XII Qlobal Bakı Forumunda müzakirə edilən məsələlər dünyada sülhün təşviqinə töhfə verəcək
Mart ayının 13-də ölkəmiz daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edib. Bakıdakı Gülüstan sarayında Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi”nə mövzusunda XII Qlobal Bakı Forumu öz işinə başlayıb. Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Mərkəzin təşkil etdiyi tədbirlərə marağın ildən-ilə artmasi da məhz bunun məntiqi nəticəsidir. Qlobal Bakı Forumu geniş fikir müxtəlifliyini təmsil edən insanları neytral və mehriban bir…
Read More