Dünya 

Tbilisidə mitinq keçirilir

Müxalifət partiyalarının liderləri, onların tərəfdarları, eləcə də vətəndaş fəalları Gürcüstanın paytaxtı Tbilisidə parlament binası yaxınlığında oktyabrın 26-da keçirilən parlament seçkilərinə qarşı mitinq keçirirlər. “Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb. Parlamentin qarşısındakı meydanda müxalifət liderlərinin çıxış etməyi və gələcəklə bağlı planlarını açıqlamağı üçün səhnə qurulub. Mitinqdən əvvəl müxalifət nümayəndələri Tbilisidə dəmiryol vağzalının binasından parlamentə doğru yürüş təşkil ediblər. Xatırladaq ki, Gürcüstan parlamentinə keçirilən seçkilərdə hakim “Gürcü arzusu” partiyası qalib gəlib. Prezident Salome Zurabişvili daha sonra səsvermənin nəticələrini tanımadığını bəyan edərək, seçkilərə qarşı etiraz aksiyasında iştirak edib.

Read More
Dünya 

Türkiyə ordusu 9 terrorçunu MƏHV ETDİ

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyada yeni əməliyyat keçirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, İraqın şimalındakı “Pəncə-Kilit” bölgəsində keçirilən əməliyyat nəticəsində PKK terror təşkilatının səkkiz üzvü öldürülüb. Həmçinin Suriyanın şimalındakı “Fırat Qalxanı” bölgəsində isə PKK/YPG-nin bir terrorçusu öldürülüb. (Report)

Read More
Dünya 

Pezeşkian: Türkmənistan İranla təbii qaza dair müqavilə imzalamağa hazır deyil

Türkmənistan İran hökuməti ilə təbii qaza dair müqavilə imzalamağa hazır deyil. “Report” İRNA-ya istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib. “Planlaşdırma və büdcə təşkilatında olanda mənə dedilər ki, Türkmənistan bizim hökumətlə təbii qaza dair müqavilə imzalamağa hazır deyil. Səbəb kimi maliyyə vəsaitinin çatışmazlığını göstəriblər”, Məsud Pezeşkian deyib.

Read More
Dünya 

Finlandiya Rusiyaya nota verdi

Finlandiya Xarici İşlər Nazirliyi Moskvadakı diplomatik idarəsinin səlahiyyətinə dəyən ziyana görə Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib. Finlandiyanın Rusiyadakı səfiri Marja Liivalanın STT agentliyinə verdiyi məlumata görə, cümə günü diplomatik nümayəndəliyin hasarına İsveç dilində “Aland adaları bizimdir” yazısı yazılıb, səfirliyin ərazisinə yumurta atılıb. Liivala polisin tez bir zamanda beş təcavüzkarı saxladığını bildirib.//Oxu.az

Read More
Dünya 

Moldovada gərgin prezident seçkiləri: ikinci turda “Seçki turizmi” İddiaları

Noyabrın 3-də Moldovada prezident seçkilərinin 2-ci turu keçirilib. Namizədlər arasında hazırkı prezident Maya Sandu və keçmiş baş prokuror Aleksandr Stoyanoqlo mübarizə aparıb. Stoyanoqlo müstəqil namizəd olsa da, Sosialistlər Partiyası və keçmiş prezident İqor Dodon tərəfindən dəstəklənib. Sandu rəqibini “Moskvanın adamı” adlandırsa da, Stoyanoqlo bu ittihamları rədd edib. Azərbaycandakı Moldova səfirliyində də xaricdəki vətəndaşların səsverməsi üçün seçki məntəqəsi fəaliyyət göstərib. “Watchdog Moldova” təşkilatının prezidenti Valeriu Paşa, Rusiyada yaşayan işadamı İlon Şorun seçiciləri Moskva, Minsk, Bakı və İstanbula pulsuz nəqliyyatla daşıdığını iddia edib. Moldova Xarici İşlər Nazirliyi isə “Seçki turizminin bəzi əlamətlərinə…

Read More
Dünya 

Moldovada prezident seçkiləri: Sandu qələbə qazanır

Moldovada baş tutmuş prezident seçkilərində hazırkı dövlət başçısı Maya Sandu səslərin sayına görə rəqibi Aleksandr Stoyanoqlonu geridə qoyur. “Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının protokolların 92,47 faizinin emalından sonra məlum olub. İlkin nəticələrə görə, Sandu seçicilərin 50,18 faizinin etibarını qazanıb. Stoyanoqloya isə seçicilərin 49,82 faizi səs verib.

Read More
Dünya 

Litva MSK parlament seçkilərinin nəticələrini təsdiqləyib

Litvanın Mərkəzi Seçki Komissiyası 13 və 27 oktyabr tarixlərində iki turda keçirilmiş parlament (Seym) seçkilərinin nəticələrini təsdiqləyib. “Report” xəbər verir ki, komissiyanın sədri Lina Petronene səsvermənin rəsmi nəticələrini jurnalistlərə təqdim edib. “Seçkilərin nəticələri komissiya üzvlərinin ümumi razılığı ilə rəsmi olaraq təsdiqlənib”, – o bildirib. Seçkilərdə dörd il müxalifətdə olan Litva Sosial Demokrat Partiyası qalib gəlib və o, hakim koalisiyanı formalaşdıracaq. Partiya 141 mandatdan 52-si əldə edib. Bu vaxtadək iqtidarda olan mühafizəkar “Vətən İttifaqı – Litva Xristian Demokratları” partiyası 28 mandatla ikinci olub. Partiyanın sədri Qabrielyus Landsberqis uğursuzluğa görə məsuliyyəti öz…

Read More
Dünya 

Pezeşkian: Atəşkəs İranın cavab zərbəsi barədə qərarına təsir edə bilər

İsrailin Qəzza və Livanda atəşkəsə razılıq verməsi İranın oktyabrın 26 oktyabr hücumundan sonra yəhudi dövlətinə qarşı cavab tədbirləri barədə qərarına təsir edə bilər. “Report” IRNA agentliyinə istinadən xəbər verir ki, bunu İslam Respublikasının prezidenti Məsud Pezeşkian bildirib. Onun sözlərinə görə, İsrail “yaxşı bilir” ki, İrana qarşı səhv etdikləri təqdirdə “darmadağın edici cavab alacaqlar”. “Yalnız onların öz davranışlarını yenidən nəzərdən keçirməsi, atəşkəsə və regionda günahsız insanların öldürülməsinə razılıq verməsi bizim necə və hansı güclə cavab verəcəyimizə təsir edə bilər”, – deyə Pezeşkian vurğulayıb. Xatırladaq ki, oktyabrın 26-da gecə İsrail 1 oktyabr…

Read More
Dünya 

Türkiyə XİN bəyanat yaydı

Türkiyənin Xarici İşlər Nazirliyi Sudanda baş verən siyasi gərginlik və bundan yaranan humanitar böhranla bağlı bəyanat yayıb. “Report” xəbər verir ki, nazirlik bəyanatında Türkiyənin Sudandakı humanitar vəziyyət və Əl-Cəzirə əyalətində mülki əhalini hədəf alan, humanitar hüquqa zidd hücumlardan dərin narahatlıq keçirdiyini vurğulayıb. Bildirilib ki, atəşkəs təxirə salınmadan təmin edilməli, sülh və sabitlik mühiti yaradılmalıdır. Bəyanatda yerindən didərgin edilmiş insanların evlərinə qayıtması və humanitar yardım fəaliyyətlərinin dayanmadan həyata keçirilməsi istiqamətində tədbirlərin dərhal görülməsi üçün çağırış edilib. Mətndə qeyd olunub ki, Türkiyə Sudanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və birliyini ən güclü şəkildə…

Read More
Dünya 

Moldovada prezident seçkiləri: Maya Sandu qələbə qazandı

Moldovanın hazırkı Prezidenti Maya Sandu ölkədə baş tutmuş prezident seçkilərinin ikinci turunda rəqibi Aleksandr Stoyanoqlonu geridə qoyaraq seçicilərin 55 faizinin səsini qazanıb. “Report” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının protokolların 98,7 faizinin hesablanmasından sonra elan etdiyi ilkin nəticələrdən bəlli olub. İlkin nəticələrə görə, Sandunun opponenti Stoyanoqloya seçicilərin 45 faizi güvənib. Seçkilərdə diqqətçəkən məqamlardan biri avropayönümlü mövqeyi ilə bilinən Sandunun ölkə xaricində (82,3 faiz), rusiyameyilli və avroskeptik baxışları ilə seçilən Stoyanoqlonun isə əsasən etnik azlıqların yaşadığı Qaqauz Yeri Muxtar Bölgəsi (97 %) və hökumətin birbaşa nəzarətində olmayan Dnestr…

Read More