Əsas səhifə 

Azərbaycanın Birinci vitse-prezidenti Əminə Ərdoğana başsağlığı verib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğana başsağlığı verib. Başsağlığıda deyilir: “Hörmətli Əminə xanım, İstanbul şəhərində baş vermiş partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”.

Read More
Əsas səhifə 

Mehriban Əliyeva Dənizkənarı Milli Parkdakı bayram konserti ilə bağlı paylaşım edib – VİDEO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Instagram” hesabında Dənizkənarı Milli Parkdakı bayram konserti ilə bağlı paylaşım edib. ARANTV.AZ xəbər verir ki, Birinci vitse-prezidentin “Instagram” səhifəsindəki paylaşımda deyilir: “Möhtəşəm! Əziz həmvətənlər, bir daha hər birinizi ürəkdən təbrik edirəm!”  

Read More
Əsas səhifə 

İlham Əliyev Şuşada hərbçilər qarşısında çıxış etdi – YENİLƏNİB + CANLI YAYIM

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı hərbçilər qarşısında çıxış edib. Prezident İlham Əliyevin çıxışı “Əziz hərbçilər. Mən sizi və bütün Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edirəm. İlk növbədə, xahiş edirəm ki, Vətən uğrunda həlak olmuş qəhrəman şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək”. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Prezident İlham Əliyev: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Alınmaz qala sayılan Şuşanı iki…

Read More
Əsas səhifə 

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! FOTO

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında olublar. ARANTV.AZ  xəbər verir ki,  dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib. Əvvəlcə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdilər. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoydu. Azərbaycanın…

Read More
Əsas səhifə 

8 Noyabr – Zəfər Günüdür

Bu gün Azərbaycanda 8 Noyabr – Zəfər Günüdür. ARANTV.AZ xatırladır ki, Prezident İlham Əliyev 2020-ci ilin dekabrın 2-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” Sərəncam imzalamışdı. Sərəncama əsasən, Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 10-nun Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdı. Amma bir gün sonra, dekabrın 3-də Prezident 2 dekabr tarixli sərəncama dəyişiklik etdi. Prezident İlham Əliyev noyabrın 10-nun Türkiyədə Mustafa Kamal Atatürkün anım günü olduğunu nəzərə alaraq, Zəfər Gününün tarixinin dəyişdirilməsi barədə qərar qəbul etdi. Dəyişiklikdə bildirildi ki, Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsi münasibətilə hər…

Read More
Əsas səhifə 

Şuşanın azad edilməsindən iki il keçir – FOTO/VİDEO

Bu gün Şuşa şəhərinin Ermənistanın işğalından azad edilməsindən iki il keçir. ARANTV.AZ  xatırladır ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2020-ci ilin noyabrın 8-də Şəhidlər xiyabanından xalqa müraciət edib. Prezident müraciətində Şuşa şəhərinin azad olunduğunu elan edib. Şuşa şəhərinin azad edilməsi əməliyyatı Azərbaycanın ordu birliklərinin koordinasiyalı işi sayəsində peşəkar şəkildə həyata keçirilib. Ordu bölmələrinin bir hissəsi Daşaltı istiqamətində cəmləşdiyi zamanda Azərbaycan xüsusi təyinatlı qüvvələri çətin yollardan keçərək, qayaları dırmaşaraq Şuşa şəhərinə daxil olublar. Şuşadakı döyüşlərdə erməni hərbçiləri məhv ediliblər və şəhərə Azərbaycan bayrağı sancılıb. Şuşanın azad olunması əməliyyatı hərbi institutların…

Read More
Əsas səhifə 

Prezident İlham Əliyev bir qrup şəhid hərbçini təltif edib – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Prezident.az-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları ölümündən sonra təltif ediliblər: “Azərbaycan Bayrağı” ordeni ilə Qurbanov Saleh Mühübbət oğlu – kapitan Mehbalı Fərid Kəmaləddin oğlu – kapitan Babayev Vüsal Sübbuh oğlu –…

Read More
Əsas səhifə 

Azərbaycan öz inkişafın yeni mərhələsinə qədəm qoyur

30 il müddətində ağrılı-acılı,qan yaddaşımız olan Qarabağımızın geri qayıdışı Azərbaycan tarixində “Zəfər tarixi” kimi yazıldı. Azərbaycanın Ali Baş Komandonu İlham Əliyevin əmri və Azərbaycanın Rəşadətli ordusu sayəsində bu həsrətə son qoyuldu. İşğalçı,təcavüzkar Ermənistan ordusunun 27 sentyabr 2020-ci ildə Azərbaycana qarşı hərbi təcavüzü 44 günlük müharibənin başlamasına zəmin yaratdı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla,…

Read More