Əsas səhifə 

Mehriban Əliyeva Anım Günü ilə əlaqədar paylaşım edib – FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 27 Sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib. ARANTV.AZ xəbər verir ki, paylaşımda “27 Sentyabr – Anım Günü” sözləri yazılıb: “Vətən uğrunda həlak olmuş qəhrəmanlarımızın əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır! Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.  

Read More
Əsas səhifə 

Prezidentin xalqa müraciətində dörd mühüm mesaj

Humanizm, qətiyyət, ermənilərin xilas yolu və regionda təməlli sülh! Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirlərində qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcək. Prezident qeyd edib ki, 20 sentyabr təxminən saat 13:00 radələrində antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa etmişdir: “Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər…

Read More
Əsas səhifə 

Prezident İlham Əliyev xalqa müraciət edib – YENİLƏNİB + TAM MƏTN + VİDEO

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. AZƏRTAC dövlətimizin başçısının müraciətini təqdim edib. Prezident İlham Əliyevin xalqa müraciəti: “Əziz həmvətənlər. Bildiyiniz kimi, dünən səhər erməni silahlı birləşmələrinin törətdikləri terror aktı nəticəsində 6 Azərbaycan vətəndaşı, onlardan ikisi mülki şəxs mina terrorunun qurbanı olmuşdur. Birinci dəfə deyil ki, bizə qarşı Ermənistan terror aktı törədir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur, ya da ki, ağır yaralanmışdır. Dünənki terror aktı bu sıradan olan hadisə idi. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən…

Read More
Əsas səhifə 

İlham Əliyev Xırdalan şəhərində tam orta məktəbin yeni binasının açılışında iştirak edib – YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də iki min şagird yerlik Xırdalan şəhər 11 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.   AZƏRTAC xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib.   Qeyd edək ki, bu məktəbin layihəsi Xırdalan şəhərinin ərazisindəki təhsil ocaqlarında şagird sıxlığı nəzərə alınaraq dövlətimizin başçısının tapşırıqlarına əsasən hazırlanıb və uğurla icra olunub.   Məktəb binasının tikintisinə 2021-ci ilin fevral ayında başlanıb və bu ilin sentyabr ayında başa çatdırılıb. Ən müasir avadanlıqla təchiz olunan funksional bina…

Read More
Əsas səhifə 

Bugünkü uğurlarımıza yol açan islahatların təməli məhz o illərdə qoyuldu

Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin Sədri kimi gördüyü işlərin xronologiyası bu fikri böyük əminliklə söyləməyə əsas verir Dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq 2023-cü ilin «Heydər Əliyev İli» elan edilməsi dahi şəxsiyyətin fəaliyyətinin hər bir mərhələsinin daha geniş şəkildə təqdimatında əhəmiyyətli rol oynayır. Bütün dövrlərdə əsas hədəf Azərbaycanı zirvələrdə görməkdir. Dahi şəxsiyyət Heydər Əliyevin «Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!» çağırışı onun Vətən, torpaq, xalq sevisini nümayiş etdirir. Müstəqillik tariximizin ayrı-ayrı dövrlərini tarixi paralellər əsasında təhlil etdikdə bu fikri böyük…

Read More
Əsas səhifə 

Prezidentin Laçındakı bu görüntüləri gündəm oldu – VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın Laçın Şəhəri Günü bayram şənliklərində iştirak ediblər. ARANTV.AZ  xəbər verir ki, onlar bayram şənliklərində təşkil olunan sərgilərlə tanış olub, sənətkarlıq nümunələrinə baxıb, tamaşalar izləyib, tədbir iştirakçıları ilə söhbət ediblər. Diqqətçəkən məqam isə uşaqların sevinci olub. Belə ki, onlar Prezident və xanımını görən kimi, sevincək onların üzərinə qaçıblar. Həmin görüntüləri təqdim edirik:  

Read More