Dünya 

Medvedev yenə nüvə silahı ilə təhdid etdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya öz varlığını nüvə silahı ilə müdafiə etməyə hazır olacaq. Musavat.com-un məlumatına görə, bu barədə TASS xəbər yayıb. Medvedev Rusiya televizoyasına müsahibəsində deyib ki, Amerikanın dərin dövləti nədənsə rusların heç vaxt müəyyən xətti keçməyəcəyinə inanırlar. “Onlar səhv edirlər. Ölkəmizin prezidentinin dəfələrlə dediyi, sizin təvazökar bəndənizin dediyi, başqalarının dediyi dövlətimizin varlığından danışırıqsa, təbii ki, bizim sadəcə olaraq seçimimiz qalmayacaq. Nüvə ölkəsinin prezidenti vəzifəsinə başlayan hər bir şəxs mahiyyətcə ölkəni sona qədər müdafiə etmək öhdəliyini üzərinə götürür. Bu, Rusiya Federasiyasına da aiddir”, –…

Read More
Dünya 

Kartof yeyən 17 yaşlı gənc kor oldu

İngiltərədə 17 yaşlı gənc kartof yedikdən sonra kor olub. Bu barədə Bristol Göz Xəstəxanasının həkimləri danışıb. 17 yaşlı gəncin qidalanma rejiminə görə kor qaldığı bildirilib. Hələ 14 yaşında ikən yorğunluq və halsızlıq şikayəti ilə xəstəxanaya müraciət edən gənc şikayətlərinin gündən-günə artdığını bildirib. Lakin bir neçə il sonra gənc eşitmə qabiliyyətini itirməyə başlayıb və daha sonra kor qalıb. Ona optik neyropatiya diaqnozu qoyulub. Optik neyropatiya, göz və beyin arasındakı sinirlərin zədələnməsi nəticəsində meydana gələn və görmə itkisinə səbəb ola bilən bir vəziyyətdir. Klivlend Klinikasından bildirilib ki, sinirlərin belə zədələnməsi sinir siqnallarının ötürülməsində…

Read More
Dünya 

Dubay şokoladı ilə bağlı ŞOK İDDİA: “Tonlarla kiflənmiş Antep fıstığı…”

Türkiyəli aktrisa Arzu Yanardağ son zamanlar sosial şəbəkələrin trendinə çevrilən Dubay şokoladı ilə bağlı şok açıqlamalar verib. Tədbirlərdən birində görüntülənən aktrisa jurnalistlərin “Dubay şokoladı yedinizmi” sualına “Xeyr” cavabını verib və bu şokoladla bağlı ağılasığmaz iddialar səsləndirib: “Xeyr. Heç dadına baxmadım. Onsuz da Antep fıstığından xoşum gəlmir. Trenddə olan şeylər məni heç maraqlandırmır. Bu gün bəzi xəbərlərdə çıxdı. Bilmirəm izlədinizmi? Avropada tonlarla Antep fıstığı geri qaytarılıb. Onlardan Dubay şokoladı hazırlanıb. Niyə geri qaytarıldı? Çünki kiflənib və tərkibində çoxlu toksik maddələr var. Keçmiş olsun”. Ətraflı videoda: BAKU.WS

Read More
Dünya 

Gürcüstanda hakimiyyət çevrilişi təhlükəsi geridə qaldı?- Müxalifətin lider dərdi

Bu gün Gürcüstanda keçirilən 26 oktyabr parlament seçkilərindən tam bir həftə ötür. Buna baxmayaraq, qonşu ölkədə  gərginlik hələ də davam edir. Seçkilərdə hakim “Gürcü Arzusu” partiyası önə çıxsa da, seçki nəticələrində saxtakarlıq iddiaları ciddi mübahisələr yaradıb. Müxalifət seçkinin nəticələrini tanımır və geniş etirazlarla vəziyyəti hüquqi yollarla dəyişməyə çalışır. Gürcüstan hökuməti Avropa İttifaqına üzvlük perspektivlərini qorumağa çalışsa da, Moskva ilə yaxın iqtisadi əlaqələr qurmağa davam edir. Avropa və ABŞ isə seçki prosesinin şəffaflığına dair narahatlıq ifadə edərək Gürcüstana təzyiq göstərir. Bəs Gürcüstanda çevriliş təhlükəsi sovuşdumu? Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev…

Read More
Dünya 

Moldovada ikinci tur: “Rusiyanın adamı”, yoxsa Sandu?

Noyabrın 3-də Moldovada prezident seçkilərinin ikinci turu keçiriləcək. Birinci turda hazırkı prezident Maya Sandunu seçicilərin 42,49%-i, Moldovanın keçmiş baş prokuroru, Sosialist Partiyasının namizədi Aleksandr Stoyanoqlonu 25,95%-i dəstəkləyib. Seçki yarışında üçüncü yeri “Bizim Partiya”nın lideri Renato Usato tutub. O, 14% səs toplayıb. Seçki ərəfəsi Moldovada milli valyuta leyinin məzənnəsi ucuzlaşmağa, avro isə bahalaşmağa başlayıb. Buna səbəb kimi moldovalıların kütləvi şəkildə avro almağa başladıqları ilə izah edilir. Seçkidə hakimiyyət tərəfdaralarının “Rusiyanın adamı” kimi təqdim etdikləri Aleksandr Stoyanoqlonun qalib gələcəyi, bundan sonra Moldovada Ukraynadakı kimi “Maydan” hadisələri olacağı barədə söz-söhbətlər əhalidə narahatlıq yaradıb.…

Read More
Dünya 

BMT TŞ-yə sədrlik Britaniyaya keçib

BMT Təhlükəsizlik Şurasına sədrlik İsveçrədən Böyük Britaniyaya keçib. “Report”un ABŞ bürosu xəbər verir ki, Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəsi Barbara Vudvord ay ərzində TŞ-nin proqramını təşkilatın Nyu-Yorkdakı qərargah binasında jurnalistlərə təqdim edib. Səfir bildirib ki, Yaxın Şərqdə davam edən münaqişə ay ərzində TŞ-nin gündəmində olacaq. O deyib ki, BMT-nin Qəzzaya effektiv humanitar yardım göstərməsi üçün ölkəsi səfərbər olacaq: “Böyük Britaniya Fələstinin yeni hökümətini dəstəkləyir və ətəşkəs üçün səylərin güclənəcəyinə ümid edirik”. B.Vudvord qeyd edib ki, Ukraynada davam edən münaqişə də TŞ-nin gündəmində olacaq: “Biz bilirik ki, Şimali Koreya və İran…

Read More
Dünya 

“Yandex” rusiyalıların rekord həcmdə şəxsi məlumatlarını dövlətə ötürüb

2024-cü ilin birinci yarısında “Yandex” Rusiya hakimiyyət orqanlarından öz istifadəçilərinin şəxsi məlumatlarının açıqlanması ilə bağlı rekord sayda sorğunu təmin edib. “Report” xəbər verir ki, bu barədə “Vyorstka” nəşri şirkətin dərc etdiyi şəffaflıq hesabatına istinadən yazır. Belə ki, cari ilin ilk altı ayında “Yandex” dövlət orqanlarından istifadəçi məlumatlarının açıqlanması ilə bağlı 36 540 sorğu alıb. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur – ötən il 32 664 sorğu təqdim edilmişdi. 2024-cü ildə alınan müraciətlərin 80 %-ni və ya 29 379 sorğunu “Yandex” təmin edib. Ötən ilin birinci yarısında…

Read More
Dünya 

Rusiya Xarkovdakı polis binasını vurub, 40 nəfər yaralanıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərindəki polis binasına zərbə endirməsi nəticəsində bir nəfər ölüb, 40 nəfər yaralanıb. “Report” xəbər verir ki, bu barədə Ukrayna polisi məlumat yayıb. “Saat 22:00-a olan məlumata görə, şəhərə raket hücumu nəticəsində bir polis ölüb, daha 30 polis əməkdaşı, bir xilasedici və 9 mülki şəxs yaralanıb”, – məlumatda diqqətə çatdırılıb. Qeyd olunub ki, polis məntəqəsi S-400 raketləri ilə vurulub.

Read More
Dünya 

2024-cü ildə 60-dan çox jurnalist vəzifə borcunu yerinə yetirərkən öldürülüb

2024-cü ildə vəzifə borcunu yerinə yetirərkən 60-dan çox media işçisi öldürülüb. Fələstinli jurnalistlər arasında xüsusilə yüksək itki qeydə alınıb. APA xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türkün noyabrın 1-də verdiyi bəyanatda deyilir. “Jurnalistlərə qarşı törədilən cinayətlərə görə cəzasızlığa son” beynəlxalq günü münasibəti ilə Türk cari və əvvəlki illərin statistikasına istinad edib. “2023-cü ildə 71 jurnalist və media işçisi öldürülüb, 300-dən çoxu isə həbs edilib. Qadın jurnalistlər tez-tez fiziki zorakılığa çevrilə bilən onlayn təcavüzün hədəfinə çevrilirlər. Artıq bu il 61 jurnalist vəzifə borcunu yerinə yetirərkən…

Read More
Dünya 

Rusiyada ada yoxa çıxıb

Rusiyada ərazisi 53 hektar olan Mesyatsev adası Şimal Buzlu Okeanındakı Frans İosif Torpağı arxipelaqından tamamilə yoxa çıxıb. Bu barədə Rusiya Coğrafiya Cəmiyyətinin saytında məlumat verilib. Rəhbərliyi altında müvafiq müşahidəni aparan Moskva Aviasiya İnstitutunun (MAİ) dosenti Aleksey Kuçeykonun sözlərinə görə, itmiş sahə Yeva-Liv adasının ərazisində yerləşirdi. O, Mesyatsev adasının tamamilə əridiyini bildirib. Kuçeyko qeyd edib ki, bu səbəbdən naviqasiya xəritələrində düzəlişlər etmək lazım gələcək. Məlumata görə, 2015-ci ilin avqustunda Mesyatsev adasının ərazisi təxminən 53 hektara çatıb. Bu ilin avqustunda onun sahəsi artıq 3 hektar olub, bir ay sonra isə ada yoxa…

Read More