Sumqayıtda FHN əməkdaşları meyit aşkarladı
Bu gün Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
ARANTV.AZ xəbər verir ki, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Qasımov Vəkil Qədim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.Sonxeber.az
Araşdırma aparılır.

