Bakıda qardaş bacısını bıçaqladı – VİDEO
Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.
ARANTV.AZ xəbər verir ki, Naximov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Əhmədova Əfsanə qısqanclıq zəminində qardaşı tərəfindən bıçaqlanıb.
Ə.Əhmədova Sabunçu rayon 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.
Əfsanənin qardaşı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
oxu.az

