Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Əsas səhifə

Sarsılmaz güc və qürurun simvolu – Azərbaycan-Pakistan əlaqələri

By Vüsal Rafiqoğlu
26.02.2025 3 Min Read

Son otuz ildə Azərbaycan və Pakistan hökumətləri arasında möhkəm dostluq əlaqələri inkişaf edərək strateji tərəfdaşlığa çevrilib

Bu tərəfdaşlıq müxtəlif beynəlxalq məsələlər üzrə anlaşmaya və qarşılıqlı etimada əsaslanır. Pakistan Azərbaycanın dostudur. Bunu birmənalı olaraq vurğulamaq olar. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq Bakı-İslamabad əlaqələri yüksək səviyyədə davam edib.

Ölkələrimiz arasında tez-tez yüksək səviyyəli səfərlər baş tutur ki, bu da ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirir. Prezident İlham Əliyevin ötən il iyulun 11-12-də Pakistana dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edib. Səfər zamanı Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşlər keçirmişdi. Həmçinin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15 sənədin mübadiləsi Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazasını daha da genişləndirib. Azərbaycan ilə Pakistan arasındakı iqtisadi-ticari əlaqələr strateji xarakter daşıyır və hər iki ölkənin hökumətləri bu sahədə əməkdaşlığı daha da genişləndirmək üçün ciddi səylər göstərir. Nazirlər Kabinetinin Qərarına əsasən, Pakistan İslam Respublikasından idxal edilən həmin ölkə mənşəli düyü 31.12.2027-ci il tarixinədək idxal gömrük rüsumundan azad edilib.

Azərbaycan və Pakistan, həmçinin D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdırlar. Bu qurum çərçivəsində yeni iqtisadi təşəbbüslərin reallaşdırılması, birgə layihələrin həyata keçirilməsi, regional bazarlara çıxış imkanlarının genişləndirilməsi müzakirə edilir. Hər iki ölkə bu əməkdaşlıq sayəsində ticarət dövriyyəsini artırmaq və iqtisadi əlaqələri daha da möhkəmləndirmək niyyətindədir.

Pakistan Azərbaycana qarşı hərbi təcavüzə etiraz əlaməti olaraq bu günədək Ermənistanla diplomatik münasibətlər qurmayıb. 44 günlük Vətən müharibəsi zamanı Pakistan Azərbaycanın haqq işini daim dəstəkləyib, Azərbaycan Ordusunun işğal olunmuş əraziləri azad etməsini böyük ruh yüksəkliyi ilə alqışlayıb. Müharibədən az sonra Azərbaycana səfər edən Pakistan Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Caved Bacvanın “Azərbaycanın Qarabağ müharibəsində qələbəsi və öz ərazi bütövlüyünü bərpa etməsi hər bir müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisədir” – deməsi, ümumilikdə, Pakistanın Azərbaycana münasibətini tam şəkildə açıqlayır. Dünya miqyasında ədalətli mövqeyin müdafiəsi kontekstində Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın mənəvi-siyasi dəstəyi Azərbaycan üçün böyük əhəmiyyət kəsb edirdi. 44 günlük müharibə zamanı üçtərəfli format güc sınağından uğurla çıxaraq özünü həqiqi dostların ittifaqı kimi təsdiqlədi. Bu dəstək müharibədən sonrakı dövrdə də  davam edir. Türkiyə və Pakistan işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi və burada genişmiqyaslı bərpa işlərinin aparılması üçün Azərbaycana lazımi kömək göstərir. Bir sözlə, Bakı ilə İslamabad arasında müttəfiqlik əlaqələrinin qurulması, həmrəylik, ikitərəfli səmimi qardaşlıq və dostluq əlaqələrinin genişləndirilməsi ölkələrimizin həyati maraqlarına cavab verir. İqtisadi sahədə də əlaqələrin inkişafı üçün ciddi potensial var. Hazırda iki ölkə hökumətləri ticarət, investisiya, sənaye, enerji, nəqliyyat və nəqliyyat dəhlizlərinin praktiki məsələləri ilə məşğuldurlar. İkitərəfli ticarətin və birgə investisiyaların genişləndirilməsi istiqamətində planlar ardıcıl şəkildə həyata keçirilir.

Pakistanın Baş naziri Şahbaz Şərif fevralın 24-də Azərbaycana iki günlük səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı tərəflər ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlığı müzakirə ediblər. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Pakistana sərmayələr qoyacağının anonsunu da verib. “Əminəm ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik”, deyə dövlət başçısı bildirib. Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də Prezident İlham Əliyevin Pakistana son səfərinin iki ölkə arasında əlaqələri böyük dərəcədə gücləndirdiyini qeyd edib. “Pakistan xalqı səfəriniz zamanı çox sevindi və məmnun oldu. Düşünürəm ki, Azərbaycan və Pakistan xalqlarının ürəyi bir döyünür. Mən bunu tam səmimi qəlbdən söyləyirəm. Siz hər zaman Pakistanın böyük dostu olmusunuz. Siz Pakistan xalqını sevirsiniz” – Baş nazir deyib. Daha sonra Azərbaycan və Pakistan liderləri imzalanmış sənədlərin mübadilə mərasimində iştirak ediblər. İki ölkənin dövlət neft şirkətlərinin rəhbərləri, həmçinin xarici işlər nazirləri, Anlaşma memorandumlarını mübadilə ediblər. Neft şirkətləri arasında bağlanmış memorandumların bəziləri mayeləşdirilmiş təbii qazın və neft məhsullarının alqı-satqısını əhatə edir.

Pakistanın dövlət mediasında yer alan məlumata görə, iki ölkə ticarət, təhlükəsizlik və enerji sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər və aprel ayında 2 milyard dollarlıq müqavilələr imzalayacaqlarını açıqlayıblar. Məhəmməd Şahbaz Şərif bazar ertəsi imzalanan Anlaşma memorandumlarının və bu ilin aprelində imzalanacaq sazişlərin gələcəkdə çox yaxşı dividendlər əldə etmək üçün “səmimi səylərimizi təşviq etməyə böyük təsir göstərəcəyinə” əminliyini ifadə edib.

Baş nazir bildirib ki, həm Pakistan, həm də Azərbaycanın müdafiə sahəsində əlaqələrini daha yüksək səviyyəyə çatdırmaqlarının vaxtıdır: “Müdafiə avadanlığının birgə istehsalına başlamaq öhdəliyinin də geniş təsirləri olacaq”. Prezident İlham Əliyev də öz çıxışında mühüm ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirə edildiyini, Pakistan ilə Azərbaycan arasında sıx tərəfdaşlıq əlaqələrinin olduğunu vurğulayıb. “Biz bundan sonra da bütün beynəlxalq məsələlərdə, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü ilə bağlı bir-birimizi dəstəkləyəcəyik,” – deyə Prezident bildirib.

Sevinc Azadi. “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Siyasi, iqtisadi, hərbi sahələrdə genişlənən əməkdaşlıq – Azərbaycan-Pakistan

Next

Xocalı soyqırımı: Qəddarlığın dəhşətli səhifəsi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv