Siyasət 

Elmar Məmmədyarov ABŞ-da erməni nazirlə görüşəcək

BMT Baş Assambleyasının qarşıdakı sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur.

ARANTV.AZ-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, sessiya sentyabr ayında Nyu-Yorkda keçiriləcək.

XİN rəsmisi qeyd edib ki, nazirlərin görüşünün dəqiq tarixi diplomatik kanallarla dəqiqləşdiriləcək.

ölkə.az

Daha çox xəbərlər