Manset 

BƏRDƏ RAYONUNDA DAXİLİ SABİTLİK ETİBARLI TƏMİN OLUNUR.

Azərbaycanda dövlətçiliyin qorunması, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin mühafizəsi sahəsində Bərdə rayon Polis Şöbəsi şəxsi heyətinin böyük xidməti var. Bu ilin aprel ayında daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Bərdə rayon Polis Şöbəsinə rəis təyin olunan polis polkovniki  Muradəli Babayev rayonda cinayətkarlıqla mübarizədə öz sözünü deməkdədir. Şərəfli xidmət yolu keçən RPŞ-nin şəxsi heyəti bu gün cənab Muradəli Babayevin rəhbərliyi altında rayonda ictimai-siyasi sabitliyin qorunması və hüquqpozmalara qarşı profilaktiki tədbirlərin həyata keçirilməsi üçün mühüm işlər görür.

Rayonda polis xidmətinin və ictimai təhlükəsizliyin səmərəsini artırmaq üçün asayiş keşikçiləri ilə ictimaiyyət arasında etimada və əməkdaşlığa əsaslanan münasibətlər inkişaf etdirilir. Sevindirici haldır ki, rayonda ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, xüsusi tapşırıqların vaxtında yerinə yetirilməsi və insanlar arasında profilaktiki maarifləndirmə işinin aparılması nəticəsində cinayət hadisələrinin törədilmə səbəbləri isti izlərlə açılıb, təqsirli bilinən şəxslər qısa zamanda saxlanılaraq məsuliyyətə cəlb edilib, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra hadisələrə görə axtarışda olan şəxslər tez müddətdə saxlanılaraq istintaqa təhvil verilib. Eləcə də rayonda kriminal hadisələrin sayı azalıb, əxlaqsızlıq yuvalarının fəaliyyətinə son qoyulub.

Cənab Muradəli Babayev təkcə polis şöbəsində vətəndaşları qəbul etməklə kifayətlənmir, rayonun kəndlərinə baş çəkir, yerlərdə sakinlərlə görüş keçirir, problemləri yerindəcə həll etməyə çalışır, əsasən buna nail olur. Polisin fəaliyyəti sakinlər tərəfindən razılıqla qarşılanır. Bərdədə vətəndaşlar polisə daha çox arxalanır, öz hüquqlarının və təhlükəsizliklərinin layiqincə mühafizə olunduğunu düşünürlər. Polis əməkdaşlarının  uğurla fəaliyyət göstərməsi, dövlətçiliyə şərəflə xidmət etməsi və daxili sabitliyin təmin edilməsi Bərdədə iqtisadi inkişaf və əhalinin sosial rifah halının yaxşılaşmasına şərait yaradır. Təsadüfi deyil ki, sadə insanlar, yerli iş adamları, eləcə də rayona gələn qonaqlar bu faktı həmişə razılıq hissi ilə qeyd edirlər.

Rəis Muradəli Babayev öz xidməti fəaliyyətində yüksək peşəkarlığı, insani keyfiyyət xidməti fəaliyyətində qanunun aliliyinə rəhbər tutmaqla yalnız faktlara əsaslanır, qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi prinsiplərinə riayət edir, vətəndaşların hüquq və azadlıqlarına, hüquqi şəxslərin mənafelərinə əməl və hörmət edir, insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə ( və ya hərəkətsizliyə ) yol vermir. Daim nəzərə alır ki, milli qanunvericiliklə və beynəlxalq konvensiyalarla təsbit edilən insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədidir.

Muradəli müəllim Bərdə polisinin icraatındakı işlər üzrə təqsirsizlik prezumpsiyası və digər prinsiplərə daim riayət olunmasınə təmin edir, ədalətli məhkəmə baxışına mənfi təsir göstərən, əvvəlcədən  ictimai rəyin formalaşdırılmasına yönəlmiş hərəkətlərə yol vermir. O, ümumi və hüquqi biliklərini, nəzəri və peşəkarlıq səviyyəsini artırmaq üçün daim öz üzərində işləyir, milli qanunvericilikdəki və beynəlxalq hüquqdakı yenilikləri yaxından izləyir. Həmçinin kütləvi informasiya vasitələrinin onun işlədiyi polis orqanının fəaliyyətini işıqlandırmaq istəyinə rəğbətlə yanaşır, jurnalistlərin dürüst və obyektiv məlumat almaq hüququna qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada kömək göstərir. İndiyədək qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməmiş, xidməti fəaliyyətindən kənar davranışı onun peşə nüfuzuna kölgə salmamışdır. Təsadüfi deyildir ki, həmsöhbət olduğumuz, polisin fəaliyyəti ilə bağlı nə düşündüklərini soruşduğumuz Bərdəlilər də, rayonda məskunlaşmış məcburi köçkünlər də Rayon Polis Şöbəsinin işindən razılıqlarını bildirirlər.

Çox hörmətli Muradəli Babayev, Bərdə RPŞ-də onunla çiyin-çiyinə çalışan paqon yoldaşlarına bundan sonrakı xidməti fəaliyyətlərində uğurlar arzulayırıq.

Aran Media qəzeti

Daha çox xəbərlər