Dünya 

Bu regionlarda 40 dərəcə şaxta olacaq

Rusiya Federasiyasının Yamalo-Nenets Muxtar Dairəsinin şərq hissəsində qırx dərəcə şaxta olacaq. Bu barədə Ob-İrtış Hidrometeorologiya Xidmətinin saytında məlumat yayılıb. 14 noyabr gecə bölgəyə mənfi 38 dərəcəyə qədər enəcək şaxtalar gələcək. Ertəsi gün səhər və günortadan sonra terperatur mənfi 24-20 dərəcəyə qalxacaq. Rayonun qərb bölgəsində isə mənfi 19 dərəcəyədək şaxta gözlənilir. Sinoptiklər də qar və şaxta proqnozlaşdırırlar. Küləyin sürəti saniyədə 4-9 metrə çatacaq. Rusiyada qarşıdan gələn qış proqnozlaşdırdığı kimi, heterojen olacaq, yəni orta aylıq və orta mövsümi hava temperaturu birbaşa əks amillərdən ibarət olacaq. Temperaturun mənfi 20 dərəcəyə çatacağı dövrlər olacaq,…

Read More
Dünya 

Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi

Alimlər Solomon adalarının cənub-şərqində, Sakit okeanda dünyanın ən böyük mərcanını kəşf ediblər. Bu sensasion xəbər Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) elan olunub. Bildirilir ki, tapılan nəhəng mərcan 300 illik tarixə malik olmaqla yanaşı, çoxsaylı kiçik canlının birləşməsindən əmələ gəlib. Ölçülərinə görə, hətta göy balinadan da böyük olan bu mərcan, “National Geographic” ekspedisiyası zamanı üzə çıxarılıb. Ekspedisiyanın üzvü olan operator Manu San Feliks qeyd edib ki, əslində bu ərazi xəritələrdə batan gəminin yeri kimi qeyd olunub. O da araşdırma üçün dərinliyə baş vurarkən bu…

Read More
Dünya 

Bəzi ölkələr Gürcüstanı Rusiyaya qarşı ikinci cəbhə açmağa çağırıblar

“Konkret səfirliklərin nümayəndələri Gürcüstanı Rusiyaya qarşı ikinci cəbhə açmağa və sonra partizan müharibəsi aparmağa çağırıblar”. “Report” xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının baş katibi, Tbilisinin meri Kaxa Kaladze “İmedi” telekanalına müsahibəsində deyib. “Konkret səfirliklərin nümayəndələri birbaşa bizi Rusiya ilə müharibəyə başlamağa çağırdılar. Bir müddət belə deyək ki, dayanacaqdıq deyəndə və o zaman nə olacaq sualını verəndə cavab heyrətləndirici oldu. Biz partizan müharibəsinə keçməli idik”, – deyə o qeyd edib.

Read More
Dünya 

Bu gün Gürcüstanda əhalinin ümumi siyahıyaalınması başlayacaq

Gürcüstanda əhalinin ümumi siyahıyaalınması ölkədə noyabrın 14-də başlayacaq və dekabrın 19-dək davam edəcək. “Report” xəbər verir ki, proses ölkənin Milli Statistika Xidməti tərəfindən aparılacaq. Gürcüstanda hər 10 ildən bir keçirilən siyahıyaalma ilk növbədə müasir texnologiyalardan istifadə edilməklə aparılacaq. Belə ki, statistika işçiləri ölkə sakinləri ilə müsahibələr aparacaq, evlərə və mənzillərə baş çəkəcək, elektron planşetlərdən istifadə etməklə məlumat toplayacaq. Həmçinin, vətəndaşlar noyabrın 24-dək statistika xidmətinin internet saytında elektron sorğu anketlərini müstəqil şəkildə doldura biləcəklər. Siyahıyaalma təkcə Gürcüstan vətəndaşlarını deyil, həm də əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri əhatə edəcək. 2024-cü ilin siyahıyaalınmasında…

Read More
Dünya 

Lukaşenkonun “Yeni Belarus” siyasətinin ŞOK DETALLARI

Belarus prezidenti Aleksandr Lukaşenkonun son aylarda atdığı addımlar maraq doğurur. O, yüzdən çox siyasi məhbusu azad edib, ardınca “həmişə Qərblə normal münasibətlər qurmaq istədiyini” söylədi. Bu yaxınlarda Lukaşenkonun “Rusiyanın yüksək dairələrindəki bəzi insanlar Belarusu ilhaq etmək üçün qaşınırlar, lakin buna cəhd müharibəyə çevriləcək” bəyanatı xüsusilə şok effekt yaratdı. Düzdür, bütün bunların fonunda bir neçə gün öncə Minskdə İttifaq Dövlətinin Nazirlər Şurasının yüksək səviyyədə iclası keçirildi və Rusiyanın baş naziri Mixail Mişustin iki ölkənin qardaşlığını bir daha tərənnüm etdi. Amma yenə də bir sual açıq qalır: Bəs Belarusda nə baş verir? Təbii sualın…

Read More
Dünya 

Hakan Fidan Blinkenlə Azərbaycan-Ermənistan sülh prosesinin mövcud vəziyyətini müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinkenlə telefonla danışıb. “Report” xəbər verir ki, bu barədə Türkiyə XİN sözçüsü Öncü Keçeli “X”dəki hesabında bildirib. O, qeyd edib ki, danışıqlarda Qəzzada baş verən son hadisələr, Livandakı proseslər və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin mövcud vəziyyəti müzakirə olunub.

Read More
Dünya 

Varlı tələbələr kasıb ailədən olanları ələ salır: Universitet rəhbərliyi işə qarışdı

Şotlandiyada universitet rəhbərliyi varlı tələbələrdən yoxsul ailələrdən olan tələbə yoldaşlarına qarşı “snob” olmağı dayandırmağı xahiş ediblər. Bu barədə “The Telegraph” yazır. Edinburq Universiteti zəngin mənşəli tələbələri “snob” olmağı dayandırmağa və daha kasıb mənşəli tələbə yoldaşlarını ələ salmaqdan çəkinməyə çağırıb. Daha inklüziv mühit yaratmaq üçün universitet tələbələr üçün tövsiyələr olan bələdçi nəşr edib. O, həyat hekayələrinin müxtəlifliyinə hörmət etmək, sərvət və zəka haqqında stereotipləri rədd etmək kimi “sosial-iqtisadi mikroaqressiyaları” azaltmaq üçün məsləhətləri ehtiva edir. Universitet həmçinin qeyd edib ki, aşağı və orta təbəqədən olan tələbələr bu müəssisədə azlıq təşkil edir./publika.az

Read More
Dünya 

İsrail İordan çayının qərb sahilini qismən ilhaq etməyə hazırlaşdığını açıqlayıb

İsrailin maliyyə naziri və ifrat sağçı Dini Sionizm Partiyasının lideri Bezalel Smotriç Donald Trampın ABŞ-dəki prezident seçkilərində qələbə qazanması ilə əlaqədar olaraq 2025-ci ildə İordan çayının qərb sahilinin bəzi hissələrinin mümkün ilhaqı üçün hazırlıqlara başlamağa göstəriş verdiyini bildirib. “Report” xəbər verir ki, bu barədə “Israel Hayom” qəzeti nazirin açıqlamalarına istinadən yazıb. “Tramp ilk prezidentliyi dövründə ABŞ səfirliyini Qüdsə köçürmək, Qüdsü İsrailin paytaxtı kimi tanımaq, İsrailin Qolan təpələri üzərində suverenliyini tanımaq və Yəhudiyyə və Səməriyyədəki (İsrailin İordan çayının qərb sahilinə verdiyi adlardır – red.) yəhudi məskənlərinin qanuniliyi və legitimliyi ilə bağlı…

Read More
Dünya 

Orban Trampın qələbəsindən DANIŞDI

“ABŞ prezident seçkilərində Respublikaçı Donald Trampın qələbəsi sayəsində Macarıstanın təcridinə son qoyulub”. “Report” xəbər verir ki, bu açıqlama ilə Macarıstanın baş naziri Viktor Orban çıxış edib. O qeyd edib ki, indi Budapeşt tək deyil, “bütün Amerika” onun yanındadır. Macarıstanın Baş naziri həmçinin vurğulayıb ki, Trampın ABŞ seçkilərindəki qələbəsi Ukraynada sülhü “yeddi mil” yaxınlaşdırıb. Siyasətçi qeyd edib ki, o, respublikaçı namizədin qələbəsinə əmin idi, çünki insanlar müharibədən, miqrasiyadan və genderdən yorulublar.

Read More