Əsas səhifə 

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. O, bununla bağlı “Instagram” hesabında paylaşım edib: “Müstəqillik Günü münasibətilə bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, hamıya möhkəm cansağlığı və xoşbəxtlik, Vətənimizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram!”    

Read More
Əsas səhifə 

Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət

Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. Milli Şura 10 gün Tiflisdə işlədikdən sonra Gəncəyə köçürüldü. Yalnız 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu tərəfindən Bakı daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü. Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın–kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli…

Read More
Əsas səhifə 

Cənubi Qafqazda formalaşmış yeni reallığın qəbulu – ŞƏRH

ABŞ Prezidenti Cozef Bayden Prezident İlham Əliyevə Azərbaycan xalqının Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.  Hətta məktubun sonunda belə bir fikir də yer alıb:  “Ən əsası isə biz Azərbaycan xalqı ilə tərəfdaşlığımızı inkişaf etdirməyi və əlaqələri möhkəmləndirməyi arzulayırıq”.  Bəri başdan qeyd edək ki, bu, rəsmi Vaşinqtonun Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycana verdiyi siyasi dəyərin ifadəsidir.  Çünki ABŞ aydın görür ki, güclü və inkişaf edən Azərbaycan həm də Xəzər dənizi regionunda sabitliyin və təhlükəsizliyin, Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan enerji layihələrinin reallaşdırılması və dayanıqlılığının təmin edilməsi baxımından mühüm…

Read More
Əsas səhifə 

Möhtəşəm 100 gün

Fevralın 14-də dövlətə və xalqa sədaqət andı içən cənab İlham Əliyevin növbəti müddət üçün prezidentlik fəaliyyətinə başlamasından 100 gün ötür. Yeni seçilmiş prezidentin fəaliyyətinin ilk 100 yüz gününün nəticələri isə onun dövlət rəhbəri kimi missiyasının qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu qiymətləndirmə istər dövlət, istərsə də hökumət başçısının gələcək fəaliyyətinin proqnozlaşdırılması ilə bağlı beynəlxalq prakitikada öz təsdiqini tapmış mühüm politoloji yanaşma hesab olunur.  Etimadın təcəssümü Növbədənkənar prezident seçkiləri azad, ədalətli, şəffaf, demokratik meyarlar çərçivəsində keçirilməklə ölkəmizin tarixinə növbəti mühüm siyasi-tarixi hadisə kimi həkk olundu. Ən əsası bu seçkidə möhtərəm…

Read More
Əsas səhifə 

Hədəflər reallığa çevrilir

Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan rayonlarına səfərləri Böyük Qayıdış Proqramının birinci mərhələsinin uğurlu sonluqla başa çatacağı barədə aydın təsəvvür yaratdı Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın  tarixi Zəfərimizdən dərhal sonra noyabr ayının 16-da  Füzuli və  Cəbrayıl rayonlarına, o cümlədən  Füzuli  və Cəbrayıl  şəhərlərinə səfərləri ilə  Böyük Qayıdış Proqramının icrasına start verildi. Cənab  İlham Əliyevin göstərişi əsasında Füzulidən Şuşaya yolun çəkilişinə başlanıldı. Layihənin icrasının gedişi ilə tanış olduqdan sonra  «Son illər ərzində ölkəmizdə bir çox yollar inşa edilib. Deyə bilərəm ki, 2004-cü…

Read More
Əsas səhifə 

Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır – ŞƏRH

Bölgə ilə bağlı məsələyə qeyri-regional ölkələrinin müdaxiləsi qəbuledilməzdir Mayın 19-da Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü olub. Görüş çərçivəsində iki ölkənin prezidentlərinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi də keçirilib.  Bu tədbirdə çıxış edən dövlətimizin başçısı Cənubi Qafqaz bölgəsi ilə bağlı məsələlərdən də söz açıb. İran ilə Azərbaycan arasında dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə qalxdığını, beynəlxalq təşkilatlarda, üzv olduqları təşkilatlarda bir-birini dəstəklədiyini və…

Read More
Əsas səhifə 

Ulu Qarabağ torpağı, dirçəlişin mübarək!

Tarix boyu Azərbaycan xalqı həmişə təqiblərə , zalım düşmənlərin zorakılığına , amansız hücumlara məruz qalmışlar. Lakin yenilməz qüvvə ilə həmişə ayağa durmağı bacaran bu xalq amansız hücumlara sinə gərmiş , öz milli mənliyini qoruyub saxlamağı bacarmışdır. Lakin XX əsrin sonu Azərbaycn xalqı üçün faciəli anlar gətirdi. Məkrli düşmən od saçan silahlarla minillik arzusunu həyata keçirə bildi . Azərbaycanın başının tacı -gözəlliklər diyarı cənnət Qarabağı xaincəsinə zəbt edə bildi. Xalq arasında alınmaz, toxunulmaz , əlçatmaz bir qala hesab olunan , Şah Qacarın, Teymurləngin ala bilmədiyi dağ başında qürurla dayanan Şuşa qalası…

Read More
Əsas səhifə 

Qalib xalq, qalib dövlət

Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev 30 il erməni işğalı altında saxlanılan torpaqlarımızı işğaldan azad etməklə Azərbaycanın yeni tarixini yazdı. Cəmi 44 gün ərzində 27 sentyabr – 10 noyabr Azərbaycan tarixinin şanlı səhifəsi oldu. Xalq Prezidentini tarix yazan Sərkərdə adlandırdı. 44 gün ərzində Ali Baş Komandanın qətiyyətli iradəsi, düşünülmüş əmrləri ilə uğurlu hərbi əməliyyatlar aparıldı, onun rəhbərliyi ilə Xalq-Dövlət-Ordu birliyi tarixi qələbə qazandı. Bu qələbəni biz şəhidlərimizin, qazilərimizin qanı, canı bahasına qazandıq. 44 günlük Vətən müharibəsində Azərbaycan həm döyüş meydanında, həm də xalqın Prezidentin ətrafında…

Read More
Əsas səhifə 

Cənubi Qafqazın təhlükəsizliyinin təminatçısı – ŞƏRH

Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri və səfər çərçivəsində işğaldan azad olunmuş Füzulidə, Şuşada olması, oradakı real vəziyyətlə yerində tanış olması çox böyük siyasi əhəmiyyət daşıyır. İlk öncə xatırlatmağa dəyər ki, Belarus Ermənistanın torpaqlarımızı işğalda saxladığı bir zamanda da mütəmadi olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Diqqətəlayiq bir məqam da budur ki, Belarus liderinin Azərbaycana növbəti səfəri Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə bərpa etdikdən sonrakı dövrə təsadüf etmişdir. Azərbaycanın bölgədə yeni geosiyasi reallıqlar yaratmış, iki ölkə arasındakı münasibətlər bölgədə yaranan reallıqlar dövründə yeni bir inkişaf mərhələsinə qədəm qoymuşdur. Belarus…

Read More
Əsas səhifə 

Azərbaycan ilə Belarus arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur

Azərbaycan ilə Belarus arasında münasibətlər dərin tarixi köklərə malikdir və hər iki ölkə müstəqilliyi əldə etməsi ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli Lider Heydər Əliyev beynəlxalq münasibətlərin, o cümlədən Belarusla strateji tərəfdaşlığın inkişafına böyük diqqətlə yanaşırdı. Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi sayəsində möhkəm ikitərəfli münasibətlər qurulmuşdur. Bu gün ölkə prezidentləri cənab İlham Əliyev və Aleksandr Lukaşenkonun səyləri nəticəsində Azərbaycan ilə Belarus arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib və qarşılıqlı fəaliyyətin geniş spektrini əhatə edir. Qarşılıqlı hörmət və anlaşma prinsipləri əsasında qurulan əlaqələr həm ikitərəfli, həm də…

Read More