Türkiyədə 50 nəfər yeməkdən zəhərləndi – Əksəriyyəti tələbədir
Türkiyənin Muğla vilayətində 50 nəfər keyfiyyətsiz yeməkdən zəhərlənib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, zəhərlənənlərin əksəriyyəti yerli universitet tələbələridir. Keyfiyyətsiz yeməkdən 10 inşaat işçisi də zəhərlənib.
Zəhərlənənlərdə qusma, başgicəllənmə, ürəkbulanma və ishal müşahidə olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.

