Əsas səhifə 

Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir

Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son dövrlərdə artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. İyunun 4-də paytaxtımız növbəti mötəbər tədbirə ev sahibliyi edib. Bakıda Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və çoxaylı qonaqların iştirakı ilə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışıı keçirilib. Tədbirdə  37 ölkədən 300-dək şirkətin iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir. Açılış…

Read More
Əsas səhifə 

Bizim vədlərimiz imzamız qədər dəyərlidir

Dövlət başçısı İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspia Power” sərgilərinin açılış mərasimində bir daha qeyd etdi ki, qaz təchizatımızın coğrafiyası bundan sonra da genişlənəcək Hər il keçirilən və özündə üç mühüm tədbiri birləşdirən Bakı Enerji Həftəsi bütün dünyanın enerji sənayesi sahəsində mövcud olan liderlərini bir araya gətirir və bununla da diqqəti Azərbaycanın üzərinə cəmləşdirir. Dövlət başçısı  İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində iştirakı bu tədbirin yüksək statusunu təsdiqləyir. Tədbirdə  37…

Read More
Əsas səhifə 

Azərbaycanın COP29-a, İtaliyanın isə G7-yə sədrliyi əməkdaşlığımız üçün yeni imkanlar yaradacaq – ŞƏRH

İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması işlərində İtaliya şirkətlərinin səmərəli fəaliyyəti təqdirəlayiqdir. Bütün bunlar tərəfdaşlığımızın yüksək səviyyəsindən, mövcud əməkdaşlığımızı daha da şaxələndirmək əzmimizdən xəbər verir. Biz bu əməkdaşlığı daim diqqət mərkəzində saxlayır və dəstəkləyirik. Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarellaya İtaliyanın Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb. Məktubda, həmçinin qeyd olunub ki, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətləri siyasi, ticari-iqtisadi, enerji, müdafiə, humanitar və digər sahələrdə məmnunluq doğurur: “Əməkdaşlığımızın prioritet istiqamətlərdən olan enerji sektorunda uğurlu işbirliyimiz Avropanın enerji təhlükəsizliyinin təminatında…

Read More
Əsas səhifə 

Prezident Xocalıdan Ermənistana və havadarlarına sərt mesajlar verdi

Rəsmi İrəvan  Qarabağdakı hərbi cinayətlərə və soyqırımlara görə həm üzr istəməli, həm də  caniləri cəzalandırmalıdır Prezident İlham Əliyevin 28 May – Müstəqillik Gününü hər il işğaldan azad olunmuş ərazilərdə təntənəli şəkildə qeyd etməsi artıq ənənə halını alıb. Belə ki, Ali Baş Komandanımız 2022-ci ildə  bu günlə bağlı Zəngilan rayonunun Ağalı kəndinə, 2023-cü  ötən ildə Laçına, 2024-cü ildə isə Xocalıya səfər edib. Hər səfərində keçmiş məcburi köçkünlərə dövlət tərəfindən inşa edilmiş genişhəcmli mənzillərin açarları təqdim edilib. Bununla da onların 30 ildən çox həsrət qaldıqları doğma yurdlarına qovuşmaları kimi tarixi hadisələrə şahidlik…

Read More
Əsas səhifə 

Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq

Dövlət başçısı İlham Əliyev Xocalı sakinləri ilə görüşündə bir daha bu çağırışı etdi ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə hər an hazır olmalıyıq «Bu gün hərbçilər üçün inşa edilmiş evlərlə də tanış oldum. Bütün Qarabağ və Şərqi Zəngəzur çox möhkəm bir istehkam zonası olacaq və burada artıq bu istiqamətdə işlər görülür ki, Azərbaycan xalqı əbədi əmin olsun, bir daha bu faciələr bizim xalqımızın başına gəlməyəcək.» Dövlət başçısı İlham Əliyev Xocalı sakinləri ilə görüşündə onu da bildirdi ki, həm Vətən müharibəsi, həm antiterror əməliyyatı xalqımızın…

Read More
Əsas səhifə 

Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu tərəfindən Bakı daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli…

Read More
Əsas səhifə 

Xocalı sakini Prezidentlə xanımını evinə dəvət etdi- Maraqlı dialoq

Prezident İlham Əliyevin Xocalı şəhərinə köçən sakinlərlə söhbəti zamanı sakinlərdən biri dövlət başçısını və xanımını evinə dəvət edib. ARANTV.AZ  xəbər verir ki, Prezident və birinci xanım həmin evə baş çəkiblər. Xocalı sakininin evinin önündə yaşanan maraqlı dialoqu təqdim edirik: Xocalı sakini Səriyyə Cəfərova: Cənab Prezident, mən bu evdə yaşamışam. Prezident İlham Əliyev: Bu evdə? Səriyyə Cəfərova: Bəli, bu evdə. Mən Sizi evimizə dəvət edirəm. Prezident İlham Əliyev: Gedək, Mehriban xanım da gəlsin, gedək. Səriyyə Cəfərova: Mən bu evdə doğuldum, bu evdə böyüdüm. Prezident İlham Əliyev: Sonra ermənilər gəlib evinizdə yerləşmişdilər, elədir? Səriyyə Cəfərova: Bəli, ermənilər bu…

Read More
Əsas səhifə 

Şərqdə ilk demokratik respublikanın yaranmasından 106 il keçir

Azərbaycanın milli bayramı – Müstəqillik Günü qeyd olunur. ARANTV.AZ  xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz…

Read More