Ərdoğan: “Türkiyənin məqsədi Mənbici terrorçulardan azad etməkdir”
Türkiyənin məqsədi Suriyanın Mənbic şəhərini terrorçulardan azad etməkdir.
ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
R.T.Ərdoğan qeyd edib ki, hazırda Türkiyə Silahlı Qüvvələri Mənbicdə qətiyyətli əməliyyatlara hazırlaşır:
“Türkiyə bütün dünya üçün real təhdid olan terrorçuluqla fəal mübarizə aparır”.

