Dünya 

Blinken Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

ABŞ-nin dövlət katibi Antoni Blinken türkiyəli həmkarı Hakan Fidanla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib. “Report” xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidməti bildirib. “ABŞ dövlət katibi Antoni C. Blinken bu gün Rio-de-Janeyroda keçirilən G20 sammiti çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb”, – sözçü Metyu Millerin yazılı açıqlamasında qeyd olunub. Tərəflər “Livandakı münaqişənin BMT-nin Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin tam şəkildə həyata keçirilməsi və sərhədin hər iki tərəfindəki vətəndaşların öz evlərinə qayıtmasına imkan yaradacaq diplomatik həll yolunun vacibliyi” haqqında fikir mübadiləsi aparıblar. “Onlar həmçinin Qəzzadakı humanitar səyləri,…

Read More
Dünya 

Yeni Zelandiya Sakit okean regionu ölkələri üçün maliyyələşdirməni artırır

Yeni Zelandiya iqlim dəyişikliyi ilə mübarizənin vacibliyini vurğulayıb və inkişaf etməkdə olan ölkələrə dəstəyi davam etdirmək niyyətində olduğunu bəyan edib. Bunu Yeni Zelandiyanın iqlim dəyişikliyi naziri Simon Vatts COP29 çərçivəsində keçirilən yüksək səviyyəli iclasda bildirib. O, beynəlxalq əməkdaşlığın və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin dəstəklənməsinin vacibliyini qeyd edib. “Biz qlobal iqlim maliyyələşdirməsinin bu ölkələrə effektiv şəkildə yönəldiləcəyinə zəmanət verməliyik”, – nazir əlavə edib. Xüsusilə Yeni Zelandiya Pacific Resilience Facility-yə 20 milyon dollar, Qlobal İtki və Zərər Fonduna 10 milyon dollar töhfə verəcəyini elan edib./Report.az/

Read More
Dünya 

Ağ Ev ittihamları rədd etdi: “Bu münaqişəni alovlandıran Rusiyanın Ukraynaya hərbi müdaxiləsidir”

Ağ Ev Kremlin, Qərb raketlərinin Rusiya ərazisinə dərin zərbələr endirilməsinə icazə verməsinin ABŞ tərəfindən guya eskalasiya olduğu barədə ittihamlarını rədd edib. “Bu münaqişəni alovlandıran Rusiyanın Ukraynaya hərbi müdaxiləsidir. Rusiya Ukraynanın suveren sərhədlərindən keçərək aqressiv müharibə aparır. Şimali Koreya hərbi qüvvələrindən istifadə etməklə yanaşı, son 24 saat ərzində Ukrayna infrastrukturuna genişmiqyaslı hava hücumları ilə eskalasiyaya səbəb olub. Ona görə də Rusiyaya bir sual vermək istəyirəm: kim yanğına benzin tökür? Düşünmürəm ki, bu, ukraynalılardır”, — deyə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşavir müavini Con Fayner mətbuat konfransında bildirib. Bununla yanaşı, o, ABŞ-ın…

Read More
Dünya 

Zurabişvili seçkinin nəticələrini tanımır: etiraz edin, təkrar keçirilməlidir

Gürcüstan prezidenti Salome Zurabaşvili hakim “Gürcü arzusu” partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edib və yeni səsverməyə çağırıb. Musavat.com- un məlumatına görə, prezident bu barədə jurnalistlər üçün təşkil edilən brifinqdə deyib. O, əlavə edib ki, seçkilər həm də əhalinin əksəriyyəti, müxalifət partiyaları və qeyri-hökumət təşkilatları tərəfindən tanınmır. Zurabişvili qeyd edib ki, seçkilər zamanı konstitusion hüquqlar, xüsusən də səsvermənin məxfiliyi pozulub. O, “böhrandan çıxmaq üçün” təkrar parlament seçkilərinin keçirilməsini və seçkilərin nəticələrinə etirazları davam etdirməyə çağırıb. Noyabrın 16-da Gürcüstanın Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin yekun protokolunu…

Read More
Dünya 

Avropalı diplomatlar İsraillə danışıqların dayandırılmasında razılığa gələ bilməyiblər

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri İsraillə siyasi təmasların dayandırılması təşəbbüsü ilə bağlı razılığa gələ bilməyiblər. “Report” xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Aİ Xarici Əlaqələr Şurasının iclası başa çatdıqdan sonra jurnalistlərə bildirib. “Sizə məlumat verə bilərəm ki, İsraillə danışıqların dayandırılması təşəbbüsü ilə bağlı heç bir razılıq əldə olunmayıb”, – deyə o bildirib.

Read More
Dünya 

Lavrov: Rusiya ilə Çin arasında münasibətlər misli görünməmiş inkişaf səviyyəsindədir

Moskva ilə Pekin arasında strateji əlaqələr misli görünməmiş inkişaf səviyyəsindədir. APA “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rio-de-Janeyroda keçirilən G20 sammiti çərçivəsində Çinin xarici işlər naziri Vanq İ ilə görüşündə deyib. Lavrov vurğulayıb ki, iki böyük dövlət arasında bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq modeli digər həmfikir dövlətlər üçün cəlbedicidir. “Bu, BRİKS-in fəaliyyətində özünü göstərir. Platformada Rusiya sədrliyinə göstərdiyiniz köməyə görə çinli dostlarıma bir daha minnətdarlığımı bildirmək istəyirəm”, – diplomat qeyd edib.

Read More
Dünya 

BMT sülhməramlıları atəşə tutuldu

Livandakı bir qrup BMT sülhməramlısı Bedias kəndində patrul xidməti apararkən atəşə tutulub. RİA Novosti bu barədə BMT-nin Livanın cənubundakı müvəqqəti qüvvələrinin mətbuat xidmətinə istinadən məlumat yayıb. “Dünən günorta saatlarında Fransa və Finlandiya sülhməramlılarından ibarət BMT patrulu Bedias kəndində xidmət apararkən ən azı biri silahlı olan bir qrup şəxslə rastlaşıblar. Onlar sülhməramlıların dayan əmrinə tabe olmayıb” – məlumatda bildirilir. Sülhməramlı bölmənin mətbuat xidməti patrula təxminən qırx atəş açıldığını deyib. Ehtimal edilir ki, bu “qeyri-dövlət birləşmələrinin” döyüşçüləri tərəfindən açılıb. Qeyd edək ki, bu ifadə adətən Hizbullah və ya Livanın cənubundakı digər qruplarla…

Read More
Dünya 

Çörəyin qiyməti bahalaşdı

İğdırda 200 qram çörəyin qiyməti 1 lirəyə qaldırılıb. News24.az xəbər verir ki, 8 lirəyə satılan çörəyin qiyməti artaraq 9 lirəyə çatıb. Çörəyin bahalaşmasına vətəndaşlar reaksiyası sərt olub. Qiymət artımına reaksiya verən vətəndaşlar, istehsalçıların əməyinə yetəri qədər dəyər verilmədiyini və bunu əməyə hörmətsizlik kimi qələmə veriblər. Qeyd edək ki, hazırda istehsalçılar ən azı 2-3 lirə artımının olmasını istəyirlər. Çünki hazırda bu qiymətə satılan çörək istehsalçıların zərərə işlədiyini bildiriblər.

Read More
Dünya 

Serbiyada vağzal binasının talvarının uçması nəticəsində ölənlərin sayı artıb

Serbiyanın Novi-Sad şəhərində vağzal binasının beton talvarının uçması nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb. “Report”un xəbərinə görə, bu barədə hadisədən sağ çıxanların qaldığı kliniki mərkəzdən məlumat verilib. “Söhbət ən ağır xəsarət alan xəstədən gedir. O, noyabrın 1-də Novi-Sadda baş verən faciənin on beşinci qurbanı oldu. Həkimlərin mübarizəsinə və səylərinə baxmayaraq, ölüm baş verdi”, – Klinik Mərkəzinin direktoru Vesna Turkulova jurnalistlərə deyib. Qeyd olunur ki, həkimlər digər iki ağır yaralının həyatı üçün mübarizəni davam etdirirlər. Xatırladaq ki, Serbiyanın əhalisinin sayına görə ikinci şəhərinin stansiya binasında yerləşən 50 metrlik beton konstruksiya noyabrın…

Read More
Dünya 

Yaponiyada 6 maqnitudalı zəlzələ olub

Yaponiyanın Amami adaları yaxınlığında 6 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Milli Meteorologiya İdarəsi məlumat yayıb. Məlumata görə, zəlzələ ocağı 10 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin maqnitudası 6,2 olub. Sunami təhlükəsi elan edilməyib.\\report

Read More