Dünya 

Polis bölməsinin qarşısında partlayış – Ölən və yaralananlar var

Kolumbiyada polis bölməsinin yaxınlığında partlayıcı maddələrlə doldurulmuş yük maşını partladılıb.

ARANTV.AZ  unikal.org-a istinadən verdiyi məlumata görə, hadisə Santander-de-Kiliçao şəhərində baş verib. Partlayış nəticəsində 3 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.

Xəbərdə bildirilir ki, güclü partlayışdan yaxınlıqdakı binalar ziyan görüb.

Hazırda insidentin digər təfərrüatları barədə məlumat verilmir.

Daha çox xəbərlər