Sosial Xidmətlər Agentliyi Bakıda sağlamlıq imkanları məhdud 100-dən çox uşağa səyyar formada reabilitasiya xidmətləri göstərir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyinin ötən il başladığı xidmət çərçivəsində hazırda sağlamlıq imkanları məhdud 110 uşaq səyyar formada (evlərində) reabilitasiya xidmətləri ilə təmin olunur. Onlar daun sindromlu, uşaq serebral iflici, eşitmə məhdudiyyətli, hidrosefaliya, mikrosefaliya, sağ və sol yuxarı ətrafların inkişaf geriiliyi olan 6 yaşadək uşaqlardır. Agentliyin psixoloq, pedaqoq, sosial…