Cəmiyyət 

Şəhər nəqliyyatının əsas problemlərindən biri və sürücülərin daha çox şikayət etdiyi məqam parklanmadır. Sürücülər bəzən avtomobili saxladığı yerdə Ba

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

ARANTV.AZ-ın xəbərinə görə, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Sabunçu RPİ əməkdaşlarının rayon ərazisində keçirdikləri reydlər nəticəsində 2 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları faktları aşkar edilib.

Həmin mağazaların satıcıları – E.Vəliyev və V.Əliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunub. /trend/

Daha çox xəbərlər