Dmitri Peskov: “Kreml miqrantların konfliktlərini vacib problem kimi görmür”

“Kremldə miqrantların konfliktlərinə vacib problem kimi baxılmır”. Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Konfliktlər olub və həmişə olacaq. Onlar bütün ölkələrdə olduğu kimi bizdə də var. Əgər bu konfliktlər mövcud qanunvericiliyin pozulması ilə əlaqədardırsa, o zaman miqrasiya xidmətləri və müvafiq orqanlar tədbir görürlər”, – deyə D.Peskov bildirib. Mənbə: Gazeta.ru

Daha çox ..

İlham Əliyev YAP-ın qurultayında tarixi qələbədən DANIŞDI

Yeni Azərbaycan Partiyasının VI qurultayından ötən üç il ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olub. Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş verib və təbii ki, onların arasında ən mühümü ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi…

Daha çox ..

Zəngəzur dəhlizinin bərpası ilə regional sabitlik təmin ediləcək

Azərbaycanla İran İslam Respublikası arasında qonşu ölkənin ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması ölkəmizin növbəti təşəbbüsü olmaqla geostrateji müstəvidə yeni reallıqlar yaradır Ermənistanın işğalından azad edilən ərazilərdə aparılan yenidənqurma, bərpa-quruculuq işləri barədə açıqlama verən Prezident İlham Əliyev infrastruktur və nəqliyyat layihələrinin əhəmiyyətindən…

Daha çox ..

İran səfirinin Kəlbəcərə “baxışı”: İrəvan Tehranın ətəyindən yapışıb dikəlmək istəyir – TƏHLİL

Azərbaycan torpaqları 30 il işğalda qaldığı müddətdə Tehranın mövqeyini oxumaq nə qədər çətin idisə, postmüharibə dövründəki regional siyasəti də bir o qədər şifrəlidir. Daha doğrusu ikibaşlıdır desək yanılmarıq, siyasi kursu şifrəli edən də elə onun ikili standartının nəticəsidir. İran işğal periodunda diplomatik bəyanatlarla sülhün və təhlükəsizliyin tərəfdarı olduğunu bildirirdisə, digər tərəfdən Ermənistanın işğalın güclənməsinə hədəflənən…

Daha çox ..

Bakıda qardaş bacısını bıçaqladı – VİDEO

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. ARANTV.AZ  xəbər verir ki,  Naximov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əhmədova Əfsanə qısqanclıq zəminində qardaşı tərəfindən bıçaqlanıb. Ə.Əhmədova Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Əfsanənin qardaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. oxu.az

Daha çox ..

Bakıda tikinti evi qəzalı vəziyyətə salıb, “yaşayış təhlükəlidir” rəyi verilib – FOTO

Paytaxtın Binəqədi rayonu ərazisində məktəb binasının tikintisi bir sıra problemlərə yol açıb. Belə ki, ərazidə aparılan tikinti işləri zamanı yaxınlıqda yerləşən yaşayış evinə ciddi ziyan dəyib. Bu barədə Oxu.Az-a Binəqədi rayonu, 2-ci Mədən, korpus 93, 61 ünvanında yerləşən ziyan dəymiş evin sakini bildirib. Sözügedən ünvanda yerləşən ev Kamilə Kərimovaya məxsusdur. Tikinti şirkətindən şikayətçi isə onun…

Daha çox ..

ABŞ dövlət katibi Türkiyədə səfərdədir – VİDEO

ABŞ-nin dövlət katibi Antoni Blinken Türkiyədə səfərdədir. Bu barədə İHA məlumat yayıb. Bildirilib ki, dövlət katibi və heyəti Qəzzadakı vəziyyəti müzakirə etmək üçün Türkiyə və Yunanıstanı əhatə edən turne çərçivəsində İstanbula gəlib. Agentliyin məlumatına görə, diplomatın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla görüşü gözlənilir.  

Daha çox ..

Azərbaycanın bütün rayonlarının su pasportları hazırlanır

Azərbaycanın bütün rayonlarının su pasportları hazırlanır. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, bunu “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, həmin pasportlarda suyun keyfiyyəti, əhalinin sayı, su təchizatı və sair parametrlər öz əksini tapacaq. Q.Hüseynov bildirib ki, hazırda 50-dən çox regionda su təminatının yaxşılaşdırılması ilə…

Daha çox ..

Sabahın hava proqnozu AÇIQLANDI

Aprelin 19-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə duman olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi günün birinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 8-12, gündüz 13-18,…

Daha çox ..