Əsas səhifə 

Müasir texnologiyalara əsaslanan yeniliklər tətbiq edilir və ediləcək

Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində dövrün tələbinə uyğun olaraq idarəetmədə yeniləşmənin, təkmilləşmənin yol açdığı uğurlardan bəhs etdi Hər dövrün öz çağırışları vardır. Bu çağırışların yüksək səviyyədə yerinə yetirilməsi düşünülmüş siyasətdən, ən əsası idarəçilik sisteminin düzgün qurulmasından asılıdır. Azərbaycanda idarəçilik beynəlxalq səviyyədə təqdir edilir. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən bu çağırışı səsləndirdi ki, ən yeni təcrübələr Azərbaycanda tətbiq olunmalıdır. Cənab İlham Əliyev, eyni zamanda, çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, bugünkü çağırışları düzgün cavablandırmaqla gələcək üçün möhkəm baza formalaşdırmış oluruq. 2016-cı ildə ölkəmizdə keçirilən ümumxalq səsverməsinə…

Read More
Əsas səhifə 

Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində Azərbaycanın daxili və xarici siyasət istiqamətlərini bir daha açıqladı – Ağalar Vəliyev

Son illərdə Azərbaycanda sosial-iqtisadi sahədə mühüm uğurlar əldə edilir. Azərbaycan vətəndaşlarının sosial rifah halı durmadan yüksəlir, qeyri-neft sektorunda inkişaf daimi xarakter alır, sənaye istehsalı artır, dövlət büdcəsi isə rekord həddə müəyyənləşdirilir. Ötən il Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bütün bunların təməlində uzun illər ərzində aparılan məqsədyönlü islahatlar, düşünülmüş siyasət dayanır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yerli telekanallara müsahibəsində ölkəmizin iqtisadi göstəriciləri ilə bağlı səsləndirdiyi rəqəmlər bunu bir daha təsdiqləyir. Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib. Millət vəkili bildirib ki, dövlətimizin başçısının müsahibədə vurğuladığı kimi, artıq uzun illərdir…

Read More
Əsas səhifə 

Biz deyəndə ki, bu, bizim tarixi torpağımızdır, həqiqəti deyirik

Dövlətimizin başçısı İlham Əliyev yerli televiziya kanallarına  müsahibəsində növbəti hədəfimiz olan Qərbi Azərbaycana qayıdışdan bəhs edərək bildirdi ki, nə qədər fəal olsaq, perspektivlər də o qədər ümidverici olacaq Tarixi Zəfərimizdən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının mühüm reallıqlarından biri təbii ki, tarixi sahibinə qovuşan torpaqlarımızda bərpa-quruculuq işlərinin həyata keçirilməsi, Böyük Qayıdış Proqramının uğurlu icrasıdır. Dövlətimizin başçısı İlham Əliyev həm Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində, həm də yanvarın 7-də ənənəvi  olaraq yerli televiziya kanallarına müsahibəsində bu istiqamətdə görülən və görüləcək işlərdən geniş bəhs etdi. Yerli televiziya kanallarına müsahibəsində…

Read More
Əsas səhifə 

Yanaşmalar fərqli olsa da dəyişilməyən ədalət prinsipidir

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi beynəlxalq aləmdə mövqeyi möhkəmlənən Azərbaycanın dünyada baş verən hadisələrə ədalət prinsipləri əsasında göstərdiyi dəyərdir Siyasi peşəkarlığı, qətiyyəti ilə yüksəldiyi, şəxsi keyfiyyətləri ilə formalaşdırdığı «liderlik şəraiti»ndə «liderlik kapitalı»ndan zəkası ilə istifadə etməklə perspektivi görmək istedadı, müdrikliyi, cəsarəti, inam qazanmaq qabiliyyəti, səmərəli ünsiyyət yaratmaq bacarığı ilə dəyərlər sistemini zənginləşdirən Prezident İlham Əliyev fəlsəfi dünyagörüşünə malik şəxsiyyət, təcrübəli dövlət xadimi olduğunu artıq təsdiqləyib. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimdəki bütün dünya ictimaiyyətini düşündürən, planetimizin gələcəyi üçün…

Read More
Əsas səhifə 

Sosial islahatların mərkəzində vətəndaş və onun məmnunluq faktoru dayanır

Dövlət başçısı İlham Əliyevin 7 yanvar 2025-ci il tarixli «Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında» Sərəncamı vətəndaş rifahının təminatı məqsədilə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha təsdiqləyir Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. Ümummilli Lider Heydər Əliyevin «İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir» çağırışı bütün dövrlər üçün aktuallığını qoruyur, həyata keçirilən siyasətin əsasında dayanır. Dövlətimizin başçısı İlham Əliyevin  hər zaman yeni hədəfləri açıqlayarkən «Bütün bu işləri görmək üçün iqtisadiyyatımız inkişaf etməlidir» çağırışı da iqtisadi amilin önəminə işıq salır. Cənab İlham Əliyev…

Read More
Əsas səhifə 

Ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə, öz suveren hüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə hər ilin konkret bi sahənin adı ilə bağlı olması, yaxud əlamətdar günləri, ölkəmizin həyatında mühüm rol oynayan hadisələri özündə ehtiva etməsi hərtərəfli inkişafın prioritetliyini təsdiqləyir. Ötən il yaşıl keçidin güclü çarçısı kimi tanınan, «Yaşıl dünya naminə həmrəy olaq!» çağırışını edən Azərbaycanda bu il «Konstitusiya və Suverenlik…

Read More
Əsas səhifə 

Bütün şərtlər ədalətlidir

25 dekabr 2024-cü il tarixində AZAL-a məxsus təyyarəmizin qəzaya uğraması xəbəri hər bir soydaşımızı dərindən məyus etdi. Qısa zaman sonra təyyarəmizin Rusiyanın hava hücumundan müdafiə sisteminə aid raketlə vurulması xəbərini eşitməyimiz bizi həm sarsıtdı, həm də hiddətləndirdi. Beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşan, həmsərhəd dövlətlərlə mehriban qonşuluq münasibətləri saxlamaq, səmərəli əməkdaşlıq münasibətləri formalaşdırmaq üçün bütün lazımi addımları atan dövlətimizə və xalqımıza qarşı belə bir cinayət əməlinin törədilməsi heç şübhəsiz ki, yolverilməz bir haldır. Bakıdan Qroznı şəhərinə uçan sərnişin təyyarəmizin Çeçenistan ərazisində Rusiyanın hava hücumundan müdafiə sisteminə aid raketlə vurulmasında…

Read More
Əsas səhifə 

Leyla Əliyeva Yeni il bayramı ilə əlaqədar paylaşım edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Yeni il bayramı ilə əlaqədar “Instagram” hesabında paylaşım edib. ARANTV.AZ  xəbər verir ki, paylaşımda deyilir: “Yeni ilinizi təbrik edir, 2025-ci ildə sizə bol sevinc, nurlu, xeyirli günlər diləyirəm! Bir-birimizə daha çox kömək edək, xoş sözlər deyək, bir-birimizi dəstəkləyək, xeyirxah işlər görək. Qoy Allah hər birinizi qorusun! Hər şeyə görə təşəkkür edirəm! Sevgilərlə”.    

Read More
Əsas səhifə 

Mehriban Əliyeva: “Bütün azərbaycanlılara sağlamlıq və xoşbəxtlik arzulayıram!”

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə instaqram səhifəsində təbrik mesajı paylaşıb. ARANTV.AZ  xəbər verir ki, paylaşımda Mehriban xanım Əliyeva öz səmimi arzularını belə ifadə edib: “Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Tanrı öz mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar! Sizə və ailələrinizə möhkəm cansağlığı, xoş ovqat, sevinc və xoşbəxtlik arzulayıram! Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN.” Bu…

Read More
Əsas səhifə 

Diplomatik uğurlarımız qitələri dolaşır

Azərbaycanın xarici siyasəti dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət əsasında təkmilləşir Dövlət müstəqilliyini bərpa etdikdən sonra milli dövlətçilik prinsiplərinə uyğun formalaşan Azərbaycanın xarici siyasəti qarşılıqlı anlaşma, bərabərhüquqluluq prinsipləri əsasında davam edir. 1993-cü ildə hakimiyyətə qayıdışı ilə zəngin dövlətçilik təcrübəsinə əsaslanaraq respublikada bir sıra islahatlar aparan, mühüm və təxirəsalınmaz vəzifələrin yerinə yetirilməsini qarşıya məqsəd qoyan Ulu Öndər Heydər Əliyev xarici siyasətimizin bütün parametrləri üzrə inkişafına xüsusi diqqət göstərmişdi. Həmin vəzifələrdən biri və ən əsası Ermənistan tərəfindən informasiya blokadasına alınan Azərbaycanı beynəlxalq aləmdəki…

Read More