirmək niyyətindəyik”, – S.Japarov qeyd edib. Qırğızıstan lideri həmçinin vurğulayıb ki, təşkilata sədrlik dövründə diqqət bioloji təhlükəsizliyin təmin edilməsinə, manipulyasiya yolu ilə gəncləri radikallaşmağa sövq edən destruktiv teologiya ilə mübarizəyə yönəldiləcək. O eyni zamanda hər il kibertəhlükəsizlik üzrə beynəlxalq konfransın keçirilməsini təklif edib.

Read More
Dünya 

Paşinyan ailəsi ilə birlikdə qəzaya düşüb

Ermənistanın baş naziri Nikol Paşinyan qəzaya düşüb. Bu barədə erməni mətbuatı xəbər yayıb. O, hökumətin bugünkü iclasında qəzaya uğradığını bildirib. “Mən şəxsi təcrübəmi bölüşmək istəyirəm. Mən özüm üçün prinsip eləmişəm ki, maşında qış təkərləri olmalıdır. Bunu ailə üzvlərimlə qarlı yolda qəzaya düşdüyümdən sonra anladım”, – Paşinyan deyib. O, qəzanın tarixini və yerini açıqlamayıb. Qeyd edək ki, Ermənistan hökuməti keçirilən iclasda sürücüləri noyabrın ortalarından martın sonuna kimi qış təkərlərindən istifadə etməyə məcbur edib. Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan da qeyd edib ki, güclü yağıntı (qar və ya yağış) zamanı yol…

Read More
Dünya 

ABŞ Venesuelanın 21 vətəndaşına qarşı sanksiya tətbiq edib

ABŞ Venesuelanın daha 21 rəsmisinə, o cümlədən Nazirlər Kabinetinin üzvləri, səlahiyyətli orqanlar və kəşfiyyat xidmətlərinin əməkdaşlarına qarşı sanksiya tətbiq edir. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi jurnalistlər üçün Vaşinqton və Karakas münasibətlərinə həsr olunmuş xüsusi onlayn brifinqdə çıxış edərkən bildirib. ABŞ Dövlət Departamentinin məlumatına görə, onlar “demokratiyanı sarsıtmaq” və “insan hüquqlarının pozulması” ilə məşğuldurlar. Mənbə qeyd edib ki, ümumilikdə, ABŞ bu ittihamlara əsasən Venesueladan olan 180 fiziki və 100 hüquqi şəxsə sanksiya və viza məhdudiyyətləri tətbiq edib.

Read More
Dünya 

Fransa məhkəməsi Le Pen işi üzrə hökmü gələn ilin martında elan edəcək

Paris məhkəməsi 2025-ci il martın 31-də Avropa Parlamentindəki köməkçilərinin Marin Le Pen və Milli Birlik Partiyasının bəzi digər keçmiş və indiki üzvlərinə qarşı işi üzrə hökmü elan edəcək. Bu barədə “Report” TASS-a istinadən xəbər verir. Qeyd olunub ki, bunu təxminən bir aya yaxındır davam edən və bu gün bitən iş üzrə dinləmələrin nəticələrindən görmək olar. Xatırladaq ki, senytabrın 30-da Fransada “Milli Birlik” siyasi partiyasının lideri Marin Le Pen və partiyanın bəzi üzvlərinə qarşı məhkəmə prosesi başlayıb. Siyasətçinin atası Jan-Mari Le Pen və daha 23 partiya üzvü 2004-2016-cı illərdə Avropa İttifaqının…

Read More
Dünya 

Medvedev: Yaxın Şərqdə münaqişə ABŞ-yə görə davam edir

Yaxın Şərqdəki münaqişənin həllinə kömək etmək üçün hər cür imkana malik olan Birləşmiş Ştatlar nizamlanmada maraqlı olmadığı üçün öz öhdəliklərinə laqeyd yanaşır. APA xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Al Arabiya” telekanalına müsahibəsində deyib. “Bu münaqişəyə həqiqətən təsir edə bilən dövlətlər, təəssüf ki, öz öhdəliklərinə laqeyd yanaşırlar. Mən ilk növbədə ABŞ-ni nəzərdə tuturam”, – Medvedev vurğulayıb.

Read More
Dünya 

BMT İsrailin Livanda hərbi əməliyyatları dayandırmaq qərarını alqışlayıb

BMT-nin Livan üzrə xüsusi koordinatoru Janin Hennis-Plasshart İsrail hökumətinin Livanda hərbi əməliyyatları dayandırmaq qərarını alqışlayıb. “Report” xəbər verir ki, bu barədə BMT rəsmisinin bəyanatında deyilir. Onun sözlərinə görə, tərəflər arasında ələ edilən razılaşma BMT-nin 1701 saylı qətnaməsinin tam icrasına əsaslanan mühüm prosesin başlanğıc nöqtəsidir: “Məqsəd Livan və İsrail arasındakı sərhədin hər iki tərəfində mülki əhalinin təhlükəsizliyini və müdafiəsini bərpa etməkdir. Razılaşmanın davamlı olması üçün hər iki tərəfin tam və sarsılmaz öhdəlikləri olmalıdır. İndi bugünkü nailiyyətləri möhkəmləndirmək üçün konkret tədbirlərlə əldə olunanları təsdiq etməyin vaxtıdır”.

Read More
Dünya 

ABŞ Federal Ehtiyat Sistemi baza faiz dərəcəsinin tədricən azaldılmasını gözləyir

Ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən ABŞ Federal Ehtiyat Sisteminin rəhbər komitəsinin üzvləri inflyasiyanın zəiflədiyinə və əmək bazarının sabit qalacağına əminliklərini ifadə ediblər. “Report” xəbər verir ki, bu barədə qurumun rəhbərliyinin noyabrın 6-7-də keçirilən iclasının yekunları ilə bağlı yayılan məlumatda deyilir. Federal Ehtiyat Sisteminin rəhbərliyi inflyasiyanın artım tempindən razıdır, baxmayaraq ki, əksər göstəricilər üzrə hələ də hədəf 2%-i ötüb. Onlar vurğulayıblar ki, baza faiz dərəcəsinin tədricən azaldılması mümkündür: “İclas iştirakçıları pul siyasətinin perspektivlərini müzakirə edərkən qeyd ediblər ki, məlumatlar gözləntilərə cavab verərsə, inflyasiya davamlı olaraq 2%-ə enməkdə davam edəcək və…

Read More