Çində mikroavtobus kütlənin üstünə sürüb – Ölü və yaralılar var
Çinin cənubunda, Quansi-Juans rayonunda mikroavtobus piyadaların üstünə sürüb. Nəticədə bir nəfər ölüb, çox sayda insan yaralanıb.
ARANTV.AZ trend-ə istinadən bildirir ki, hadisə saat 11:30 radələrində şəhərin mərkəzində baş verib. Mikroavtobus insanların çox olduğu əraziyə girərək orada olan motosikletçiləri, velosipedçiləri və piyadaları vurub.
Hadisəyə səbəb sürücünün idarəetməni itirməsi olub. Sürücü saxlanılıb, istintaq aparılır.

