Cəmiyyət 

Xəzərlə bağlı HƏYƏCAN TƏBİLİ – Kütləvi şəkildə ÖLÜRLƏR

Xəzər dənizinin Qazaxıstan sahillərində aşkar edilən ölü suitilərin sayı artıq 300-ə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə “Kazinform” agentliyi məlumat yayıb.

“Qazaq Balyk” Respublika Balıq Təsərrüfatı və Akvakultura Assosiasiyasının Manqistau vilayət filialının direktoru Daniyar Akimjanov bildirib ki, monitorinqlər zamanı son iki gündə daha 37 suiti cəsədi tapılıb. Bu gün isə Qaraqiya rayonunun Tokmak sahili yaxınlığında daha 20 suitinin tələf olduğu məlum olub. Ümumilikdə, aprelin 17-dən bu günə qədər sahil zolağında 300-ə yaxın suiti cəsədi qeydə alınıb.

Ekspert qeyd edib ki, tələf olan heyvanların real sayı rəsmi rəqəmlərdən xeyli çoxdur. O, kütləvi tələfatın səbəbini ekosistemdə baş verən dəyişikliklərlə əlaqələndirir. Hazırda aidiyyəti qurumlar və yerli icra hakimiyyəti orqanları ilə birlikdə cəsədlərin utilizasiyası istiqamətində işlər aparılır.

Xatırladaq ki, bir müddət əvvəl Dağıstanda alimlər Xəzər suitilərinin populyasiyasını öyrənmək və qorumaq məqsədilə araşdırmalara başlamışdılar. Dağıstan Dövlət Universitetinin mütəxəssisləri son illərdə dəniz məməlilərinin kütləvi ölümünə səbəb olan virusu müəyyənləşdirmək üçün minlərlə ölü quşdan nümunələr götürüblər.

Daha çox xəbərlər