Əsas səhifə 

Qarabağ Zəfəri Azərbaycan Prezidentinin müdrik siyasi və hərbi diplomatiyasının məntiqi yekunudur – Ağalar Vəliyev

Xalqımız 8 Noyabr – Zəfər Gününü haqlı olaraq böyük sevinc və qürur hissi ilə qeyd edir. Vətən müharibəsində qazanılan tarixi Qələbənin arxasında isə, heç şübhəsiz, müdrik siyasi və hərbi diplomatiya, xalq-dövlət birliyi, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dərin zəkası, uzaqgörən siyasəti dayanır. Tarixdə misli görünməmiş tarixi Qələbəyə imza atmış Azərbaycan bu gün regionun lider dövləti kimi beynəlxalq proseslərdə mühüm rol oynayan aktora çevrilib. Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib. Millət vəkili bildirib ki, işğal altında olmuş torpaqlarımızın azad edilməsi bütün dövrlərdə dövlət siyasətinin mütləq prioriteti və…

Read More
Əsas səhifə 

Kim bizimlə Qarabağın Azərbaycana qaytarılmasına sevinirsə, o, bizim dostumuzdur, qardaşımızdır – TƏHLİL

Dövlət başçısı İlham Əliyev bildirir ki, əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir “Azərbaycan xalqı bu gün hər şeyi yaxşı görür, hər şeyi yaxşı bilir – bizim dostumuz kimdir, düşmənimiz kimdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında  onu da bildirdi ki, əsas meyar ölkələrin bizim suverenliyimizin bərpasına olan münasibətidir.  Bizi kim dəstəkləyib, suverenliyimizin bərpa edilməsində kim təbrik edib? Bu, bizim dostlarımızdır. Buna qarşı kim çıxıb və kim çıxır? Bunlar bizə dost ola bilməzlər: “İşğal dövründə bu, o qədər də aydın deyildi. Yəni, bizim…

Read More
Əsas səhifə 

Zaman hakim, tarix isə yaddaşdır

Dövlət başçısı İlham Əliyev bu əminliyi şərtləndirən amillər sırasında belə bir çağırışı edir ki, Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar, bu torpaqlar unudulmayıb və unudulmayacaq “Əlbəttə ki, Qarabağ dərdi, problemi olan yerdə Qərbi azərbaycanlıların hüquqlarından danışmaq bəlkə də vaxtından əvvəl atılan bir atəşə bənzəyə bilərdi. Amma bu gün hesab edirəm ki, biz tam haqlı olaraq bu mövzunu artıq beynəlxalq arenaya çıxarmışıq… Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin…

Read More
Əsas səhifə 

Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür

Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümüdür. ARANTV.AZ xatırladır ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-fdə başladığı əks-hücum nəticəsində aparılan döyüş əməliyyatları ilə 2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edilib. İkinci Qarabağ müharibəsi zamanı rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb. Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah…

Read More
Əsas səhifə 

Bu gün heç kimdən asılı olmayan Azərbaycan inamla, uğurla inkişaf edir – TƏHLİL

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi,  Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq “Biz əlbəttə ki, yoxsulluqla bağlı və işsizliklə bağlı öz fəaliyyətimizi davam etdirməliyik. Yoxsulluq Azərbaycanda 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun. Müstəqillik dövründə əhalimiz 3 milyon artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir, o cümlədən bizim üçün. Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil.…

Read More
Əsas səhifə 

Rusiyada İlham Əliyevin təyyarəsini hərbi helikopterlər belə müşayiət etdi – VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. ARANTV.AZ  xəbər verir ki, Prezidentin təyyarəsini Kazan Beynəlxalq Hava Limanına enərkən hərbi helikopterlər müşayiət edib. Həmin görüntüləri təqdim edirik:

Read More
Əsas səhifə 

Biz ancaq öz gücümüzə arxalanmalıyıq, öz potensialımıza güvənməliyik

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin fonunda ölkəmizin malik olduğu iqtisadi imkanlar, tarixi irsimizin qorunmasının prioritetliyi özünü aydın şəkildə nümayiş etdirir Yeni dövr yeni hədəfləri ilə diqqətdədir. Cənab İlham Əliyev istər prezident seçkilərində inamlı qələbəsindən sonra keçirilən andiçmə mərasimində, istərsə də VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərdən bəhs edərkən bu çağırışı etdi ki, onlara nail olmaq üçün iqtisadiyyat inkişaf etdirilməlidir. İşğaldan azad edilmiş ərazilərdə görülən genişmiqyaslı bərpa-quruculuq işlərinin əsas tərkib hissələrindən biri mədəni, tarixi irsimizin qorunması, tarixi…

Read More
Əsas səhifə 

Prezidentdən Zəngilanın azad olunmasının ildönümü ilə bağlı PAYLAŞIM – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında Zəngilanın azad olunmasının ildönümü ilə bağlı paylaşım edib. ARANTV.AZ xəbər verir ki, İlham Əliyev paylaşıma “Zəfər tariximiz – Zəngilanın Ermənistan işğalından azad edilməsindən dörd il ötür”, – sözlərini qeyd edib. Həmin paylaşımı təqdim edirik:  

Read More