Mehriban Əliyeva “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgidə iştirak edib – FOTO
Martın 17-də Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgi açılıb. AZƏRTAC xəbər verir ki, sərginin açılışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Respublikası Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin açılış mərasimində çıxış edərək Azərbaycan və Özbəkistan arasında əsrlərə söykənən dostluq və qardaşlıq münasibətlərinin xüsusilə son illər Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri əsasında uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Özbəkistan münasibətlərində mədəni əlaqələrin xüsusi yer tutduğunu qeyd edən Prezidentin köməkçisi ölkələrimizin mədəniyyət günlərinin uğurla təşkil…
Read More