Dünya 

Yeni Zelandiyada vulkan püskürdü – 5 nəfər öldü, itkin düşənlər var

Yeni Zelandiyada Uayt Aylend vulkanının püskürməsi nəticəsində azı 5 nəfər həlak olub.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, itkin düşənlərin olduğu da deyilir.

Polis indiyədək 23 nəfərin xilas edildiyini bildirib. Hadisə yerində axtarış-xilasetmə işləra aparılır.

Bölgə rəhbərliyi turistlərə vulkan ərazisinə yaxınlaşmamağı tövsiyə edib.

Uayt Aylend hazırda ən fəal vulkanlardan biri olsa da, turistlər arasında ən populyar bölgələrdən hesab olunur.

Daha çox xəbərlər