Əsas səhifə 

2022-ci ilin diplomatik mənzərəsi, yaxud əsas rəqibimiz zamandır! – TƏHLİL / VİDEO

Artıq yola saldığımız 2022-ci il həm regional, həm də beynəlxalq müstəvidə mühüm hadisə və proseslərlə yadda qaldı. Ötən il Azərbaycan üçün uğurlu olmaqla yanaşı, ölkəmizin qarşısında yeni perspektivlərin açılması ilə də xarakterikdir. Çünki həm daxili arenada, həm də beynəlxalq müstəvidə görülən işlər – siyasi, iqtisadi, diplomatik addımlar əsas hədəfə – qalib Azərbaycanın milli gücünün və nüfuzunun artmasına, tarixi Zəfərin daimi prosesə çevrilməsinə xidmət etdi və mühüm nəticələr verdi. Bütün müstəvilərdə olduğu kimi, diplomatik cəbhədə də mühüm uğurlara imza atdıq. Azərbaycanın strateji tərəfdaşlıq və dostluq münasibətləri inkişaf etdi, ənənəvi tərəfdaşlarla əlaqələri,…

Read More
Əsas səhifə 

Ümummilli lider Heydər Əliyevin ideyaları daim qalib gəlir

2023: «Heydər Əliyev İli» Zəngin liderlik potensialına malik dahi Prezident İlham Əliyevin Sərəncamına əsasən 2023-cü ilin respublikada «Heydər Əliyev İli» elan edilməsi Ulu Öndərə ümumxalq ehtiramının ifadəsidir. Həmin Sərəncama uyğun olaraq Ulu Öndərin həyatı, siyasi fəaliyyəti , göstərdiyi fədakarlıqları, Azərbaycan xalqına tarixi xidmətləri ilə bağlı Tədbirlər Planı hazırlanır. Plana əsasən «Heydər Əliyev İli»nin dünyanın müxtəlif ölkələrində qeyd edilməsi ilə bağlı təkliflərin səslənməsi də  təsadüfi deyil.  Müasirləri arasında  böyük şəxsiyyət kimi tanınan, siyasi irsi nəsillərə nümunə olan Ulu Öndərin təkcə keçmiş sovetlər məkanında deyil, dünya siyasətçiləri arasında böyük nüfuza malik olması müdrik…

Read More
Əsas səhifə 

Yeni ilə yeni qələbə ilə…

Azərbaycanın Fransanı elə öz meydanında diplomatik məğlubiyyətə uğratması bütün ermənipərəstlərə gözdağı olmalıdır Yola saldığımız 2022-ci ilin sonları Azərbaycanın növbəti diplomatik qələbəsi, Ermənistanın və ermənipərəst Fransanın isə rüsvayçı məğlubiyyəti ilə yadda qaldı. Hər iki düşmən ölkənin birləşərək Qarabağdakı milli sərvətlərimizin erməni quldurları tərəfindən talanmasına, ekologiyamıza qarşı törədilən barbarlıq aktlarına etiraz məqsədilə Azərbaycanın qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələrinin, ekofəalların, eləcə də könüllülərin iştirakı ilə Laçın yolunda keçirilən aksiyaları BMT Təhlükəsizlik Şurasının (TŞ) üzvlərinə “yolun bağlanması”, “humanitar böhran” kimi sırımaq, dünya ictimaiyyətini aldatmaq cəhdləri yenə də uğursuzluqla yekunlaşdı. TŞ-də dekabrın 20-21-dən başlanan müzakirələrdə…

Read More
Əsas səhifə 

İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib – FOTO/VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib. ARANTV.AZ xəbər verir ki, paylaşılan fotonun üzərində “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!” sözləri yazılıb.  

Read More
Əsas səhifə 

İlham Əliyev Bakıda Mərkəzi Parkın ikinci hissəsinin açılışında iştirak edib – YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 30-da Bakıda Mərkəzi Parkın ikinci hissəsinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına Bakının Yasamal rayonu ərazisində yerləşən parkda görülən işlər barədə məlumat verilib. Bildirilib ki, paytaxtın keçmiş “Sovetski” adlanan ərazisində yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və abadlıq işlərinə 2013-cü ilin noyabr ayında başlanılıb. Avstriyalı memar Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın salınmasında məqsəd Bakının simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətini müasir xidmətlərə uyğun təşkil etməkdir. Layihənin ən mühüm xüsusiyyətlərindən biri İsmayıl bəy Qutqaşınlı küçəsindən Mərkəzi Banka qədər olan ərazidə piyadalara yol keçmədən…

Read More
Əsas səhifə 

Ulu Öndər Heydər Əliyev Azərbaycanı kosmik ölkə kimi görürdü

Ölkəmiz tarixən kainatın və səma cisimlərinin Yerin təbiətinə və insan həyatına təsirini öyrənən elmi-fəlsəfi cərəyanların mərkəzində olub, Şərq elmi məktəbinin Nəsrəddin Tusi kimi dahi nümayəndələrini yetişdirib, bu sahədə elmi kitabxana və rəsədxanaların qurulmasına, fəaliyyətinə şahidlik edib. Ötən əsrin 70-ci illərində keçmiş SSRİ məkanında artıq kosmonavtika sahəsində mühüm nailiyyətlər əldə edilmiş, ilk kosmonavtlar nəsli formalaşmış, Yerin və yerətrafı fəzanın tədqiqi ilə bağlı çoxsaylı müşahidələr aparılmışdı. Həmin dövrdə dünyada Yerin təbii ehtiyatlarının və ətraf mühitin vəziyyətinin kosmik vasitələrlə daha operativ və qlobal miqyasda öyrənilməsi məsələləri ön plana çəkilirdi. Kosmik sahənin insanları hələ…

Read More