Manset 

Arılar avtomobildə nəhəng yuva qurdu – VİDEO

ABŞ-ın Ohayo ştatının Allayans şəhərində “Şevrole” markalı köhnə avtomobildə arı yuvası aşkar edilib.

ARANTV.AZ  xəbər verir ki, bununla bağlı “Fox 8” məlumat yayıb.

Həşəratlardan qurtulmaq üçün avtomobil sahibi dezinfeksiya idarəsinə müraciət edib. Mütəxəssis bu nəhəng yuvanı lentə alıb və “Facebook” hesabında paylaşıb.

Avtomobilə yaxınlaşmazdan əvvəl isə mütəxəssis üçqatlı qoruyucu kostyum geyinib və xüsusi əlcəklər taxıb.

oxu.az

Daha çox xəbərlər