Dünya 

Avropalı diplomatlar İsraillə danışıqların dayandırılmasında razılığa gələ bilməyiblər

Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri İsraillə siyasi təmasların dayandırılması təşəbbüsü ilə bağlı razılığa gələ bilməyiblər.

“Report” xəbər verir ki, bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski Aİ Xarici Əlaqələr Şurasının iclası başa çatdıqdan sonra jurnalistlərə bildirib.

“Sizə məlumat verə bilərəm ki, İsraillə danışıqların dayandırılması təşəbbüsü ilə bağlı heç bir razılıq əldə olunmayıb”, – deyə o bildirib.

Daha çox xəbərlər