Əsas səhifə 

Azərbaycanın dinamik inkişaf edən beynəlxalq əlaqələri – Afrika ölkələri ilə əməkdaşlıq yeni müstəvidə

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq birliyin bütün üzvləri, o cümlədən Afrika ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda əlaqələr qurmaq istiqamətində mühüm addımlar atıb. Təsadüfi deyil ki, 1992-2012-ci illərdə Azərbaycan qitənin əksər dövlətləri ilə diplomatik münasibətlər qurmağa nail olub. ARANTV.AZ AZƏRTAC-a istinadla Azərbaycanın Afrika ölkələri ilə əlaqələrinin inkişaf dinamikasına qısa nəzər salır. İkitərəfli siyasi münasibətlər Afrika ölkələri ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları mövcud potensialdan daha genişdir. Ölkəmizin qlobal və regional miqyasda artan nüfuzu, iqtisadi potensialı və gücü, eləcə də Prezident İlham Əliyevin nüfuzlu Lider kimi yürütdüyü…

Read More
Əsas səhifə 

Azərbaycan-Pakistan: dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan müttəfiqlik münasibətləri

Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Ölkələrimiz arasında illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətlərinin bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu münasibətlərin daha da inkişaf etdirilərək bugünkü səviyyəyə çatmasında isə Prezident İlham Əliyevin misilsiz xidmətləri var. Pakistan hər zaman Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyərək Ermənistanın təcavüzünü daim pisləmiş, işğalçı ölkəni rəsmən tanımamış və diplomatik əlaqələr qurmamışdır. 2012-ci ildə Pakistan Senatının Xarici Əlaqələr Komitəsi, 2017-ci ildə Milli Assambleyasının Xarici İşlər Komitəsi Xocalı Soyqırımını tanıyan və Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul etmişdir. Pakistanın dövlət və hökumət…

Read More
Əsas səhifə 

Ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək səfər

Azərbaycana gəlmiş Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz Şərifi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev  24 fevral 2025-ci ildə geniş heyətdə qəbul etmişdir. Görüş zamanı Dövlətimizin Başçısı Pakistanın Baş nazirinin ölkəmizdə qəbul etməsindən məmnun olduğunu bildirdi. Cənab Prezident İlham Əliyev qeyd etdi ki, bu səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə…

Read More
Əsas səhifə 

Sarsılmaz güc və qürurun simvolu – Azərbaycan-Pakistan əlaqələri

Son otuz ildə Azərbaycan və Pakistan hökumətləri arasında möhkəm dostluq əlaqələri inkişaf edərək strateji tərəfdaşlığa çevrilib Bu tərəfdaşlıq müxtəlif beynəlxalq məsələlər üzrə anlaşmaya və qarşılıqlı etimada əsaslanır. Pakistan Azərbaycanın dostudur. Bunu birmənalı olaraq vurğulamaq olar. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq Bakı-İslamabad əlaqələri yüksək səviyyədə davam edib. Ölkələrimiz arasında tez-tez yüksək səviyyəli səfərlər baş tutur ki, bu da ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirir. Prezident İlham Əliyevin ötən il iyulun 11-12-də Pakistana dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından…

Read More
Əsas səhifə 

Siyasi, iqtisadi, hərbi sahələrdə genişlənən əməkdaşlıq – Azərbaycan-Pakistan

Ölkələrimiz arasındakı münasibətlər oxşar tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan Pakistanın ölkəmizlə səmimi münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq edən qardaş ölkələr müzakirə olunan məsələlərə eyni mövqedən münasibət bildirirlər. Nyu-Yorkda keçirilmiş BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) 2025-2027-ci illər üzrə üzvlüyünə seçkilərdə Azərbaycan Respublikasının namizədliyinin, 2023-cü il yanvarın 24-də Daşkənddə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Şuşa şəhərinin 2026-cı ildə İƏT-in Turizm paytaxtı elan edilməsi üçün irəli sürülmüş təşəbbüsün, BMT-nin İnsan Hüquqları Şurasının…

Read More
Əsas səhifə 

“Fotoda görünməyənlər keçsinlər qabağa” – Prezidentin onlarla səmimi dialoqu – VİDEO

Xəbər verdiyimiz kimi, ötən günlərdə Prezident İlham Əliyev Qarabağa səfər edib. ARANTV.AZ xəbər verir ki, AzTV Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Qarabağa səfərindən yeni görüntülər yayımlayıb. Lentə alınan görüntülərdə ölkə başçısının Xankəndi tikiş fabrikində çalışanlarla maraqlı söhbəti əks olunub. Sözügedən kadrları təqdim edirik:

Read More
Əsas səhifə 

Qarabağ və Şərqi Zəngəzur bölgələri dirçəlir

Prezident İlham Əliyevin Ağdama, Xankəndiyə səfəri zamanı istifadəyə verilən obyektlər, Xocalı rayonunun Ballıca kəndinin yeni büsatı Böyük Qayıdış Proqramının uğurlu həllinin nəticəsidir İkinci Qarabağ müharibəsində, ondan sonrakı dövrdə Ermənistana havadarlıq edən Qərbin özü can üstündədir. Cənubi Qafqazda möhkəmlənmək naminə yeritdikləri beynəlxalq hüquqa zidd siyasətləri, qeyri-qanuni müdaxilələri, «humanitar yardımları» ilə rəsmi İrəvana hərbi texnikalar, silah-sursatlar göndərənlərin bütün cəhdləri iflasa uğradı. Havadarlarının öyrətmələrinə uyğun «Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”» deyən Ermənistan baş naziri Nikol Paşinyan kapitulyasiya aktını imzalamaqla Qarabağın Azərbaycan torpağı olduğunu təsdiqləsə də hələ də sözünə əməl etməyə qətiyyəti çatmır.…

Read More
Əsas səhifə 

Biz özümüzü daxili işlərə müdaxilədən qorumağa müvəffəq olduq

Dövlət başçısı İlham Əliyev bildirir ki, əgər hər bir ölkə diqqətini, sadəcə, öz gündəminə yönəltsə, başqa ölkənin işlərinə müdaxilə etməyə çalışmasa, münaqişələr, narazılıqlar, müharibələr olmaz Bu gün Azərbaycan milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Bu mühüm məqamı daim qeyd edirik ki, tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. Müstəqilliyimizin bərpasının ilk illəri tariximizə qaranlıq səhifə…

Read More
Əsas səhifə 

Birinci vitse-prezidentlik institutu çevik, effektiv, funksional təsisat olaraq çoxşaxəli fəaliyyət həyata keçirir

Suveren Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı yeni reallıqlar zəminində ölkə modern inkişaf xəttinə yönəlik strateji yolu seçib. Azərbaycanda məhz daxili ictimai-siyasi sabitlik və vətəndaş həmrəyliyi mövcuddur. XXI əsrin üçüncü onilliyində respublikanın inkişaf mənzərəsi Prezident İlham Əliyev siyasi iradəsindən və praqmatizmindən irəli gələn “Güclü Azərbaycan” modeli paradiqması ilə yeni innovativ tərəqqini gerçəkləşdirən islahatlarla səciyyələnən reallıqlardır. Konstitusiyaya, həmçinin 2020-ci il Vətən müharibəsinin Zəfərlə bitməsindən sonra postmüharibə dövrünün tələblərinə uyğun ardıcıllıqla həyata keçirilən yeniliklər də çoxşaxəlidir. XXI əsr dünyanın dəyişən yeni nizamında dövlət, dövlətçilik institutunda idarəetmə metod və formaları da oxşar və fərqlidir.…

Read More
Əsas səhifə 

“Maşallah, sənin də yumruğun yaxşıdır” – Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndinə səfər edib və burada sakinlərlə görüşüb. “Qafqazinfo”nun məlumatına görə, sakinlərlə görüş zamanı maraqlı və olduqca səmimi anlar yaşanıb. Belə ki, sakinlərdən biri dövlət başçısını salamlayaraq, “Allah Sizi qorusun. Ali Baş Komandan, “dəmir yumruq” buradadır” deyib. Prezident İlham Əliyev isə gülərək “Maşallah, sənin də yumruğun yaxşıdır”- deyə cavab verib. Həmin anın videosunu təqdim edirik:

Read More