Dünya 

Kanadada təyyarə qəzası: 7 ölü

Kanadanın Ontario əyalətində “Piper PA-32” markalı kiçik təyyarə qəzaya uğrayıb.

ARANTV.AZ oxu.az-a istinadən xəbər verir ki, hadisə Kinqston şəhərindən 5-7 kilometr məsafədə qeydə alınıb.

Təyyarənin qalıqları çətinliklə gedilə bilən ərazidə aşkar olunub.

Qəza nəticəsində 7 nəfər ölüb, onlardan 3-ü uşaqdır. Hazırda ölənlərin adları dəqiqləşdirilir.

Daha çox xəbərlər