Qara dənizdə ekoloji böhran – Tanker qəzası
Qara dənizin Odessa sahillərində neft daşıyan tanker qəzaya uğrayıb.
ARANTV.AZ-ın məlumatına görə, quma outran tankerdən neft sızması nəticəsində Qara dənizdə ekoloji böhran dərinləşir. Bu barədə Krım-Qara dəniz vilayətinin rəsmisi Nikolay Qavrikov məlumat verib. O, qeyd edib ki, neft sızmasına görə, Odessa körfəzində ekoloji vəziyyət getdikcə pisləşir.
“Dumskaya” qəzeti isə bildirir ki, tankerin ətrafındakı suyun tərkibində olan neft məhsulları normadan 90 dəfə çoxdur.
Qeyd edək ki, Moldaviya bayrağı altında üzən tanker Odessa sahillərində qəzaya uğrayıb. Tanker “Delfin” çimərliyinin bir kilometrliyində suya oturub.Sonxeber.az

