Cəmiyyət 

Ötən dörd ayda proaktiv qaydada pensiya təyinatı aparılanların sayı açıqlanıb

Bu ilin yanvar-aprel ayları ərzində 17 min 500-dən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onların 54,86 faizini kişilər, 45,14 faizini isə qadınlar təşkil edib.

Daha çox xəbərlər