Azərbaycanlı nazir İƏT-in sədri seçildi
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) sədri seçilib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu, İƏT kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən 6-cı iclası zamanı baş verib.
Bundan başqa, iclas zamanı Kənd təsərrüfatı ilə bağlı Bakı bəyannaməsi və İƏT kənd təsərrüfatı nazirlərinin 6-cı iclasının hesabatı qəbul edilib.

